Rəcəb ayının 12-ci günü
- Ətraflı
- Baxış sayı: 5199
1- Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdül Mütəllibin vəfatı
2- Həzrət Əlinin (ə) Küfə şəhərinə daxil olması
Hicri təqvimi ilə 32-ci il, rəcəb ayının 12-ci günü Qureyşin böyüklərindən biri sayılan Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdül Mütəllib vəfat etdi. (Vəqayiul-əyyam; s-317).
Tarixçilər nəql ediblər ki, Peyğəmbər (s) Mədinəyə hicrət etməmişdən qabaq, gizli müsəlman oldu və hicrətdən sonra Məkkədə qalaraq müşriklərin müsəlmanların əleyhinə olan fəaliyyətlərini Peyğəmbərə (s) çatdırırdı. O, Məkkənin fəthindən sonra Peyğəmbər (s) tərəfindən Allah evinin zəvvarlarını su ilə təmin etməyi öhdəsinə götürdü. O, Osmanın xilafəti dövründə dünyadan köçdü və Bəqi qəbristanlığında torpağa tapşırıldı. (Ruzşomare qəməri; s-192).
2- Həzrət Əlinin (ə) Küfə şəhərinə daxil olması
Hicri təqvimi ilə 36-cı il, rəcəb ayının 12-ci günündə Cəməl hadisəsindən sonra həzrət Əli (ə) öz qoşunu və bir qrup adamla Küfə şəhərinə daxil oldu. Bu şəhəri, öz höküməti üçün paytaxt təyin etdi. O, şəhərə daxil olduqdan sonra, Kufə məscidinə getdi. Namazdan sonra xütbə oxudu. Bu onun ilk xütbəsi sayılır. (Biharul-ənvar; c-32, s-352).
Ümumi olaraq demək olar: Küfə, Şam şəhərinə sərhəd zonada yerləşdiyi üçün o zamanlar, İmama (ə) imkan verirdi ki, Müaviyyənin fitnələrinin orada qarşısında dursun.