Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Nə üçün Quranda həzrət Əlinin (ə) adı yoxdur?

Nə üçün Quranda həzrət Əlinin (ə) adı yoxdur?

 

İmam Sadiq (ə) buyurub: “Əgər Quran, Allahın istədiyi və nazil etdiyi şəkildə tilavət olunub düşünülsə (araşdırılsa), həqiqətən göstərilən nişanələrdə bizi tapacaqsınız”.

Əbu Bəsir deyir:  İmam Sadiqə (ə)  ərz etdim ki, camaat deyir: “Nə üçün Əlinin və onun Əhli-beytinin adı Quranda yoxdur?”
Buyurdu: “Onlara de ki, namaz Allahın Rəsuluna  (s) nazil oldu. Amma Allah, onun rəkətərinin sayını – üç, dörd sayda olduğunu kitabında deməyib. Onları Allahın Rəsulu (s) camaat üçün təfsir edib və ...”

Bəzən Əli (ə)-ın adının Quranda yazılıb-yazılmaması barədə soruşurlar...

Düzdür ki, Quranda Əli (ə)- ın adı çəkilmir. Lakin ünvanı göstərilir. Peyğəmbər (s)- də öz növbəsində bu ünvanı açıqlayır. Əhli-beytin fəziləti, şərafəti, mövqeyi və hansı dərəcədə olması bizə məlumdur. İndi bilməliyik ki, onlar qarşısında bizim borcumuz, vəzifəmiz nədir? Onlar bizdən nə tələb edirlər?
Birinci: Onları sevmək və onlara qarşı məhəbbət bəsləmək bizim vəzifəmizdir.
Qurandakı sözü gedən mövzu ilə bağlı ayədən əlavə Peyğəmbər (s) buyurur: «Mən Əhli-beytin kimlər olduğunu göstərib onları sizə tanıtdırdım. Sizin birinci vəzifəniz onlara qarşı məhəbbət bəsləməkdir.» Deməli müsəlmanların birinci vəzifəsi Əhli-beytə (ə) qarşı sevgi göstərib, məhəbbət bəsləməkdir.
Bir gün bir neçə nəfər ənsar Mədinədə Peyğəmbərin (s) görüşünə gedərək deyirlər: Ya Rəsulallah, biz başa düşürük ki, sən bizə çox xidmətlər göstərmisən: biz azğın idik, sən bizi hidayət etdin, bütlərə ibadət edirdik, sən bizi tək olan Allaha səcdə etdirdin, haqqa tərəf hidayət etdin. Biz səndən öncə yoxsul idik, pis vəziyyətdə yaşayırdıq, sən bizə izzət və şərəf verdin. Maddi cəhətdən indi vəziyyətimiz çox əladır. Bunların hamısını bizlər üçün sən etmisən. İndi biz də öz növbəmizdə sənə xidmət etmək istəyirik. Bizim malımız, sərvətimiz, dəvələrimiz, qoyunlarımız, qızıllarımız, pullarımız sənin ixtiyarındadır. İstədiyin qədər xərcləyə bilərsən. Yazırlar ki, bu zaman bu ayə nazil oldu: «Ya Peyğəmbər! deki, risalətimin müqabilində sizdən heç bir təmənnam yoxdur. Sizdən istədiyim yalnız budur ki, mənim Əhli-beytimə qarşı məhəbbət göstərəsiniz.» («Şura» surəsi, 23-cü ayə)
Səhabələr arasında Quranşünaslardan və Quran təfsirçisi olan İbni Abbas Səid ibn Cubəyrin dilindən (Səid ibn Cubəyr Peyğəmbər (s) Əhli-beytinə müxalif olan insanlardandır) nəql edir: «Peyğəmbər (s) buyurur: «Məvəddəti fil qurba ali Mühəmməd». Peyğəmbərdən (s) qeyd edilən məsələ ilə bağlı istənilən qədər hədis vardır. Bu hədis «Səhih-Buxari» 4-cü cild, «Musnəd ibn Hənbəl» 1-ci cild, «Sunəni-Tirmizi»- nin 5-ci cildində qeyd olunmuşdur.
Bu hədis Səid ibn Cubəyrdəndir. Bu ayə nazil olduqda Səhabələr ayağa qalxaraq soruşdular: Ya Rəsuallah, kimlərdir sənin əhli-beytin? Onlar kimlərdir ki, biz onlara məhəbbət bəsləməliyik və onların məhəbbəti bizə vacib olub? Peyğəmbər (s) buyurdu: «Əli, Fatimə və onların oğlanları.» ...

Yazının tərtibində "Sibtəyn (ə) müəssisəsi"-nin məlumatarıından və tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə