Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 17-ci günü

Rəcəb ayının 17-ci günü

Məmun Abbasinin ölümü

 

Hicri təqvimi ilə 218-ci il, rəcəb ayının 17-ci günü, Məmun ləqəbli Abdullah ibn Harun, abbasi xəlifərindən birisi cəhənnnəmə vasil oldu. (Tətimmətül-müntəha, s. 357)
O, qardaşı Əminin əksinə olaraq,  siyasətçil adam idi. Müxtəlif elmlərdən: Nücum, fəlsəfə və kəlamdan məlumatı var idi. Həmişə alimlərin elmi bəhslə məqsədi ilə dövrün alimlər üçün məclislər təşkil edirdi.  Harun Ər-Rəşidin ölümündən sonra onun övladı Əmin beş il xəlifə oldu və qardaşı Məmunu vəliəhdlikdən azad etdi. Məmunun Xorasanda əmarəti var idi. Ona görə də iranlıların köməyi ilə qardaşı Əminə qarşı qiyam edə bildi. Onun qoşunlarını məğlubiyyətə uğradıb qardaşı Əmini qətlə yetirib xəlifəliyə yiyələnə bildi.  (Əl-Kamil ibn Əsir, c. 6, s.287)
Məmun siyasətcil olduğu üçün kamil şəkildə zahirdə düzlüyə riayət edirdi. Ələvilərin diqqətini çəkmək və onların qiaymının qarşısını almaq üçün imamətin səkkizinci parlaq ulduzu həzrət Əli ibn Musa Ər-Rizanı (ə) məcburi şəkildə Mədinədən Mərvə gətirdi. Onu özünün vəliəhdi təyin etdi.
Bu müddət ərzində Məmun tərəfindən həzrət olunan əzab-əziyyətlər  o qədər idi ki, imam (ə) hər cümə, Came məscidindən qayıdanda o qübarlı halda Allah dərgahına əl açır belə ərz edirdi: Ey Allah, əgər mənim müşkülmün həlli mənim ölümümdədirsə elə bu saat onu göndərməkdə tələs.  (Məfatihül-cinan, beinci fəsil, zilihiccə ayını əməlləri, s. 506.)
Bu əziyyətlər davam etdi. Nəhayət hicri təqvimi ilə 202-ci ildə Məmun həzrət Rizanı şəhadətə çatdırdı. Ondan sonra Məmundan gələn əzab-əziyyətlər onun oğlu imam Cavada (ə) yönəldi.
Məmunun ölümünü səbəbi  o idi ki, Rumlularla döyüşə getdi, orada çoxlu fəthlər etdi. O cümldən “Eynül-bədidun” . oranın çox soyuq suyu, təmiz, lətif havası var idi. Oralar yaşıllıq və şən idi. Ona görə də o məntəqədə olan çay üzərində bir otaq düzəltdirdi və orada məskunlaşdı. Bir gün suya baxırdı. Birdən suda böyük və gözəl bir balıq gördü. Qulamlarına göstəriş verdi ki, onu tutsunlar. O balığı tutub Məmunun önündə qoyanduqda sıçrayıb öznünü suya atdı.  Onun üzünə və sifətinə də bir qədər su sıçradı. O andan başlayaraq ciddi titrəmə bədənini bürüdü. Hər an onun (rəşe) çoxalırdı. Hər nə qədər onu (yorğan kimi vasitələrlə) paltar və lihafla bürüdülər və ətrafında od yandırdılarsa yenə də soyuqdan fəryad edir ağac yarpağı kimi titrəyirdi.  Mahir həkimlər gətirdilər. Onların hamısı ona çərə etmədə azic oldular. Bu bəla davam etdi, nəhayət hicri təqvimi ilə 218-ci il, rəcəb ayının17-ci günü, 49 yaşında ikən  o, cəhənnəmə vasil oldu.   (Tətimmətül-müntəha, s. 357)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə