Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 15-ci günü

Rəcəb ayının 15-ci günü

1.    Müsəlmanların Məkkədən Mədinəyə ilkin mühacirətinin başlanması

2.    Peyğəmbərin (s) Şe`b-i Əbu Talibdən çıxması
3.    Müsəlmanlırn qibləsinin dəyişməsi
4.    Müaviyə ibn Əbi Süfyanını həlakı
5.    Bəni-haşim Əqiləsi –həzrət Zeynəbin (ə.s) vəfatı
6.    İmam Sadiqin (ə) şəhadəti


qibləsi təyin olundu.  Bəni-Salim məscidində zöhr namazına durduğu zaman  Peyğəmbəri-Əkrəmə (s)
1.    Müsəlmanların Məkkədən Mədinəyə ilkin mühacirətinin başlanması
Qüreyş  müşrüklərinin müsəlmanlara dözülməz təzyiqindən sonra  peyğəmbər (s), öz tərəfdarlarından bir qrupuna göstəriş verd ki, müriklərin əzab-əziyyətlərndən amanda qalmaq üçün Həbəşəyə mühacirət etsinlər. Ona görə də on bir kişi və dörd qadından ibarət bir qrup  müsəlman,  Osman ibn Məzununun başçılığı ilə besətdə beşil sonra rəcəb ayının on beşi, Həbşəyə mühacirət etdilər. Onların bu səfəri Cəfər ibn Əbi Talibin başçılığı ilə oraya mühacirət edəcək digər mühacir müsəlmanlar  üçün zəmin yaratdı. Uzun illər boyu, bu mühacirətlər islam dininin Afrika qitəsində nüfuz qazanmasınsa səbəb oldu.
( Ruzşumar-e qəməri, s.195)
2.    Peyğəmbərin (s) Şebi-Əbu Talibdən xaric olması

Besətin doqquzucu ili, rəcəb ayının on beşini günü, islamın əziz peyğəmbəri (s), bəni-Haşimdən olan bir qrupla, iki ildən artıq çoxlu çətinlik və məşəqqətdən sonra şeb-i Əbu Talibdən xaric oldub Məkkə şəhərindəki evlərinə qayıtdılar. (Misbahül-mütəhəccid, s. 741, - Feyzül-Əllam, s. 307) Nəql olunur ki, Allah-taala qarışqaya əmr edir ki, onların müqaviləsini Allahın adı istisna olmaqla, yeyib aradan qaldırsınlar. Bu hadisə baş verəndə islamın əziz peyğəmbəri (s) həzrət Əbu Talibə göstəriş verdi ki, kafirlərə sonuncu xəbəri çatdırsın. Onlar belə bir möcüzəni görüb mühasirədən əl çəkdilər. Peyğəmbər (s) və bəni-Haşım, Məkkədəki öz evlrinə qayıtdılar.


3.    Müsəlmanların qibləsinin dəyişməsi         
Hciri təqvimi ilə ikinci il, rəcəb ayının on beşində müsəlmanların qibləsi,  Beytül-müqəddəsdən  Kəbə evinə doğru dəyişdi. (Məsarül-şiə, s. 35 – Feyzül-Əllam, s. 307) .
Müsəlmanlara namaz vacib olduqdan sonra islam dininin tərəfdarları iki dinin-Yəhudi və Xristianların hörmət etdiyi beytül-müqəddəsə tərəfə üz tutub namaz qılırdı. Beləliklə islamın islamın əziz peyğəmbəri (s) Mədinəyə hicrət edəndən sonra  o şəhərin yəhudiləri peyğəmbər (s) və müsəlmalara istehza etməyə başladılar.  Peyğəmbərin (s) Mədinəyə qayıtmasından  on yeddi ay keçdi. Hicri təqvimi ilə ikinci il, rəcəb ayının on beşinci günü, Allah-taalanın əmri ilə Kəbə müsəlmanların Allah-taala bu fərmanı verib. Ona görə də peyğəmbər (s), namaz qılan halda döndü və Kəbəyə üz tutaraq zöhr namazının son iki rükətini qıldı. Ona görə də islam tarixində  o məscid, “Zülqibləteyn” adı ilə tanındı. (Vəqayeül-əyyam, s. 324)
4.    Müaviyə ibn Süfyanın həlakı
Hicri təqvimi ilə 60- il, rəcəb ayının on beşinci günü, , rəcəb ayının on beşinci günü, , rəcəb ayının on beşinci günü, Müaviya ibn Əbi Süfyan, 78- yaşında cəhənnəmə vasil oldu. (Tətimmətül-müntəha, s. 59)
Əhli-təsənnünün etibarlı alimləri Kəlbi Nəsabə və ibn Ruzbehan yazır: Müaviyə dörd kişinin oğlu idi: Əmarə, Müsafir, Əbu Süfyan və adı deyilməyən bir kişi.
Amma ona zahirdə Müaviyə ibn Əbi Süfyan deyirdilər. Müaviyə, çirkin və qısaboyli bir kişi idi.  Bir gözü “Taif”-də, digər gözü də “Yərmuk”-da kor olmuşdu. Onu mənəviyyatı gözündən daha artıq kor idi. Müaviyə, peyğəmbərə (s) bəslədiyi son dərəcə düşmənçiliyinə görə o həzrətə qarşı baş qaldıran hər bir müharibə və fitnəyə dəxalət edib rol oynayırdı.  Məkkə fəth olan ildə qorxusundan islam gətirib nifaqla yaşadı. Nəhayət 82 il boyunca bütün ömürünü zülmətdə yaşayıb hicri təqvimi ilə 30-cu ildə cəhənnəmə vasil oldu. (Əsədülqabə, c.3, s.13)
Müaviyənin anasının adı Hind idi. Qara qulamlara çox meyilli olan bu qadın Məkkə bayrağının sahibi – fəsadda məşhur olan şəxslərdən sayılırdı. ( Tətimmətül-müntəha s. 65)
Müaviyənin Şamdakı höküməti
Əbu Bəkrin xəlifəliyi dövründə onun göstərişi ilə Yəzid ibn Əbi Süfyan,  müsəlanlardan ibarət qoşunla Şama  tərəf hərəkət etdi. Müaviyə də onlarla idi. Yəzid Şamda dünyadan köçdü. Əbu Bəkr Şamatın başçılığını Müaviyəyə tapşırıdı.  Həzrət Əlinin (ə) xəlifəlik dövrünədək o vəzifədə olan  Müaviyə, itaətsizliyə başladı. “Süffeyn” müharibəsi də o itaətsizliyin bir hissəsi idi.
Müaviyə ilk şəxs idi ki, təqvalılar mövlası həzrət Əliyə (ə) nalayiq sözlər və lənətləməyə deməyə rəvac verdi. Həmişə cümə namazlarının xütbələrində  o həzrətin ünvana nalayiq sözlər demək qədər həddin aşır və göstəriş verirdi ki, bütün şəhərlərdə onun etdiyini etsinlər. (Biharül-ənvar, c. 33, s. 213)
Müaviyə öz ətrafında olan xain səhabələrə göstəriş verdi ki, Əmirəlmöminin Əlini (ə) məzəmmət edən hədislər uydurdular və çox sadya o həzrətə bağlı olanları və şiələrini qətlə yetirdilər. Onun ən böyük cinayətlərindən biri, imam Həsəni (ə) şəhadətə yetirməsi oldu. (Məraqidül-məarif, c. 2, s. 223)
Onun ölümünə səbəb, Məkkədən Şama gedən istiqamətində xəstələndi. Elə bir həddə ki, titrəyir və ağzı bağlanmırdı. Nəhayət Şama daxil olub orada cəhənnəmə vasil oldu.
5.     Bəni-haşim Əqiləsi –həzrət Zeynəbin (ə.s) vəfatı
Hicri təqvimi ilə 62-ci il, rəcəbin on beşinci günü, bəni-haşimin Əqiləsi, Ümmül-məsaib (müsibətlər anası), həzrət Zeynəbin (s.ə) məzlum və qərib vəfatı gününə təsadüf edir. (Məaliyül-Sibtəyn, c. 2, s. 225 – Zeynəbi-Kubra (s.ə), s. 114)
Rəvayətdə yazılıb: Həzrət  Zeynəb dünyaya göz açanda, babası, islamın əziz peyğəmbərinə (s) təqdim etdilər. Həzrət onu mübarək əllərinə götürdü, üzünü onun üzünə qoyub ağladı. Həzrət Fatimə (ə.s) buyurdu: “Ey ata, bu ağlamaq nə üçündür, Allah gözlərini ağlar etməsin?!” Peyğəmbər (s) buyurdu: “ Ey Fatimə, Mən və səndən sonra bu qız bəla və müsibətlərə düçar olacaq.” Həzrət Fatimə (ə.s) buyurdu: “ Qızım Zeynəbə ağlayanın savabı nədir?”  O həzrət buyurdu: “ Ey canımın bir parçası, gözümün nuru, onun müsibətlərinə ağlayının savabı, qardaşı Hüseynə (ə) ağlayanın savabı kimidir.” (Rəyahinül-şəriət,c. 3, s. 38)
6-    İmam Sadiqin  (ə) şəhadəti
Hicri təqvimi ilə 148-ci il, rəcəb ayının on beşinci günü,  dünya şiələrinin altıncı rəhbəri imam Sadiq (ə) şəhadətə çatdı. O həzrət, məlun Mənsurun göstərişi ilə üzümlə zəhərlənib şəhid oldu. (E`lamül-vəri, c. 1, s. 514, - Vəqayiül-əyyam, s. 326)
O, şəhadətə yetidiyi zaman  65 yaşınd idi. Onun imamlıq dövrü 34 il oldu.  Bu illər ərzində şiə məktəbi qüvvətləndi. O imamın əsrində hədis və rəvayətləri yaymaqla islman çöhrəsindən qübarı silmək və Məhəmmədin (s) gətirdiyi pak islamı dünya əhlinə tanıtdırmaq üçün çox fürsət yaranmışdı.
İmam Sadiqin (ə) pak cəsədi, ürəyi dağlanmış şagirdlərinin və Mədinə camaatının böyük izdihamı ilə dəfn son mənzilə yola salınıdı. O, uca atasının yanında - Bəqi məzarlığında dəfn olundu.
İmam Sadiq (ə) dünyadan ayrılıdğı anlarda övladları və yaxınları onun ətrafında oturmuşdu.  Son sözlərin belə buyurdu: “ Həqiqətən bizim şəfaətimiz, namazı yüngül sayanlara şamil olmayacaq”. (Səvabül-ə`mal, s. 228, -Baharül-ənvar,  c. 47,  s. 2)
Əlbəttə imam Sadiqin  (ə) şəhadəti mötərəb rəvaətə əsasən hicri təqvimi ilə 148-ci il, şəval ayının 25-nə təsadüf edir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə