Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayının 26-cı günü

Rəcəb ayının 26-cı günü

Allahın əziz rəsulunun (s) əmisi Əbu Talibin (ə) vəfatı

Besətin onuncu ili, rəcəb ayını 26-da Bətha ? seyidi,  əziz peyğəmbərin (s) əmisi həzrət Əbu Talib 81 yaşında ikən vəfat etdi. Besətin ən ağır günlərində Peyğəmbəri (s) qoruyan əmisinin vəfatı onu çox kədərləndirdi. (Vəqayeül-əyam, s. 342, - Münxtəxəbül-təvarix s. 80)
O həzrətin mübarək adı İmran, atası cənab Əbdülmütəllib, anası Fatimə binti Ömər ibn Aizdir. Əbu Talib, peyğəmbrin (s) atası Əbdüllahla (ə) və Zübeyr ibn  Əbdülmütəllib əbuyəni qardaş idi. Yəni ata tərəfindən bir idilər. Əbdülmütəllibin digər övladları isə təkcə ata tərəfdən bir idi.
Həzrət Əbu Talibin imanı
Əllamə Məclisi deyir: “İmamiyyə (məzhəbi), Əbu Talibin peyğəmbərə (s) iman gətirməsinə və onun heç bir vaxt bir bütə pərəstiş etməməsində yekdildir. O, həzrət İbarimin (ə) bir övsiyası və imanlı kimi şiə  aləmində məşhurdur. Şiə alimlər o həzrətin imanı haqqına kitablar yazıb.” 
Şeyx Səduq (r) yazır: Bir hədisdə deyilir ki, cənab Əbdülmüttəlib ilahi höccət və cənab Əbu Talib də (ə) onun vəsisi olub. Rəvayətə əsasən vidayül-ənbiya, həzrət Musaının (ə) əsası,  həzrət Süleymanın (ə) üzüyü və s. Əbdülmüttəlibdən (ə) Əbu Talibə (ə) çatmış, o da, onları peyğəmbərlərin sonucusuna (s) tapşırıb. (Təqvimi-Şie, s. 181).
İbni Əsir Cəzri Şafei deyir: “ Əhli-beyt (ə), Əbu Talibin imanlı olduğu yekdiklilə qəbul edib və Əhli-beytin (ə) ictiması höccətdir. (Müntəxəbül-təvarüx, c. Rəcəb, s. 113-114)
Həzrət Əbu Talibin imanı haqqına çoxlu kiablalar yazılıb. Onlardan ən ilki hicrt təqvimi ilə 630 cu ildə yazılıb. O zamandan indiyədək o böyük şəxsin imanı və əzəməti haqqında çoxlu kitablar yazılıb və çap olub. (Qəlaidül-nühur, c. Rəcəb, s. 284-289- Müntəxəbül-təvarix, s. 113-114.
Həzrət imam Rza (ə) buyurub: “Əbu Talibin kafir halda ölüyünə etiqadı olan şəxs, kafirdir.” 
Peyğəmbərin (s) qorunması üçün həzrət Əbu Talibin şeirləri əmirəlmömininə mənsub, Əbu Talibin rehlətin zamanı, o böyük şəxsin Qüreyşə sözləri Məscidül-həramda, onlar peyğəmbərə (s) sui-qəsd hazırlayarkən, o həzrətin yağış istəyərkən söylədiyi sözlər və bütün bunlar o həzrətin xüsisi imana sahib olduğunu və o, imanda əshabi-kəhfə bənzədilib.
Əsbəğ ibn Nəbatə deyir: Əmirəlmöminin (ə) buyurub: “ And olsun Allaha!  Heç vaxt atam, babam Əbu Talib, Haşim, Əbdülmənaf bütə ibadət etmədilər.” Dedilər: Nəyə ibadət edirdilər? Buyurdu: Kəbəyə tərəf namaz qılır və İbrahimin dinində möhkəm idilər.
İbn Əbilhədid, bir şeir əsnasında deyir: “ Əgər Əbu Talib və oğlu olmasaydı, islam dinindən heç bir əsər olmazdı, belə möhkəm olmazdı. Əbu Talib Məkkədə peyğəmbəri himayə etdi. Oğlu da Mədinədə ondan himayəsini əsirgəmədi və onu müdafiə etdi. (Şərhi-Nəhcül-bəlağə, İbn Əbilhədid, c.14, s. 85)
ƏbuTalibin (ə) vəfatı və peyğəmbər (s)
Həzrət Əli (ə) Əbu Talibin vəfatı xəbərini peyğəmbərə (s) verdi o həzrdət ciddi narahat olub kədərləndi. Buyurdu: “Ya Əli, get ona qüsl ver, hənutlayıb kəfənlə. Səririn üstünə qoyanda mənə xəbər ver. Həzrət, peyğəmbərin (s) göstərişini yerinə yetirdi. Peyğəmbər (s) özü təşrif gətirdi. Mübarək nəzəri uca əmisinin cənazəsinə sataşanda böyük bir hüznlə buyurdu:  “Ey əmi, sileyi-rəhm və mehribanlıq etdin, xeyir mükafat gördün. Ey əmi, mən uşaq ikən mənə kəfil oldun,  böyüklükdə isə mənə yardım edib mənə hamilik etdin.” Sonra üzünü camaata tutub buyurdu:  “And olsun Allaha! Qiyamət günü  əmimə şəfaət etmək izni verəcəyəm. O şəfaətə cin və ins təəccüb edəcək.”  Əbu Talibin (ə) rehlət etməsi ilə Cəbrail nazil olub peyğəmbərə (s) ərz etdi: “Kömkəçin dünyadan köçdü, hicrət et!” (Biharül-ənvar, c. 19, s. 69)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə