Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Fatimə (s.ə) Məqalələr Fatimənin (s.ə) isməti və bəzi adları haqqında

Fatimənin (s.ə) isməti və bəzi adları haqqında

Rəvayətlər və Fatimənin (s) isməti
İmam Baqir (ə) buyurur: «Peyğəmbər, əli, Fatimə, Həsən və Hüseyn (s) haqqında təthir ayəsi Ümmü-sələmənin evində nazil oldu». Ayə nazil olanda həzrət Peyğəmbər (s) əli, Fatimə, Həsən və Hüseyni bir örtük altına alıb buyurdu: «Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında vədə vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır».
O vaxt Ümmül-sələmə ərz etdi ki, ya Rəsuləllah, mən də onlarlayam? Həzrət buyurdu: «Sənə müjdə verirəm ki, xeyr və səadətdəsən». Diqqət edin, ürfən el gözündə Əhli-beytdən olan qadın əslində onlardan deyil. Aydın olur ki, bu xüsusi məqama hər kəsdə ləyaqət yoxdur.
Bəzi rəvayətlərdə nəql olunub: Ümmi-sələmə onlara qatılmaq istəyəndə həzrət Peyğəmbər (s) onda bu ləyaqətin olmadığını anlatdı. Demək, bu ayədə yalnız xüsusi adamlar nəzərdə tutulurlar: əli, Fatimə, Həsən, Hüseyn və onların doqquz övladı (s).
Sünni əhlindən bir-neçə rəvayət:
Süyutidən iki yönümdə müxtəlif rəvayətlər nəql olunub. Bir qurup rəvayətə görə bu ayə beş nəfərə aiddir və peyğəmbərin zövcələrinə də şamil olunmur. Rəvayətlərə görə həzrət Peyğəmbər (s) onlara qatılmaq istəyən Ümmül-sələməyə icazə verməmişdir. O da nəql edir ki, paklanma-təthir Əhli-beyt ismətinə aiddir.
Maraqlı budur ki, həzrət Peyğəmbər (s) bu məsələyə o qədər əhəmiyyət verməmişdir ki, bu ayə nazil olduqdan sonra altı ay ardıcıl sübhlər Fatimənin evinə gəlmiş, ayəni oxuyub, geri qayıtmışdır.
Fatimə (s) dünyaya gəlməmişdən
İnsan talehində, onun səadət və bədbəxtliyində əbi-əcdadın, xüsusi ilə ata və ananın necəliyi təsirli amillərdəndir. Övladın talehində ata-ananın iki rolu vardır. Bunun biri genetik (vərasət) amilidir. Valideynin cismi və ruhi xüsusiyyətləri gen yolu ilə övlada ötürülür. İkinci amil isə övladın formalaşmasında ata-ananın birbaşa təmas yoludur.
Övladın talehində ananın rolu hamıya aydındır. Çünki hamiləlik dövründə körpənin mayası (cənin) ananın bir üzvü kimi qida və ana ruhiyyəsindən faydalanır. Uşaqlıq dövrü də ardıcıl şəkildə ananın himayəsində keçir. Buna görə də dini yazılarda ananın əhəmiyyətli rolu gözəl və dəqiq ibarələrlə vurğulanır.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur: «Hər kəsin səadət və xoşbəxtliyi ana bətnində müəyyənləşir.»[16] Yenə buyurulur: «Övladın dünya və axirət səadətinin müəyyənləşməsində öz tərbiyəvi rolunu ifadə edən anadır.»[17]
Ananın diqqətsizliyi övladın azğınlığı və bədbəxtliyi ilə nəticələnir. Dini yazılarda valideynin əhəmiyyətli roluna əsasən göstərişlər verilir və haram tikənin təhlükəsi qeyd edilir. Yaxınlıq, hamiləlik, çağalıq, hətta nütfənin formalaşması dövrünə aid göstərişlər vardır ki, övlad cismən və ruhən sağlam doğulsun, cəmiyyətə düzgün tərbiyə ilə qədəm qoysun.
Fatimənin (s) iman və ibadəti
İbadət nədir? İbadət məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. İbadət qadir, əziz, kamil və mütəal Yaradan müqabilində zəlil və zəif mövcudun acizanə səcdəsidir. Naqis mövcudların təkamül yolu ibadətdir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Allahı tanıma və qəlb imanı güclü olduqca ibadətdə də daha dəyərli olur. İbadətdə sabitlik və keyfiyyət imana möhkəmlik verir, yəqinliyi gücləndirir. «Ölənəcən Allahına ibadət et.»[29]
İbadət məqsəd deyil, yoldur. Çünki məqsəd kamala çatmaq, Allaha yaxınlaşmaqdır. Din və şəriətə uyğun ibadət məqsədə doğru bir yoldur. Əgər Quran «sizi yalnız ibadət üçün yaratdım» deyə buyurursa, bu ibadətin məqsəd olması demək deyil. İbadət yol, abid yolçu və məqsəd Allaha çatmaqdır. Buna görə də din insanı məqsədə çatıracaq doğru yoldur.
Nə üçün «Tahirə» adlanıb?
İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.
Nə üçün «Mühəddəsə» adlanıb?
Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.
Nə üçün «Bətul» adlanıb?
Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır.
Qızlarımıza Zəhranın (ə) adlarını qoyaq. Zəhranın adlarını daşıyan qızlarla kobudluq etmək, onları sıxıntıya salmaq olmaz. Bu Fatimə ilə eyni adda olmağın bərəkətidir.

Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə