Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 3-cü günü

Rəcəb ayının 3-cü günü

İmam Hadinin (ə) şəhadəti


Hicri təqvimi ilə 254-cü il, rəcəb ayının 3-cü günü imam Əli Ən-Nəqi (ə) 41 yaşında şəhadətə qovuşdu. (Məsarüş-şiə, s. 34, Biharül-ənvar, c. 5, s. 117)

İmam Hadinin (ə) yaşadığı dövr abbasi xəliflərindən altısına təsadüf edir: Mötəsəm, Vasiq, Mütəvəkkil, Müntəsir, Müstəin, Mötəz.

İmam Hadi (ə) on üç il Mədinədə yaşayıb. Şərəfli ömrünün qalanını Mütəvəkkilin məcburiyyəti ilə Samirada yaşadı. Mədinənin hakimi Mütəvəkkilə yazdı ki, “əgər Məkkə və Mədinədən bir istəyin varsa Əli ibn Məhəmmədi (ə) bu diyardan kənarlaşdır. O hamını özünə müti edib.” Ona görə də o xəbis imam Hadini (ə) Samiraya aparıb ciddi şəkildə onu nəzarətdə saxladı. İmam Hadi (ə) 20 il, 9 ay o şəhərdə yaşadı. Mötəz xəlifəliy çatanda onun camaat tərəfindən xüsusi sevildiyini anladı. Oan görə də şiələrin on birinci rəhbərini zəhərləyıb şəhid etdi. İmam Həsən Əskəri (ə), uca atasının pak cənazəsinə namaz qıldı. İmamın cənazəsini Samirda, onun evində dəfn etdi. (Müntəhayül-əmal, 12-ci bab, 5-ci fəsl, s. 1167)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə