Cm.ax11142019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayına aid məqalələr Mübarək "rəcəb" ayı haqqında

Rəcəb ayına aid məqalələr

Mübarək "rəcəb" ayı haqqında

Bilmək lazımdır ki, Rəcəb, Şəban və Ramazan ayları şərəf və üstünlükdə başqa aylardan tamamilə fərqlənir və bu ayların fəzilət və üstünlüyü kamildir. Onların fəziləti barədə saysız-hesabsız hədislər vardır.
Peyğəmbərimiz buyurmuşdur: “Rəcəb ayı, Allahın böyük ayıdır, heç bir ay ehtiram və fəzilətdə ona çatmaz. Bu ayda müharibə etmək haramdır. Rəcəb Allah ayı, Şəban mənim ayım və Ramazan ayı ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa, uca Allahın razılığını qazanmış, Allahın qəzəbi ondan uzaqlaşmış, cəhənnnəm qapılarından biri onun üzünə bağlanmışdır”.

 

İmam Sadiq (ə) Peyğəmbərimizdən (s) belə nəql edir:

“Rəcəb ayı mənim ümmətimin istiğfar-bağışlanmaq istəmək- ayıdır. Buna görə də bu ayda bacardığınız qədər Allahdan bağışlanmaq istəyin. Allah bağışlayan və mehribandır. Rəcəb ayına “əsəbb” deyilir. Ona görə ki, Allahın rəhməti bu ayda mənim ümmətimə yağmaqdadır.

Bu ayda çoxlu deyin: Əstəğfirullahə və əs`əluhut-təvbə”. ("təvbə"ni "təubə",  (...əs`əluhut-təubə) yaxud "tövbə" (...əs`əluhut-tövbə) şəklində də deyə bilərsiniz)

Həmçinin İmam Sadiq (ə) öz əshabından birini bu ayın sonunda oruclu görməyərkən buyurmuşdur: “Ey Salim, hər kəs bu ayın sonunda bir gün oruc tutarsa, Allah onu can vermənin dəhşətləri, ölümdən sonranın təhlükələri və qəbirin əzablarından qoruyar. Hər kəs ayın sonundan iki günü oruc tutarsa, Siratdan asanlıqla keçəcək və hər kəs üç günü oruc tutarsa, Qiyamət gününün dəhşətli qorxularından nicat tapar və ona cəhənnəmdən qurtulmaq zəmanəti verilər”.

Rəcəb ayında oruc tuta bilməyənlər onun əvəzinə hər gün yüz dəfə bu təsbihi deyə bilərlər: “Subhanəl-İlahil-cəlil, subhanə mən la yənbəğit-təsbihu illa ləh, subhanəl-ə`əzzil-əkrəm, subhanə mən ləbisəl-izzə və huvə ləhu əhl”.

RƏCƏB AYININ ƏMƏLLƏRİ

(Bunları hər gün yerinə yetirmək olar)

1. Ya mən yəmliku həvaicəs-sailin, və yə`ləmu zəmirəs-samitin, li kulli məs`ələtin minkə səm`un hazir və cəvabun ətid. Allahummə və məvaidukəs-sadiqətu və əyədikəl-fazilətu və rəhmətukəl-vasiəh. Fə əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, ən təqziyə həvaici lid-dunya vəl-axirəh, innəkə əla kulli şəy`in qədir.

2. Xabəl-vafidunə əla ğəyrik. Və xəsirəl-mutə`ərrizunə illa lək. Və za`əl-mulimmunə ila bik. Və əcdəbəl-muntəciunə illa mənintəcə`ə fəzlək. Babukə məftuhun lir-rağibin. Və xəyrukə məbzulun littalibin. Və fəzlukə mubahun lis-sailin. Və nəylukə mutahun lil amilin. Və rizqukə məbsutun li mən əsakə və hilmukə mutərizun li mən navakə. Adətukəl ihsanu iləl-musi`in və səbilukəl-ibqau ələl-mu`tədin. Allahummə fəhdini hudəl-muhtədin vərzuqnictihadəl-muctəhidin və la təc`əlni minəl-ğafilinəl-mub`ədin, vəğfirli yəvməd-din.

3. Allahummə inni əs`əlukə səbrəş-şakirinə ləkə və əmələl-xaifinə minkə və yəqinəl-abidinə lək. Allahummə, əntəl-əliyyul-əzim və ənəl-əbdukəl-baisul-fəqir. Əntəl-ğəniyyul-həmidu və ənəl-əbduz-zəlil. Allahummə, səlli əla Muhəmmədin və alihi vəmnun bi ğinakə əla fəqri və bi hilmikə əla cəhli və bi quvvətikə əla zə`fi. Ya qəviyyu ya əziz! Alahummə! Səlli əla MUHƏMMƏDİN və alihil-əvsiyail-mərziyyin. Vəkfini ma əhəmməni min əmrid-dunya vəl-axirəh. Ya ərhəmər-rahimin.

4. Ya mən ərcuhu li kulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til-kəsirə bil-qəlil, ya mən yu`ti mən sə`ələh, ya mən yuti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh. Ə`tini bi məs`ələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni bi məs`ələti iyyakə cəmiə şərrid-dunya və şərril axirəh. Fə innəhu ğəyru mənqusin ma ə`təytə və zidni min fəzlikə ya Kərim.

(Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik: Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl! Hərrim şəybəti ələn-nar”

(bu dörd duanı hər namazdan sonra oxumaq olar)

5. Bu ayda 100 yaxud 400 dəfə: Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh.

6. 1000 dəfə: La ilahə illallah

7. Səhər və axşam 70 dəfə: Əstəğfirullahə və ətubu iləyh. (Elə ki, qurtardıq, əlləri qaldıraraq) Allahumməğfirli və tub ələyyə

8. 10 000, 1000 yaxud 100 dəfə “İxlas” surəsini oxumaq

9. Cümə günü 100 dəfə “İxlas” surəsini oxumaq

10. 4-cü, 5-ci və 6-cı günlər oruc tutmaq.

11. Bir gecə 100 dəfə “İxlas”ı iki rəkətlik müstəhəb namazda oxumaq.

Əlavə məlumat üçün “Məfatihul-cinan” ( müəllif: Abbas Qumi) kitabına müraciət edin.

www.sonumid.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə