Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Şiə dedikdə kim nəzərdə tutulur?

Şiə dedikdə kim nəzərdə tutulur?

Cavab: “Şiə” ərəb lüğətində “ardıcıl (tərəfdar)” mənasını daşıyır. Qurani Kərim buyurur:
وَ اِنَّ مِنْ شِيعَتِهِ لَاِبْرَاهِيمَ
Ərəbcə oxunuşu: "Və innə min şiə`tihim-il İbrahim"
“Onun (Nuhun) ardıcıllarından biri İbrahimdir.”
Müsəlmanların istilahında isə “şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə təyin etməsinə inanan şəxslərə aid edilir.
Bu münasibətlərdən biri də “Qədir günü” adı ilə məşhur olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini rəhbəri kimi təyin etmişdir.
İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:
1-Bəziləri inanırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və özü üçün canişin təyin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.
Başlarında Bəni-Haşimin bütün böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə, o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu qrup elə həmin əqidədə qaldılar və “Əli şiələri” adlandırıldılar.
Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-möminin Əli (ə)-ın ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:
وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ

Canım əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət günündə nicat tapanlardır.”
Deməli “şiə” islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən təyin olunmasının etiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.
Şiənin məqam və mövqeyi həmin yollarla müəyyən olunur. Bununla da bəzi cahillərin və ya qərəzli şəxslərin şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün “Əsluş-şiə və üsuluha”, “Əl-müraciat, “Əyanuş-şiə” kitablarına müraciət edə bilərsiniz.
2-Digər bir qrup inanırdı ki, xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə beyət etdirlər və sonralar “Əhli-sünnət”, yaxud “Əhli-təsənnün” ləqəbi aldılar. Nəticə etibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini təşkil edənlər də mühacir və ənsar idi.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə