Rəcəb ayının 10-cu günü

1.    Həzrət Əsğərin (ə) təvəllüdü

2.    İmam Cavadın (ə) təvəllüdü


Həzrət Əsğərin (ə) təvəllüdü
Hicri təqvimi ilə 60-cı il,  rəcəb ayının 10-cu günü həzrət Əli Əsğər (ə) səadətli təvəllüdünə təsadüf edir. Onun şərəfli adı Əbdüllahdır ki, Əli Əsğər adı ilə məşhur olub. (Səhabi-rəhmət, s. 535, Təqvimül-əimmə (ə) s. 78)
Uca atası həzrət imam Hüseyn (ə), anası Əmrülqeys qızı həzrət Rübabdır.
Tarixidə belə yazılıb ki, Əli Əsğər (ə) də aşura günü Kərbalda olub. İmam Hüseyn (ə) öz Əhli-beyti (ə) ilə vidalaşmaq üçün xeymələlərə tərəf gəldi. O südəmər körpəni  qucağına götürdü ki, onunla da vidalaşsın. Hərmələ ibn Kahil Əsədi, üç başlı oxla onu vurub o günahsız körpəni atasının qucağında şəhadətə çatdırdılar. Belə bir işə əl atmaqla imam Hüseynin (ə), Əhli-beytinin və şiələrin ürəyini dağladılar. ( Lühuf, s. 69. Biharül-ənvar, c. 45, s. 46)

2- İmam Cavadın (ə) təvəllüdü
Hicri təqvimi ilə 195-ci il, rəcəb ayının 10-cu günü imam Cavad (ə) dünyaya göz açdı və aləmi öz nurlu camalı ilə nurlandırdı. (Mənaqibi ali Əbi Talib (ə); c-4, s-411. Biharul-ənvar; c-50, səh-7). Atası həzrət Rza (ə) və anası “Səbikə” adında idi ki, sonralar imam Rza (ə) onun adını “Xeyzəran” qoydu. (E`lamul-vəra; c-2, s-91). O həzrətin adı Məhəmməd, künyəsi Əbu Cəfər və mübarək ləqəbləri isə Təqi və Cavaddır. Həmçinin bundan başqa Zəki, Mürtəza, Qane, Muxtar, Müntəcəb və.s kimi ləqəbləri vardır. (Mənaqibi ali Əbi Talib (ə); c-4, s-411).
Nəql olunub ki, bir gün ima Cavad (ə) uşaqlıq çağlarında ikən atası imam Rzanın (ə) yanına gəldi. O həzrət buyurdu: “bu elə bir mövluddur ki, şiələr üçün onda daha mübarək olanı dünyaya gəlməyib”. (E`lamul-vəra; c-2, s-95. Biharul-ənvar; c-50, səh-23). Bu haqda demək lazımdır ki, 40 il və bir neçə ay imam Rzanın mübarək ömründən keçməsinə baxmayaraq, hələ də övladı yox idi və şiələrdən bəziləri imamət haqqında nigaran idi. Allah-təala imam Cavadı (ə) o həzrətə əta etdikdən sonra camaatın tərəddüdü və nigarançılığı aradan getdi.
Allah tərəfindən Cəbrailin (ə) həzrət Zəhra (s.ə) üçün hədiyyə gətirdiyi lövh hədisində imam Cavadın (ə) şəni haqda belə gəlibdir; “mütləq həzrət Rzanı (ə) oğlu Məhəmməd ilə sevindirəcəyəm. Övladı, onun elminin varisidir. O, mənim elmimin məkanı, sirrim və xalqa olan höccətimdir”. Ona  iman gətirən hər bir bəndənin yerini cənnət qərar verib, şəfaətini sülaləsindən cəhənnəmə layiq olan yetmiş nəfər üçün qəbul edərəm. (Usuli-kafi; c-1, səh-528).
Zəkəriyya ibn Adəm deyir: imam Razanın (ə) hüzurunda idim. Birdən dörd yaşdan az olan həzrət Cavadı (ə) gətirdilər. Bu nurani uşaq bir küncdə əyləşib əllərini yerə qoydu və başini göyə qaldırıb mir müddət fikrə gedərək bu halda qaldı. İmam Rza (ə) ona buyurdu: “canım sənə qurban! Niyə fikirləşməyin uzun oldu?”. İmam Cavad (ə) buyurdu: “anam Fatiməyə (s.ə) edilən zülmlər haqda fikir edirəm. Allaha and olsun ki, o iki nəfəri qəbrdən çıxarıb, yandırıb, külünü havaya sovurub dənizə səpərəm!”. İmam Rza (ə) ona yaxınlaşaraq iki gözünün arasından opüb buyurdu: “Atam, anam sənə fəda olsun! Sən imamət məqamına layiqsən”. (Dəlailul-imaməh; s-401. Biharul-ənvar; c-50, s-59).
İmam Cavad (ə) səkkiz yaşında imamət məqamına çatdı və vilayətin o parlaq ulduzunun imamət müddəti on yeddi il çəkərək Abbasilərin iki zalım xəlifəsi – Mə`mun və Mö`təsim – ilə eyni zamanda yaşamışdı.