Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əsas səhİfə Müxtəlif Müxtəlif Çağırın, sizə cavab verim!

Çağırın, sizə cavab verim!

Quranda dua
Sonsuz feyz mənbəyi, sahilsiz kəramət okeanı, həqiqət fəzasının yaradıcısı, elm və hikmət süfrəsini açan Cənab Haqq Qurani-Məciddə buyurur: “Ey peyğəmbər, xalqa de ki, əgər dua etməsələr, Allah onlara etina göstərməz.”
Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir vasitədir. Bu rəhmət vasitəsi ilə insan bəlalardan uzaqlaşır, səadətə nail olur.
Sevənlərin məhbubu, zikr edənlərin üz tutduğu, şükür edənlərin həmsöhbəti, möminlərin sığınacağı olan Rəbbimiz belə buyurur: “Əgər bəndələrim Mənim haqqımda soruşsalar, (cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən Məni çağıran zaman onu qəbul edərəm.”
Bəli, insana Allahdan daha yaxın olan başqa bir varlıq yoxdur. Məhz bu yaxınlıq insanı vücuda gətirmiş, onu ana bətnində tərbiyə etmiş, dünya həyatına gətirmiş, bu qonaq üçün maddi və mənəvi nemətlərdən süfrə açmış, xoşbəxtlik yolunu insana göstərmək üçün peyğəmbərlər göndərmiş, Quran və məsum imamlar kimi misilsiz nemətlər qərar vermiş, susuzluğunu saf sularla yatırmış, aclığını dadlı yeməklərlə doyurmuşdur. Məhz bu yaxın varlıq xəstəliklərə şəfa vermiş, ailə-övlad və dost-tanış vasitəsi ilə insanı tənhalıqdan qurtarmış, ayıbları libaslarla örtmüş, qəlblərdə Öz məhəbbətini icad etmiş, müşkülləri aradan qaldırmış, sağlamlığa davam vermişdir. Axı insanın dəyərini Allahdan başqa kim ucalda bilər? İnsanın halından, ehtiyaclarından, arzu və istəklərindən Allah qədər xəbərdar olacaq ikinci bir varlıq varmı?
Bəli, insana hamıdan yaxın olan Odur. “Qaf” surəsinin 16-cı ayəsində buyurulur: “Doğrudan da, insanı biz yaratmış və nəfsinin ona nələr vəsvəsə etdiyini də bilirik. Biz ona boyun damarından da yaxınıq.”
Əql və bəsirətcə hamıdan üstün, qəlbləri bütün qəlblərdən nurani, qeyb aləminə hamıdan daha agah olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər də bütün vücudları ilə duaya bağlı olmuşlar. Onların nə gecəsi, nə də gündüzü duasız ötüşə bilməz. Onlar duanı təkamül mayası, daxili çirkinlikdən təmizlənmə amili, müşküllərin həlli üçün səbəb bilmişlər. Bu ilahi şəxsiyyətlər əmin idilər ki, ilahi dərgaha əl açmış heç bir insan əliboş dönəsi deyil. Allah-Taalaya təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul olunmasına zərrəcə şübhə yox idi. Bu həqiqət həzrət İbrahim (ə)-ın dilindən gözəl şəkildə bəyan olunur: “Həmd olsun Allaha ki, qoca vaxtımda mənə İsmail və İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir.”
Bəli, məhz duanın gücü hesabına Həzrət Zəkəriyya və arvadı - yaşlarının ötməsinə baxmayaraq - Yəhya kimi övladla müjdələndilər (“Məryəm”, 5-9). Həzrət İsa (ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını istədi və Allah onun duasını qəbul etdi (“Maidə”, 112-115).
Allah-Taala bəndələrinə bütün hallarda dua etməyi tapşırır. Tapşırır ki, əllərimizi açıb təvazö və sınıq qəlblə ehtiyaclarımızı Ondan istəyək və dualarımızın qəbul olunacağına ümidvar olaq. Qəti şəkildə bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər zəlil görkəmdə Cəhənnəmə gətiriləcəklər. “Ğafir” surəsinin 60-cı ayəsində buyurulur:
“Məni çağırın, sizə cavab verim (duanızı qəbul edim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda Cəhənnəmə daxil olacaqlar.”

Hədislərdə duanın dəyəri

Həzrət Davud (ə)-a buyurulur:
“Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, nemət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!”
Dini kitablarda belə gözəl mətnlər çoxdur. Quran ayələrindən qaynaqlanan bu əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər. İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir.”[4]
İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət duadır”; “Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.”[5]
Həzrət Əli (ə) buyurur: “ Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.”[6] “Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadər.”[7]
İmam Sadiq (ə) buyurur: “Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; “Dua et, çünki dua hər bir dərdin dərmanıdır.”

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə