Bz.er11112019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Fatimə (s.ə) Məqalələr Şölələr arasından (11-ci hissə)

Şölələr arasından (11-ci hissə)

Mən Əliyəm, Fatimənin  həyat yoldaşı. Bura Mədinədir və mənim tənhalığımın ilk günü!
Məsciddə idim. Zöhrə yaxın qadınların səsini eşitdim:
-    “Evə tələs, güman etimirik ki, Fatiməni sağ görəsən.”
Eşitdiyimə inanmadığım üçün bir neçə an donub qaldım. Özümə gələn kimi evə tərəf qaçdım. Evimizlə məscidin arasındakı o yaxın məsafədə neçə dəfə yerə yıxıldım. Nəhayət evə çatdım. Özümü Fatimənin otağına atdım: Ey vay - Zəhra üzü qibləyə yatıb, üzünə ağ parça çəkib.
Bu isə mənim qəribliyimin son nöqtəsidir. O tək yarım əlimdən getdi. İçdən fəryad etdim və Zəhranı çağırdım. Amma o, yatırdı. Yenə də çağırdım, çağırdım, cavabsız qaldım.  Sonda dedim: Ey Fatimə,  mən Əliyəm,  mənimlə danış!
Bu dəfə də cavab verməsəydi, mən də onun arxasınca gedəcəkdim.  Onun dəqiqələrcə tərpənmyən gözləri açıldı və mən ona yaxınlaşdım. Hər ikimiz bir-birimizin halına ağladıq. O, mənim məzlum və tənha olmağıma, mən də onun məzlumuluğuna və hicranına! Bir az aram olduq. Doqquz il müddətində ki, başdan ayağa özündən vəfa, səfa, itaət göstərən həyat yoldaşım məndən halallıq istəyirdi. Nə deyim? Ağlayaraq deyirdim:
Allaha pənah aparıram.  Sən Allahı başqalarından daha yaxşı tanıyırsan. Sən ən yaxşı, ən təqvaı, ən əzizsən, Sənin Allahdan qorxun ondan çoxdur ki, özümə qarşı səni itaətsizliyə görə qınayım. Fatimənin ürəyi sanki bu sözlə yüngüləşdi. Vəsiyyət etməyə - əslində ürəyinin dərdini mənə deməyə başladı. Mən də canü-dildən qulaq asırdım.
-Vəsiyyət edirəm ki, məni örtülü tabuta qoyasan. Vəsiyyət edirəm ki, mənə zülm edən, haqqımı əlimdən alanlardan heç biri cənazəm üstə hazır olmasın, dəfnimdə iştirak etməsin. Onlar mənim , Rəsulullahın (s) düşmənləridir.  Onların tərəfdarlarından heç biri mənə namaz qılmasın. Məni gecə ikən- gözlər yuxuya dalan zaman torpağa tapşır.
Vəsiyyət etdi ki, məzarının yerini heç kim bilməsin.
Fatimənin vəsiyyəti başa çatmışdı. Artıq bu aləmdə heç bir işi yox idi. Beləliklə sakitcə yatdı və həmişəlik bu dünyanın əlindən rahat oldu.
İndi isə bu mənəm, bu da Mədinə - bir şəhər dolusu düşmən.  Buranın hər güşəsi, Fatimənin müsəbətlərini xatırladır. Gərək beləcə səbr edəm. Boğazımda sümük qaslaydı, gözümə tikan batsaydı bundan daha rahat olardı mənə. 
Administrator
Sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə