Bz11172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran Məqalələr Quran oxumağın dəyəri

Quran oxumağın dəyəri

Qur`an:
«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir».
«Bu Qur᾽an elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tə᾽rifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir».
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir».

Peyğəmbər (s):
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Qur᾽an həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Qur᾽anı bəşəriyyətə çatdıran və onları şər᾽i hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Qur᾽anın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
«Mən özümdən sonra sizin üçün çox qiymətli və ağır iki əmanət qoyub gedirəm. Qur᾽an və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.» Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Qur᾽an həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Qur᾽anı bəşəriyyətə çatdıran və onları şər᾽i hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Qur᾽anın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Qur᾽an və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Qur᾽an həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Qur᾽anı bəşəriyyətə çatdıran və onları şər᾽i hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Qur᾽anın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
«Mən özümdən sonra sizin üçün çox qiymətli və ağır iki əmanət qoyub gedirəm. Qur᾽an və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
Əyaş, İmam Baqir (ə)-ın  «Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır» (Rə᾽d-7) ayəsinə verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: «Ayədə "rəhbər" [yol göstərən] deyildikdə, Əli ibni Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-beytimizdən olacaqdır.»
Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.
Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Qur᾽an ayələri hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Qur᾽an üçün heç bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə kimi Qur᾽andan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Qur᾽an ayələri əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu mə᾽lumatlar onlar üçün də e᾽tibarlı sayılır.
İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:
«Qur᾽an, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Qur᾽an da həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mə᾽nəviyyat nuru olmuş və olacaqdır.»
Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir:
«O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, mö᾽minlərə hörmət edir]» (Rə᾽d-21) ayəsinin mə᾽nasını imam Sadiq (ə)-dan soruşduqda buyurdu: «Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Mö᾽minlər onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən».
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Qur᾽an tilavətinin fəziləti haqda buyurmuşdur: «Hər axşam on ayə Qur᾽an oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Qur᾽an bəşəriyyətin səadət və xoşbəxtliyini tə᾽min edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Qur᾽an ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
Qur᾽an oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Qur᾽an ayələrinin sayı qədərdir. Qiyamət günü Qur᾽an qarilərinə Qur᾽an oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).
Qur`anı üzündən oxu!
İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Qur᾽anı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Qur᾽anın yazılarına baxmaq özü bir ibadətdir.»
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Qur᾽anı üzündən oxuyan şəxslərin gözləri də Qur᾽andan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»

Yazının tərtibində tərcümə olunumuş kitabların elektron versiyasından istifadə olunub.



ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə