Zühurda da xürafat?!

Sanki cəhl və nadanlıq belə tezliklə bəşərdən əl çəkən deyil, zühura və Sur çalınanadək inkişaf edib bəşəriyyəti azğınlığa və puçluğa sürükləyəcək.
Yaranmış həşrədək belə olacaq,
Şor su şor, şirin su şirin qalacaq.

Təəccüblüsü budur ki, dünyanın yeganə xilaskarı üçün (bütün dünya əhli Ona fəda olsun və Allah, gəlişini yaxınlaşdırsın) atom bombası və hərbi silahlardan çox, insanların nadanlıq və cəhalətinin problem yaratdığını deyirlər!
Fəzl ibn Yəsar deyir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:

«Bizim Qaimimizin (ə.c) zühur etdikdə, axirəz-zaman camaatının cəhlindən görəcəyi azar-əziyyətləri, Rəsulallahın (s) İslamdan qabaq gördüyü ərəblərin cahiliyyətindən daha çətin olacaq.»
İmamdan soruşdum: «Bu necə olur?!» Həzrət (ə) buyurdu: «Peyğəmbər (s) yonulmuş daş, qaya, çubuq və taxtaya pərəstiş edən camaatın arasına gəldi. Amma bizim Qaimimiz qiyam edəndə, camaatın hamısı onun üçün Allahın Kitabından dəlil gətirəcək, Quran ayələrini təfsir edib yozacaqlar.»
Baxın! Səhv başa düşmək, əyri anlamaq və cahillərin saf İslam dinini xoşagəlməz tərzdə öyrətmələri işi hara aparıb çıxarır. Məsum İmamın yanında - Quran ayələrinə ehtiyaclı olduqları halda, öz anladıqlarını düzgün sayacaqlar!!!

6.4.2011

Administrator

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.