Cəmadiül-əvvəl ayının 6-cı günü

Mutə döyüşü

Hicri təqvimi ilə 8-ci il,  cəmadiul-əvvəl ayının 6-cı günü "mutə" döyüşü baş verdi. Bu döyüşün baş verməsinə səbəb, “Haris ibn Uməyr Əzdi”nin Mutə torpaqlarında Şərhəbil ibn Ömərin göstərişi ilə tutulub boynunun vurulması oldu. (Vəqaye` əş-şuhur; səh-94).Peyğəmbər (s) bu xəbəri eşidəndə çöx narahat oldu və üç min nəfərdən ibarət qoşun yığaraq Cəfər ibn Əbi Talibi qoşun başçısı təyin etdi. Beləki əgər Cəfər şəhid olsa, ondan sonra Zeyd ibn Harisə və ondan sonra Abdullah ibn Rəvahe müsəlman qoşununun başçılığını öhdələrinə götürməli idi. Peyğəmbər (s) onalara tapşırdı ki, bacardıqları qədər kafirləri islama dəvət etsinlər. Qəbul etmədikləri təqdirdə onlarla döyüşsünlər.
İslam qoşunu Mutə torpaqlarına tərəf hərəkət etdi. Bu xəbəri eşidən Şərhəbil təşvişə düşdü və Rum padişahından kömək üçün böyük ordu istədi. Beləliklə, yüz min nəfər döyüşçüdən ibarət bir ordu, müsəlmanlarla döyüşə hazır oldu.Ordu üzləşdi və onlar arasında güclü müharibə başladı. Cənnətin şövqündən, iman və əqidəsinə əsaslanaraq döyüşən müsəlmanlar, nəhəng kafir ordusunun qarşısında mətanətlə
döyüşürdü. Bu arada ön cəbhədə şücaətlə döyüşən Cəfər ibn Əbu Talib (ə), gözlənilmədən özünü düşmən əhatəsində gördü və muhasirədə iki qolunu kəsdilər, çoxlu yara bədəninə vurulandan sonra şəhadətə çatdı. Ondan sonra, ordu başçılığı Zeyd ibn Harisəyə çatdı. Təəssüf ki, onu da şəhadətə yetirdilər və ondan sonra Abdullah ibn Rəvahə ordunun bayrağını qaldırdı. Lakin düşmən ordusunun hücumlarının çoxluğundan o da, şəhadət dərəcəsinə nail oldu. Peyğəmbərin (s) təyin etdiyi sərkərdələrin şəhadətindən sonra İslam
ordusu pərakəndə olmağa başladı. Nəticədə “Sabit ibn Əqrəm"-in “Xalid ibn Vəlid"”-in taktikasını həyata keçirən müsəlmanlar, böyük Rum ordusunun müqabilində çətinliklə bir gün  durdu. Mübarizədən sonra, sağ-salamat Mədinəyə qayıtdılar. (Sirəye ibn Hişam; cild-2, səh-388. Biharul-Ənvar; cild-21, səh-62).