Bz.er09232019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 24-cü günü

Rəcəb ayının 24-cü günü

1.    Əmirəlmömininin (ə) vasitəsi ilə “Xeybər” qalasının fəthi
2.    Ömər ibn Əbdüləzizin vəfatı

 

Hicri təqvimi ilə yeddinci il, rəcəb ayının 24-cü ili, Xeybər qalası, Əmirəlmöminin (ə) vasitəsi ilə fəth olundu. (Misbahül-mütəhəccid, s. 749 - Vəqayeül-əyyam: s. 334.)
Xeybər Mədinənin şimalında yerləşən, yeddi qala 20 min nəfərə çatan yəhudilərin olduğu ərazisi 32 iki fərsəx olan bir yer idi. Xeybərdə yaşayan yəhudilər, müsəlmanlarla bağlıdıqları sazişə baxmayaraq Xeybər qalasını islamın ziddinə çalışan bir mərkəzə çevirib müşrikləri müsəlanların əleyhinə qaldıra bildilər. Onlara kömək edirdilər. O üzdən islamın əziz peyğməbəri (s) islamın ziddinə çalışan o sonuncu məkanı və islam düşmənlərini məhv etmək, onlarnı fitnəsinin kökükünə kəsmək qərarına gəldi. (Vəqayeül-əyyam, s. 335)
Peyğəmbər (s) Xeybər döyüşünə gedəndə oranın qalasını (qamus) mühasirə etdi. Öncə onlarla mübarizə atmək üçün bayrağı Əbu Bəkrə verdilər. Əbu Bəkr bir dəstə qoşunla getdi. Onların pəhləvanlarını görəndə qaçdı. Qoşun da onun arxasınca qayıtdı. Sonrakı gün peyğəmbər (s) bayrağı Ömərə verdi. O da ölümün qorxusundan meydana çatmamış qayıtdı. Peyğəmbər (s) buyurdu: “Sabah, bayrağı elə bir kişinin əlinə verəcəyəm ki, (həmlələrini təkrar etməsin) heç vəchlə qaçmasın. Elə bir kəs ki, Allahı, peyğəmbərini sevir və Allah və peyğəmbəri də onu sevir. Allah xeybəri onun vasitəsi ilə fəth edəcək. Səhabələrin hamısı arzu edirdilər ki, o məqam ona qismət olsun.
O günün sabahı, peyğəmbər (s) buyurdu: “ Əli ibn Əbu Talib hardadır?” dedilıər ki, gözü ağrayır və onun üçün hərəkət etmək müşküldü. Peyğəmbərlərin (s) sonuncusu buyurdu: “Onu gətirin”  Səlmə ibn Eku Həzrəti gətirdi. Peyğəmbər (s) həzrətin başını qucağına götürüb ağzının mübarək suyundan Vəsilərinin sonuncusunun nurlu gözlərinə sürtdü və buyurdu: “ Ey Allah, isti və soyuğun əziyyətini onun üzərindən götür!” O gündən etibarən o həzrətin gözü bir daha ağramadı və isti-soyuqdan əziyyətə düşmədi. Peyğəmbər (s) öz zirehini ona geydirdi, zülfüqarı onun belinə bağladı, bayrağı ona tapşırıb atına mindirdi və buyurdu: “Cəbrail sağında, Mikail solunda, Əzrail önündə, İsrafil arxanda  Allahın yardımı başının üstüdə və mənim duam da sənin arxancadır.” Sonra buyurdu: “Öncə onları islama dəvət et.” Əmirəlmöminin (ə) Xeybər qalasına tərəf hərəkət etdi. Moizə və nəsihətdən sonra bir qrup  onunla döyüşmk üçün gəldi. Onlar müsəlmanlardan iki nəfəri şəhid etdilər. Əmirəlmöminin (atını onlara tərəf) çapıb onları öldürdü. O zaman Mərhəbin qardaşı bir dəstə ilə gəldi. Həzrət onları da cəhənnəmə göndərdi. Mərhəb şücaətli döyüşcü idi. Qardaşının intiqamı üçün gəldi. Əmirəlmöminin (ə) zülfüqar ilə onun başına elə vurdu ki, qılınc boğazından keçdi onu iki bölüb yerə atdı. Müsəlmanların təkbir səsi yüksəldi. Yəhudilərdən bir qrupu müdafiə üçün gəlib müsəlmanlarla döyüşə başladı. Əmirəlmöminin (ə) mübarizəyə davam etdi və onlardan bir qrupunu öldürdü və bir qrupu da qalaya qaçdı. Həzrət, özünün qüdrətli heydər əli ilə qalanın qapısını sökdü və müsəlmanların xəndəkdən keçməsi üçün keçid düzəltdi. Həzrət neçə dəfə müsəlmanları o qapı vasitəs ilə keçirib. Bir halda ki, o həzrət üç gün idi ki, ac idi. Beləliklə də Əmirləmöminin (ə) qüdrətli əli ilə heybər qapısı fəth oldu. (Əlmüsətədrək ələl-səhihəyn, c.3, s.37 – Kənzül-ümmal, c.5, s.283)  

2.    Ömər ibn Əbdüləzizin vəfatı
Hicri təqvimi ilə101 –ci il, rəcəb ayının iyirmi dördüncü günü bəni-üməyyə xəlifələrindən Ömər ibn Əbdüləziz ibn Mərvan vəfat etdi.
Tarixçilər Öməri ibn Əbdüləzizi, bəni-üməyyənin yaxşı adamı hesab edir.O xəlifə olduqda bəni-üməyyənin müxtəlif şəhərlərində başçılıq edən xarab əməl sahiblərini aradan qaldırdı və onların yerinə niyyəti xeyirli, saleh fərdlər təyin etdi. Göstəriş verdi ki, yoxsul və miskinlər üçün qonaqlıq verilsin. O dövrədək 60 il idi, bəni-üməyyə xəlifərinin göstərişi ilə (səbbi-Əli) həzrət Əlinin (ə) ünvanına rəva olmayan sözlər deyilirdi. Onun əhəmiyyətli işlərindən biri odur ki, göstəriş verdi ki, həzrət Əlinin (ə) ünvanına rəva olmayan sözlər birdəfəlik deyilməsin. Fədəki də Fatimənin (ə) övladlarına qaytardı. Göstəriş verdi ki heç bir kəs Əli (ə) sülaləsinə qarşı çıxmasın. Bəzi tarixçilər onun ölümünü Mərvaniyan (mərvançıların) tərəfindən zəhər vasitəsi ilə olduğu söyləyir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə