Cəmadiül-sani ayının 3-cü günü

Həzrət Siddiqeyi Tahirə Fatimeyi Zəhranın (s.ə) şəhadəti

Məşhur rəvayətə əsasən, hicri təqvimi ilə 11-ci il, cəmadius-sani ayının 3-cü günü, (Peyğəmbərin (s) vəfatından 95 gün sonra) həzrət Zəhranın (s.ə) şəhadətinə təsadüf edir. (Beytul-Əhzan; səh-261. Dəlayilul-imamə; səh.45. Müstədrək, Səfinətul-Bəhar; c. 2, səh.85).
Peyğəmbərin (s) vəfatından sonra, o Həzrətin (s) əziz qızının evinə üç dəfə hücum etdilər və hər dəfə pak Əhli-Beytin (ə) ədəbsizlik və göstərib hörmətini sındırdılar. Bu üç dəfədən birində, həzrət Zəhranın (s.ə) evinə od vurdular. Həzrət Zəhranın (s.ə) qapı arxasında olduğunu bildiklrinə baxmayaraq ki, təpiklə qapını açdılar və qapının mismarı Xanımın (s.ə) sinəsinə batdı. O hadisə əsnasında xanımın (s.ə) ciyərparəsi olan həzrət Möhsün (ə) şəhadətə yetdi.
Həzrət Əmirəlmöminin imam Əlini (ə), beyət almaq üçün başaçıq, ayaqyalın və əlibağlı məscidə apardılar. Həzrət Zəhra (s.ə) bu işə mane olmaq üçün önə keçdi. Amma hücum edənlər qırmanc və qılın tiyəsi ilə o böyük xanımı vuraraq həzrət Əlidən (ə) ayırdılar. (Beytul-Əhzan; s.110). Peyğəmbərin (s) vəfatından sonra ən dərdli hadisələrdən biri də, həzrət Siddiqeyi-Tahirənin (s.ə) sınıq qəlb, yaralı bədən və hüzünlü halda Ühüd şəhidlərinin ziyarətinə getməsi və peyğəmbərin (s) haqq canişini həzrət Əlinin (ə) məzlumiyyətinə ağlamasıdı. O Həzrətin (ə) yaralarının ağrıları getdikcə çoxaldı. Mədinə yaxınlığında bir ağacın altında əyləşərək ağlayıb nalə edirdi. Munafiqlər o ağacı da, kəsdilər. Ondan sonra imam Əli (ə) orada bir kölgəlik düzəltdi. Sonradan o kölgəlik “Beytul-əhzan” (“hüzn evi”) kimi məşhur oldu. (Beytül-əhzan; səh-110). O, həzrətin (s.ə) xəstəliyi günbəgün şiddətləndi. Yaralı sinəsi, sınmış qabırğası ağrıları, ciyərparəsi Möhsünün (ə) şəhadəti və daha da çox həzrət Əlinin (ə) məzlumiyyətinin kədəri o həzrəti (s.ə) yataq xəstəsi etdi. Sonda peyğəmbərin (s) vəfatından doxsan beş gün sonra şəhadətə çatdı. Halbuki, yaşı 18 –dən artıq deyildi.
Gecə vaxtı dəfn
Həzrət Zəhranın (s.ə) şəhadəti günü, Mədinə şəhəri peyğəmbərin (s) vəfatı günü kimi idi. Uşaq, böyük, qadın və kişilərin hamısının gözləri ağlayır, göz yaşı tökürdülər. Lakin vəsiyyətinə əsasən onun pak bədəninə gecə qüsl verdildi və gecə də hamının gözündən uzaq torpağa dəfn olunudu. Həzrətin (s.ə) dəfn mərasimində, səhabələrdən Salman, Əbuzər, Miqdad və Əmmardan başqa heç kim yox idi. Həzrət Əli (ə) Bəqi qəbristanlığında qırx qəbir üzü düzəldib onlara bir qədər su tökdü. Sabahı gün, Xanımın (s.ə) qatilləri və munafiqlər onun pak bədəninə namaz qılmaq üçün qəbirləri açmaq qərarına gəldi. Amma həzrət Əli (ə) onlara icazə vermədi. (Dəlailul-imamə. səh.136. Biharul-Ənvar, c. 43, səh.171).