Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz İnsan taleyində iki amil

İnsan taleyində iki amil

İnsanın həyatına (ruzi, ömür, sağlamlıq və s. baxımdan) təsir edə bilən iki amil vardır:
1. Maddi amillər: İş, çalışmaq, tibbi tövsiyələrə riayət, idmanla məşğul olmaq, üç «ağ şeydən»; duz, xalistrol və şirniyyatdan çox istifadə etməmək.
Əlbəttə, matrialistlər bu və digər maddi amilləri insan taleyinə təsir edə bilən yeganə amil sayırlar.
2. Mənəvi amillər: Sədəqə, yaxşılıq, dua, ata-anaya yaxşılıq, sileyi-rəhm, ilahi nemərlərə şükür etmək və s.
İslam, maddi amillərin insan həyatında daşıdığı təsirləri qəbul edir və onlara riayət etməyə göstəriş verməklə yanaşı, eyni zamanda mənəvi amilləri də insanın taleyində təsirli sayır ki, bu da, qeybə olan imanla bağlıdır.
Əgər bir kəs sağlamlıq və uzun ömür üçün idman, tibbi qaydalara riayət və yeyib-içməyində ehtiyat etməklə yanaşı, ata-anasından küsüb onlara rəhm etməzsə, uzun ömür sürməyə nail olmayacaq. Çünki mənəvi amillər də insanın uzun ömürlü olmasında təsirlidir.
Məşhur bir əhvalat vardır: Mütəvəkkil Əbbasi, bir gecə eyş-işrət məclisində həzrət Fatiməyə (ə) və mövlalar mövlası Əliyə (ə) (nalayiq sözlərlə) hörmətsizlik nümayiş etdirdi. Onun oğlu bu hörmətsizliyə şahid idi. O, olanları imam Hadiyə (ə) danışdı və atasını öldürmək barəsində olan qərarını ərz etdi. Həzrət buyurdu: «Atasını öldürənin ömrü qısalar.» O da cavab verdi: «Mən bu rüsvayçı ömürü, belə bir atanın sayəsində yaşamaq istəmirəm!»
Axşam atasının məclisinə gəldi və onu, vəziri Fəth ibn Xaqan ilə birlikdə Cəhənəmmə vasil etdi. Həzrətin buyurduğu kimi o, altı aydan artıq yaşamadı.»
Bir şair bu barədə belə demişdir:
Böyüklərə hörmət göstərsən əgər,
Sənin uzun ömrün olmaz müxtəsər.

Administrator

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə