Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Fatimənin (ə.s) elmi məqamı

Övliyarın bir şəxsə bəslədikləri məhəbbət sadə bir məhəbbət deyil.  Yəqin ki,o məhəbətin özəyi elm, iman və təqva  ilə qaynaqlanır.
Peyğəmbərin (s) öz qızına məhəbbəti  dünya xanımlarının nümunəsi olan o böyük xanımın imtiyazlarının dəlilidir.
Peyğəmbər (s) Fatiməni (ə.s) “dünya xanımlarını nən üstünü” və ya “cənnnət xanımlarının ənə üstünü”“Razılığı Alllah razılığı, qəzəbi Allah qəzəbi” adlandırırsa,  demək ki, o kəlamların dəlili var. Bu kəlamlarla onun elmi baxımdan  da dünya xanımlarıın önündə durması məlum olur. Elm də yüksək məqamı olmayan şəxsin ola bilərmi?!
İslami mənbələrdə bir sıra faktlar bir daha o xanımın yüksək elmi məqamını açıb göstərir.
Məsələn: Əbunəim, peyğəmbərə (s) bir hədis istinad edir: Bir gün, peyğəmbər  əshaba buyurdu: “Qadın üçün daha çox nə xeyirlidir?”
Əshab ona, nə cavab verəcəklərini bilmədi.
Əli (ə), Fatimənin yanına gəlib məsələni ona çatıdırdı. İslamın xanımı buyurdu:  “Nə üçün demədin - onlar üçün ən xeyirli odur ki, (yad) kişiləri, (yad) kişilər də onları görməsin?!"
Əli (ə) qayıdıb o cavabı peyğəmbərə (s) dedi. Peyğəmbər (s) buyurdu:  “Onu sənə kim öyrətdi?”
Ərz etdi: "Fatimə (s)". Peyğəmbər (s) buyurdu: “Həqiqətən də o, mənim bir parçamdır”.
Hədisdən məlum olur ki, “mənim bir parçamdır” sözündə cismani cəhət deyil, peyğəmbərin (s) ruhunun, elminin, əxlaqının, iman və fəzilətinin bir parçası nəzərdə tutulur.
“Müsnədi-Əhməd” kitab Ümmi Sələməyə ( yaxud Ümmi Sələmiyə) istinadən yazır:
Fatimə (ə.s) ölümcül xəstələndikdə mən ona xidmət edirdim. Bir gün onun halını bütün günlərkindən daha yaxşı gödüm. Əli (ə), bir iş arxasınca getmişdi. Fatimə  (ə.s) buyurdu:
“Qüsl etməyim üçün mənə su gətir.” Su gətirdim və qüsl etdi. Onun qüslündən daha yaxşısı görməmişdim. Sonra buyurdu: “ Mənim üçün təzə paltarlar gətir.” Paltarları gətirdim və ona verdim. O, geyindi.  Sonra buyurdu: "Gedirəm (uca mələkut aləminə), pak olduğum və heç kəs məni görmədiyi halda!” Bu sözü deyib dünyaya gözünü bağladı”.
Bu hədisdən gözəl şəkildə anlaşılır ki, Fatimə (ə.s) hansı zaman öləcəyini bilirdi. Ölüm nişanlərinin onda olmamasına baxamayaraq, o, özünü köçəməyə hazırladı. Ölüm vaxtını Allahın təlimi olmadan heç kəs bimədiyindən məlum olur ki, ona Allahdan ilha olunurdu. Bəli, onun ruhu qeyb aləmi ilə əlaqədə idi. Səmadakı mələklər onunla danışırdı. Quranın bir  çox ayələrində İmrarının qızı, həzrət İsanın (ə) anası Məryəm, mələklərlə danışırdı. Fatimənin (ə.s) məqamı ondan üstün olduğu üçün onun ilk növbədə mələkərlə danışması təbiidir.


www.sibtayn.com/az







ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə