Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Fatimə (s.ə) Məqalələr Fatimeyi- Zəhra (ə.s) - tanınmamış məsum

Fatimeyi- Zəhra (ə.s) - tanınmamış məsum

Quranın mübahilə ayəsi Əshabi-kəsanın sədaqətinə onlarıın əməl və söznündə olan ismətinə dəlalət edir.
Allah-taala müqəddəs Quranda buyurur:
///«(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lənəti yalancılara olsun.»///
Digər firqələrin bilik adamları, o ayənin kimlərin nəzərdə tutuluduğun etiraf edirlə. Onlar Peyğəmbərə istinad edərək deyirlər ki, ayədə

“Uşaqlarımızı”- imam Həsən (ə) və imam Hüseyn (ə), qadınlarımızı - Fatimə (ə.s), özümüz - həzrət Əli (ə) nəzərdə tutulub. Təfsir mənbələrində və Quran ayələrinin bir çoxu “Ümmi-əbiha”(atasının anası), qadınlar aləminin Seyyidəsi, peyğəmbərin ciyərparası, Quranın Kövsəri, həzrət Zəhra (ə.s) haqqında nazil olub.

 

Quranın 49 surəsinin 135 ayəsi, o həzrət haqqında nazil olub.  Bu ayələri dörd qismə bölmək olar:

1.    Nazilolma səbəbi.
2.    Nazilolma şə`ni.
3.    “Cəri və itbaq” (Öncə məlumat verilmiş bir hadisənin nəzərdə tutulan məna ilə uyğunlaşdırılması)
4.    Bətn (Daxili məna)
“Cəri və itbaq” mənasnında həzrətə çox ayə şamil olduğu kimi, “bətn”  (mənanın digər mənanın - daxilində olması) mənasında yüzlərlə ayə xanımın haqqında nazil olub. Məsələn, “Mərəcül-bəhreyn” ayəsi kimi.k Yüzlərlə ayə və onu təfsir edən hədislər,  həzrət Zəhranın (ə.s) paklıq, fədakarlıq və digər kamallarını göstərir. Təəssüflər olsun ki, o həzrətn şəxsiyyəti tanınmayıb. Onun şəxsiyyəti Allahın höccətidir. Onun məhəbbəti Allahın göstərişinə əsasən hamıya vacib olub. Onun razılığı Allahın razılığı, qəzəbi də Onun qəzəbdir. Peyğəmbəriyin, imamət və vilayətin uzlaşdığı varlıqdır. Necə odlu ki, atasının ürəkyaxan vidasından sonar şəhadətə çatdı. Qələm, onun pak vücuduna tuş gəlmiş zülmləri yaza bilmir.
(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
Tarix və təfsir kitablarının müəllifləri İslam tarixində baş vermiş bir hadisəni nəql edilər ki, bu  hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseyn) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir.«Mübahilə» adı ilə məşhur olan rəvayət belədir:
«Nəcran» xristianlarlndan ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lənət diləsinlər.»
Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək." Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərə dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.

12.04.2011
Yazının hazırlanmasında müxtəlif kitabların electron versiyasından və www.irfan.ir əxz olunmuş mətndən istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə