Çr.ax10152019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Cəmadiül-əvvəl Cəmadiül-əvvəl ayının 5-ci günü

Cəmadiül-əvvəl ayının 5-ci günü

Həzrət Zeynəbin (s) təvəllüdü
Hicri təqvimi ilə 5-ci il,  Cəmadiul-əvvəl ayının 5-i Bəni Haşimin uca məqamlı şəxsiyyətlərindən biri  həzrət Zeynəbi Kübra (s.ə), müqəddəs Mədinə şəhərində dünyaya göz açdı.(Rəyahinuş-şəriəh; cild-3, səh 33). Əziz atası həzrət Əli (ə) və mehriban anası iki dunya
xanımlarının sərvəri həzrət Fatimeyi-Zəhradır (s.ə). Rəvayət olunur ki, həzrət Zeynəbin (s) təvəllüdündə əziz İslam Peyğəmbəri (s) səfərə getdiyi üçün həzrət Zəhra (s.ə) bu mübarək körpənyə ad qoymaq üçün həzrət Əliyə (ə) verir. İmam Əli (ə) buyurur: “Mən bu işdə Peyğəmbərdən (ə) önə keçə bilmərəm; Peyğəmbər (s) səfərdən qayıdanadək gözləyəcəm, körpənin adını qoyacaq”. Səfərdən qayıdan Peyğəmbər (s), həmişə olduğu kimi öncə həzrət Fatimənin (s.ə) evinə daxil oldu. Həzrət Əli (ə) Peyğəmbərə (s) buyurdu: “Allah bizə bir
qız övladı əta etdi. Siz ona ad qoyun”. Həzrət (s) buyurdu: “Fatimənin (s.ə) övladları mənim övladlarım, onların ixtiyarları isə,Allahdadır.
Buna görə də, vəhyi və Allahın göstərişini gözlüyürəm”. Bu vaxt Cəbrail (ə) nazil oldu və buyurdu: “Allah sənə salam göndərir və buyurur: bu körpəni Zeynəb adlandır. Çünki Biz  “Lövhi-məhfuzda” bu adı onun üçün yazdıq”.
İslam Peyğəmbəri (s), o körpəni öpüb buyurdu: “Ümmətimdən burada olan və olmayanlara  tövsiyə edirəm ki, bu qıza ehtiram etsinlər. Çünki  o, Xədicəyi-Kübraya oxşayır”.(Setareqane Derəxşan; cild-2, səh.132)
Bir rəvayətdə də, deyilir ki,  həzrət Zeynəb (s.ə) uşaq ikən Peyğəmbər (s) onu yanına çağırarar öpür.və üzünü onun üzünə qoyaraq buyurur: “Cəbrail mənə xəbər verdi ki, bu qız müsibət və bəlalarda  mənim Hüseynimə (ə) şərikdir”. (Mərd afərine ruzeqar; səh-10).
Misirin məşhur yazıçılarından biri Muhəmməd Qalib Şafei, Bəni-Haşimin uca məqamlı bu xanımın haqqında belə yazır: “Əhli-beytin (ə), əsil-nəcabət və həmçinin paklıq cəhətindən ən uca məqamlı qadınlarından biri də, həzrət Əli ibn Əbu Talibin (ə) qızı, həzrət Zeynəb
(s) idi. O, Əhli-beytin (ə) elm sərçeşməsindən sirab olmuşdu. Natiqlik və bəlağətdə, Allahın böyük nişanələrindən sayılırdı. Helmdə, səxavətdə, bəsirətdə və işlərin tədbirində təkcə Bəni -Haşim deyil, hətta ərəblər arasında seçilirdi. Camal və calal sifətləri,
mənəviyyat, fəzilət və əxlaqı özündə toplamışdı. Gecələr ibadət edər, gündüzlər oruc tutar, təqva və pərhizkarlığı ilə tanınardı”. (Mərd afərine ruzeqar; səh-14)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə