Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə Sonuncu imam (əc) harada məskunlaşıb?!

Sonuncu imam (əc) harada məskunlaşıb?!

Hədislərdən belə məlum olur ki, o həzrət camaat arasında yaşayır.
Südəyr Seyrufi, imam Sadidən (ə) nəql edir ki, həzrət buyurdu: “ Sahibül-əmrin (ə), həzrət Yusiflə oxaşrılğı var. Ona görə ki, Yusifiin qardaşları ağıllı və bilikli olduqları və öncə onunla ünsiyyətdə olsalar da, onun yanına daxil olanda o özünün tanıtdırmayınca onu tanımadılar. Onunla Yəqub arasında on yeddi günlük yol məsafə olsa da Yəqubun ondan xəbəri yox idi. Allah-taala Sahibül-əmrlə də belə rəftar edəcəyinə camaata nə üçün inanmasın? O həzrət də camaat arasında olur, bazarlarına gedir, fərşlərinə qədəm qoyur, amma onu tanımırlar. Belə bir şəkildə yaşayacaq, Allah ona özünün tanıtdırmağa icazə verənədək.”
Bu hədisə əsasən, Əsrin imamı (əc) Allahın xüsusi nəzəri altında bu dünyanın əqtar və əknafında gəzməkdədir. Hər il Həcc mövsmündə Allahın evinə ziyarətə gedir, həcc mərasimində iştirak edir, camaat kütləsi isə onu görmür. Yaxud da görüb tanımırlar. Ona görə də onu üzünü görmək şövqündə olanlar aləmə saçan o günəşin qeybət dövründə öz itirdiklərini həcc mövsümündə onun sorağını Məkkədə alır, həcc mərasimində o həzrətin ayaq izini axtarırlar. Xoşbəxt insanlar o həzrəti görmək şərəfinə həcc mövsümündə nail olublar.

Rəvayətlərdən məlum olur ki, Qaib imam, böyük qeybət dövründə xüsusi, məkan və müəyyən şəhərdə həmişəlik məskunlaşmayıb ki, oradan xaric olub digər şəhər və ya məkanı şərəfləndirməsin. Bir yerdən digər yerə getməklə məkanı dəyişir.
İmamın (əc) harada məskunlaşdığına aid hədislərdə Mədinənin adını da rast gəlmək olar. İmam Sadiq (ə) böyük qeybət dövrü barədə söz açanda buyurub: “Pak ev üçün Mədinə necə də gözəl yerdir?!” İmam Həsən Əskəridən  (ə) soruşurlar ki, sizin üçün bir hadisə baş verərsə övladınızın sorağını harada alaq?!  Buyurdu: “Mədinədə”.
Bəzi rəvayətlərdə o həzrətin Hicaz çölündə  (Əvali qumluğunda) olduğu bildirilib. İbrahim ibn Mehziyarın rəvayətinə əsasən Əsrin imamının (əc) göndərdiyi şəxs o böyük şəxsin yanına geri çağırılan zaman o, Taifdən keçir, Əvali adlanın Hicaz çölünə yönəlib orada o həzrətin xidmətinə çatır. Bu görüşdə imam (əc) Mehziyara buyurub: “Atam mənimlə əhd bağlayıb ki, zəlalət əhlinin oxu mənə çatmasın deyə, ən gizli və ən uzaq yerlərdə məskunlaşım. Bu əhd, məni Əvali qumluğuna ( Nəcddən Təhamiyədək Hicaz çölünə) salıb.
Bəzi rəvayətlərdən də belə məlum olur ki, həzrət Vəliyyi-əsrin (əc) məskəni, uzaq yerlərdədir. Hicri təqvimi ilə 410-cu il, Müqəddəs nahiyədən, Şeyx Müfid üçün sadir olan bir toqiyi şərifdə belə yazılır: “Biz ona görə əlçatmaz uzaq yerdə məskunlaşmışıq ki, nə qədər ki, dünya höküməti pislərin əldindədir biz və bizim mömin şiələrimiz əlçatmaz-uzaq yerlədə məskunlaşaq. Amma sizdən xəbərimiz var və heç vaxt sizin xəbəriniz bizə naməlum qalmır. Bilirik ki necə bəla pərişanlıq sizə üz verir. O zamandan bəri ki, sizin çoxunuz elə işlərə əl atırlar ki, sizdən öncə olan salehlər onlardan uzaq olublar. Allahın onlardan aldığı əhddən sanki xəbərsizcə üz çevirirlər. Biz sizi tərk etməmişik. Sizi unutmamışıq. Əks təqdirdə çətinliklər sizə üz tutar və düşmənlər sizin kökünüzü kəsər.”
Həmçinin əimməyə aid olan (ə) mötəbər mətnlərdə həzrət Məhdinin (əc) məkanı “Zi-Tuva” - dır.  Həm kiçik, həm də böyük qeybət dövründə. Şeyx Tusi  etibarlı sənədə əsasən nəql edib ki, Əbdül-Ə`la Ali-Sam dedi:
Həzrət Sadiq ilə (ə)  çölə çıxıb Ruha nahiyyəsinə tərəf getdik. Orada enəndə o həzrət o nahiyə ilə şərəflənən bir dağa baxıb mənə buyurdu: “Bu dağı ğörürsən?! O dağa “rəzəvi” deyirlər. O, fars dağları növündəndir.”
Allah bizi sevib ki, onu bizim tərəfə nəql edib. Bu dağda hər növ yeməli (məhsulu olan) ağaclar var. Qaib şəxsin yeridir ki, yenə də qaib olacaq. Təhlükəsiz və yaxşı yerdir. O iş Sahibi (Əsrin imamı) üçün o dağın bəzi yerlrində (Zi-Tuva ya tərəf işarə edərək buyurdu) qeybət dövrü var.  O zamanadək ki, onun zühur dövrü çatsın. Ona xidmət edən dostlarından biri gəlib onun bəzi köməkçilərindən soruşar ki, “burada neçə nəfərsiniz”. Deyərlər : Qırx nəfərə yaxın.
Deyir: Sahibinizi görsəniz, nə edərsiniz?!
Deyirlər: And olsun Allaha! O, bizi dağlara aparıb yerləşdirmək istəsə, əlbəttə ki, biz onun xidmətindəyik və ona itaət edəcəyik.”
Başqa bir yerdə Əbi Bəsirdən rəvayət edib: İmam Baqir (ə) buyurdu: “Həzrət Qaim, Bədr əhlinin (Bədr döyüşündə olan qoşunun) sayı qədər (313) kişi ilə Zi-Tuva dağının qoynundan çıxacaq.Həcərül-əsvədə söykənib bütün dünyaya qalib olacağı bayrağını dalğalandırcaq.
Möcəmül-Bildan kitabına əsasən Zu-Tuva (zəmmə ilə), Məkkə bir yerin adıdır.
Deməli, bu son üç hədis və nüdbə duasında ifadə olunan “Rəzəvi” və “Zi-Tuva” sözlərinə əsasən belə nəticə almaq olar ki, öncə o həzrət Rəzəvi dağında, qeybətin sonu və zühura yaxın zamanlarda isə Zi Tuvada olacaq. Bu söz, onun o iki dağdan birində daimi yerləşəcəyinə dəlalət etmir.
Eyni zamanda o həzrətin hər bir yerdə hazır olduğu haqqında da xəbərlər var. Məsələn, Nomani, öz kitabında Südeyr Seyrufidən nəql edir ki, deyilən rəvayətlərlə ziddiyyət təşkil etmir. Çünki o həzrət insandır. Onun məskunlaşa və səyahət də edə bilər. Onların hər birinin öz yeri var. Çünki həmişə hər yerdə olan və məkansız təkcə Allah taaladır.
İmam Sadiq (ə) buyurub: “Bu işin sahibi (İmamzaman əc)-nin bir evi var. O evə “Əl-həmd” deyirlər. O evdə bir çıraq var. O işin Sahibi üçündür. O çıraq yanır və, imam (əc) qılıncla qiyam edincəyədək yanacaq. Nüdbə duasında oxuyuruq:
“Kaş biləydik ki, sənin zühurunla ürəklər harda aramlıq tapacaq?! Hansı yerdə məskunlaşmısan?! Rəzəvi məntəqəsində, yoxsa Zi- Tuvada?!
Başqa məlumatlardan məlum olur ki, o həzrət hər yerdədirsə onun məkanı da özü kimi qaibdir, gözə görünmür. Belə ki, ümum alimlərin fikrincə Şəddadın cənnətdi də gözlərə görünmür.
Rəvayətləri təhqiq edəndə məlum olur ki, əsrin imamı (əc) öz məkanında tənha deyil. Bir qrup şəxs, bu təklik zamanında onlar o həzrətin mübarək vücudundan qəriblik qübarını silirlər. Imam Sadiq (ə) onların sayının otuz nəfər olduğunu buyurub. Mərhum Mühəddis Nuri deyir ki, əgər bu otuz nəfər əsrin imamı (əc) kimi uzunömürlü deyilsə, hər əsrdə onlar dəyişir və yenə şəxslər onlara qoşulur. Hər halda mömin və xoşbəxt insanlardan otuz nəfər o həzrətlədir və ona xidmət edirlər.

Administrator

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə