Çr.ax06252019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şə`ban Şəban ayının 15-ci günü

Şəban ayının 15-ci günü

1.    Bəşəriyyətin xilaskarı, həzrət Bəqiyətüllahül- Ə`zəm, İmam Məhdinin (əc) səadətli təvəllüdü
2.    İmamzamanın (əc) son naibi, Əli bin Məhəmməd Samirinin vəfatı və böyük qeybət dövrünün başlanması.
1.  Bəşəriyyətin xilaskarı, həzrət Bəqiyətüllahül- Ə`zəm, İmam Məhdinin (əc) səadətli təvəllüdü
Hicri təqvimi ilə 255-ci il, şəban ayının 15-ci günü, vəsilərin sonunusu Ali-Məhəmmədin (s) intiqaımın alıcısı, bəşəriyyət aləminin xilaskarı, həzrət Bəqiyətüllahül- Ə`zəm,  Höccət ibn Həsən Əskərinin (əc) təvəllüdünə təsadüf edir. (Əl-irşad, c. 2, səh. 339 – Elamül-vəri, c. 2, səh. 214)
Viladət axşamı
İmam Həsən Əskəri (ə), viladət gecəsi, özünün böyük bibisi cənab Həkimə Xatun (ə.s) üçün xəbər göndərib buyurdu: “ Bu axşam bizim yanımızda iftar et ki, şəbanın yarısıdır. Allah Öz  höccətini aşkar edəcək.” (Feyzül-üllam, səh. 346)
İmamzamanın (əc) viladəti, Samira şəhərində hicri təqvimi ilə 255-c il, şəbanın yarısı, fəcrin işıqlanması zamanı gerçəkləşdi.
O həzrətin sağ çiyninə yazılıb: “Caəl-həq və zəhəqəl batil innəl batilə kanə zəhuqa” (Haqq gəldi, batil aradan qalxdı. Həqiqətən də batil məhv olmağa məhkumdur.)
Təvəllüddən sonra o böyük şəxsi atasının yanına apardılar, danışmağa başladı: “ Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdu, şəhadət verirəm ki, Məhəmməd onun elçisidir və Əli Əmirəlmöminin və vəliyyullahdır.”  Məsum imamların (ə) adlarını ardıcıl bir-bir sadı. Özünə çatdıqda özünün zühurunun tezləşməsi üçün dua etdi. Həkimə Xatun deyir: Qardaşım İmam Həsən Əskərinin (ə) övladının təvəllüdündən qırx gün sonra onun yanına getdim, imam Əskəri (ə) buyurdu:  Ey bibi! Əziz doğulmuş, Allahın yanındadır.” Dedim: Ey mənim Seyidim və Mövlam,  onun böyüməsini görünüşünü, başqaları ilə müqayisədə qırx gündən artıq görürük.” Həzrət byurdu: “ Ey bibi! Biz vəsilər, başqalarının bir həftəsi, bir cümədə başqalarının bir il böyüdüyü qədər böyüyürük.”  Mən qalxdım o körpənin başından öpdüm, evə qayıtdım”. (Kiayətül-müvəhiddin, c. 3,  səh. 340-341)
İmamzamanın (əc) ləqəbləri
O ilahi nurun ləqəbləri: Höccətullah, Höccətü Ali-Mühəmməd, Sahibülzaman, (yəni öz əsrinin hökmdarı), Maliku riqabi xəlaiq, (yəni, əmr onun əmridir, nəhy, onun nəhydir, fərman onun fərmanıdır. Məhdi vasitəsilə xalq hidayət olacaq, onun müqəddəs vücudu ilə zəlalətin küçəsindən keçib hidayətin əsil yoluna qovuşacaq -  xilas olacaqlar. Qaim! - Həzrət Sadiq (ə) onun haqqında buyurub: “O, haqq üçün qiyam edəcəyi üçün onu Qaim adlandırırlar.” Müntəzər – onun üçün uzun müddət qeybət olacaq, ixlaslılar onun gəlməsinin intızarını çəkəcək, Şəkkakan (şübhə edənər) onu inkar edəcəklər.”
İmamzamanın (əc) vəsfi   
O həzrətin zahiri görünüşü haqqında belə nəql olub:
Onun, islamın əziz Rəsuluna (s) çox bənzərliyi var. Saç naziklikdə yaşıl bir xətt, zümrüd kimi onun boynundan mübarək göbəyinədək çəkilib.” Onun mübarək üzü , parlaq ulduz kimi işıq və nur saçır. Əmirəlmöminin (ə) buyurub: “ O, xoş üzlü, xoş saçlı bir gəncdir. Onun mübarək nuru,  nurunun üzünün qaralığını üstələyir. İmam Baqir (ə) buyurub: “ Onun mübarək rəngi çiçək açmış gül qırmızıya meyilli,  gözləri açıq, qaşlarının arası geniş, çiyinləri enlidir. Alnı geniş, burnu yuxarı və nazik, mübarək qarnında bir çıxıntı var. Ön dişləri açıqdır. (Kifayətül-müvəhhidin, c. 3, s. 341)
2. İmamzamanın (əc) sonuncu xüsusi naibi Əli inb Məhəmməd Samirinin vəfatı və böyük qeybət dövrünün başlanması
Hicri təqvimi ilə 329-cu il, şəban ayını on beşinici günü İmamzamanın (əc) sonuncu xüsusi naibi kiçiç qeybət dövründə vəfat etdi. (Məraqidül-məarif, c. 1, səh. 375 – Həqqül-yəqin, səh. 301. )
Bu isə böyük qeybət dövrünün başlanması demək idi. Çünki, həzrət Sahibül-əmr (əc), ona buyurmuşdu ki, özü üçün canişin təyin etməsin.
İmamzamanın ona verdiyi sonucu göstəriş belə idi:
Bismillahir-rəhmanir-rəhmanir-rəhim. Ey Əli ibn Məhəmməd Samiri! Allah sənin müsibətinə görə qardaşlarının mükafını böyük etsin! Altın günədək dünyadan gedəcəksən. Elə isə öz işlərini sahmana sal və sənin canişinin olması üçün heç bir kəsə vəsiyyət etmə. Böyük qeybət gerçəkləşdi. Allah fərman verməyincə - uzun müddətdən sonra,  ürəklər qəsavət bağlayanda, yer zülmlə dolmayınca heç bir zühur olmayacaq! Tezliklə şiələrim məni müşahidə etdiklərini iddia edəcəklər. Bilin ki, Süfyani xüruc etməyincə və (səmadan gələcək) bir qışqırıqdan öncə hər kəs belə bir iddia etsə, (yəni, onun səfir və naibliyi iddiası etsə) yalançıdır, iftiraçıdır. Və la hövlə və la quvvətə illa billahil-əlliyil-əzim.” (İkmalüd-din, c. 2, səh. 193, - Biharül-ənvar, c. 51, səh. 361)

Nəzərinizs  

+2 #2 irəli: Şəban ayının 15-ci günüAl-Abd 2012-07-07 14:26
Tanrının lütfü mömin bacılarımızın üzərindən əskik olmasın, kommentə görə!
+2 #1 irəli: Şəban ayının 15-ci günüAynurə 2012-07-05 04:13
Cox teshekkur edirem. YAzan əllərini var olsun!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə