Əlidir! (Şeir)






Məhbubi Xuda, xosrovi bəxşəndə1 Əlidir
Dəryayi əta, gövhəri rəxşəndə2 Əlidir

Göz tikmiş Əlinin əlinə dideyi aləm
Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm
Heydərdir namaz üstə verən sailə xatəm
Sultani səxi3, rəhbəri zibəndə4 Əlidir

İslamidə şəxsiyyəti mümtazidi5 mütləq
Simayi dirəxşani6 verib xilqətə rövnəq
Hərçəndi başın etdilər mehrabidə münşəqq7
Mehrabi ibadətdə gözəl bəndə Əlidir

İsmin də onun ismi-cəlalət qoyub Allah
Qəddində onun dəsti şücaət qoyub Allah
Başinə onun taci vilayət qoyub Allah
Allaha vəli, həqqə nümayəndə Əlidir

Dünyadə yetimlər atası adlanan adil
Rəfətlə verən qüssəli xatirlərə şadi
Şəmşir ilə sərkub eliyən zülmü-fəsadı
Peyğəmbəri islamə bərazəndə8 Əlidir

Zeynəbdə təcəlla elədi məntiqi Heydər
Şəni elədi vəqti Məsihiylə müsəxxər
Hər yerdə süxən eylədi ağavü-süxənvər
Mərdüm9 belə fikr eylədi quyəndə10 Əlidir


Lüğət:
1.Bağışlayan, hədiyyə verən və s.
2. Parlaq
3. Səxafətli
4. Ləyaqətli
5. Seçilən.
6. Nurlu, işıqlı
7. Vurmaq, yaralamaq
8. Yaraşan, ürəyəyatan
9.Camaat
10. Danişan

Yazının tərtibində tərcümə olunmuş kitablaırn elektron versiyasından istifadə olunub.