Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Zühur əsri və ağıl

Batinin və ruhun paklaşdırılması
Etiqadi məsələlərdən biri də pak fitrətin pak olmayan fitrətlə necə bir-birinə qarışmasıdır. Rəvayətlərdə qeyd olunmuşdur ki, fitrət dedikdə məqsəd nədir və nə üçün bir-birinə qarışır, necə bir-birindən ayrılıb təmizlənir. Bu məsələnin ətraflı izahı bizim kitabın kiçik həcmilə uyğun deyildir. Buna görə də yalnız aşağıdakı məsələləri qeyd edirik:
Zühur əsrinin xüsusiyyətlərindən biri insanların batinlərinin paklaşdırılması, nəfsin rəzil xüsusiyyətlərdən təmizlənməsidir ki, bu da insanın vücudunda kök salan aludəliklərin aradan qaldırılmasından ibarətdir.

Sual: Nə üçün biz deyirik ki, həzrət Bəqiyyətullahın (əc) zühuru dövründə insanlar batini və ruhi rəzilətlərdən paklanacaqlar?
Bu suala cavab verməzdən qabaq, mətləbin izahı üçün aşağıdakı hadisəni qeyd edirik:
Şeybə ibni Osman Peyğəmbəri-Əkrəm (s)-in ən qəliz və qatı düşmənlərindən biri idi və o həzrəti qətlə yetirmək fikrinə düşmüşdü. Belə ki, Hüneyn müharibəsində də iştirak etmişdi ki, Peyğəmbər (s)-i şəhadətə çatdırsın. Camaat o həzrətin ətrafından dağıldığı, Peyğəmbər (s) yalqız qaldığı bir vaxtda arxadan ona çatdı, lakin oddan olan bir şölə ona tərəf yönəldi, belə ki, ona taqəti olmadı və buna görə də öz məqsədinə nail ola bilmədi.
Peyğəmbər ona üz tutub buyurdu: Şeybə yaxına gəl! Bu zaman Peyğəmbəri-Əkrəm (s) öz əlini onun sinəsinə qoydu. Bu işin nəticəsində o həzrətə qarşı məhəbbət Şeybənin qəlbinə doldu. Belə ki, Peyğəmbəri-Əkrəm (s) onun nəzərində ən sevimli bir şəxs oldu. Bu zaman o həzrətin hüzurunda müxaliflərlə mübarizəyə başladı, belə ki, əgər atasıyla qarşılaşsaydı belə hökmən Peyğəmbər (s)-ə kömək etdiyi üçün onu (atasını) qətlə yetirərdi.
Görün, Peyğəmbəri-Əkrəm (s)-in pak əlləri Onun ən qatı düşmənlərindən birinin napak fitrətini bir anda aludəliklərdən necə təmizləyir, onu kafirlər cərgəsindən ayıraraq Peyğəmbər (s)-in ordusuna daxil edir.
Peyğəmbəri-Əkrəm (s) öz mübarək əllərini onun sinəsinə çəkməklə əqlini kamilləşdirmiş, onun batinində baş verən xoşagəlməzliklərə, zəlalət və azğınlığa şəfa verərək paklamışdır. Bu müqəddiməni bəyan etdikdən sonra zühur əsrini şərh edirik.
İmam Baqir (ə) buyurur:
“Bizim Qaim qiyam edən zaman öz əlini Allah bəndələrinin başına qoyacaqdır. Bu əməldən sonra onların ağıllarını bir yerə yığacaq (buna görə də onların əql qüvvələri kamilləşəcək) və onların əxlaqlarını təkmilləşdirəcəkdir.” İmam Zaman (ə.c) özünün bu rəftarı ilə ayrı-ayrı şəxslərin batinlərini paklayacaq, bütün Allah bəndələrini ruhi və mənəvi aludəliklərdən xilas edəcəkdir.
1. Batinin və ruhun paklaşdırılması
Etiqadi məsələlərdən biri də pak fitrətin pak olmayan fitrətlə necə bir-birinə qarışmasıdır. Rəvayətlərdə qeyd olunmuşdur ki, fitrət dedikdə məqsəd nədir və nə üçün bir-birinə qarışır, necə bir-birindən ayrılıb təmizlənir. Bu məsələnin ətraflı izahı bizim kitabın kiçik həcmilə uyğun deyildir. Buna görə də yalnız aşağıdakı məsələləri qeyd edirik:
Zühur əsrinin xüsusiyyətlərindən biri insanların batinlərinin paklaşdırılması, nəfsin rəzil xüsusiyyətlərdən təmizlənməsidir ki, bu da insanın vücudunda kök salan aludəliklərin aradan qaldırılmasından ibarətdir.
Sual: Nə üçün biz deyirik ki, həzrət Bəqiyyətullahın (əc) zühuru dövründə insanlar batini və ruhi rəzilətlərdən paklanacaqlar?
Bu suala cavab verməzdən öncə, məsələni izah etmək üçün aşağıdakı hadisəni qeyd edirik:
Şeybə ibni Osman Peyğəmbəri-Əkrəm (s)-in ən qəliz və qatı düşmənlərindən biri idi və o həzrəti qətlə yetirmək fikrinə düşmüşdü. Belə ki, Hüneyn müharibəsində də iştirak etmişdi ki, Peyğəmbər (s)-i şəhadətə çatdırsın. Camaat o həzrətin ətrafından dağıldığı, Peyğəmbər (s) yalqız qaldığı bir vaxtda arxadan ona çatdı, lakin oddan olan bir şölə ona tərəf yönəldi, belə ki, ona taqəti olmadı və buna görə də öz məqsədinə nail ola bilmədi.
Peyğəmbər ona üz tutub buyurdu: Şeybə yaxına gəl! Bu zaman Peyğəmbəri-Əkrəm (s) öz əlini onun sinəsinə qoydu. Bu işin nəticəsində o həzrətə qarşı məhəbbət Şeybənin qəlbinə doldu. Belə ki, Peyğəmbəri-Əkrəm (s) onun nəzərində ən sevimli bir şəxs oldu. Bu zaman o həzrətin hüzurunda müxaliflərlə mübarizəyə başladı, belə ki, əgər atasıyla qarşılaşsaydı belə hökmən Peyğəmbər (s)-ə kömək etdiyi üçün onu (atasını) qətlə yetirərdi.
Görün, Peyğəmbəri-Əkrəm (s)-in pak əlləri Onun ən qatı düşmənlərindən birinin napak fitrətini bir anda aludəliklərdən necə təmizləyir, onu kafirlər cərgəsindən ayıraraq Peyğəmbər (s)-in ordusuna daxil edir.
Peyğəmbəri-Əkrəm (s) öz mübarək əllərini onun sinəsinə çəkməklə əqlini kamilləşdirmiş, onun batinində baş verən xoşagəlməzliklərə, zəlalət və azğınlığa şəfa verərək paklamışdır. Bu müqəddiməni bəyan etdikdən sonra zühur əsrini şərh edirik.
İmam Baqir (ə) buyurur:
“Bizim Qaim qiyam edən zaman öz əlini Allah bəndələrinin başına qoyacaqdır. Bu əməldən sonra onların ağıllarını bir yerə yığacaq (buna görə də onların əql qüvvələri kamilləşəcək) və onların əxlaqlarını təkmilləşdirəcəkdir.”
İmam Zaman (ə.c) özünün bu rəftarı ilə ayrı-ayrı şəxslərin batinlərini paklayacaq, bütün Allah bəndələrini ruhi və mənəvi aludəliklərdən xilas edəcəkdir.
2. Zühur əsrində əqli qüvvələrin təkamülə çatması
İndi isə yuxarıda qeyd olunan rəvayətdəki mühüm və maraqlı məsələni izah edirik:
1-Həzrət Vəliyi-Əsr (əc) əlini yalnız özünün köməkçilərinin və səhabələrinin başına deyil, bütün Allah bəndələrinin başına qoyacaqdır. Yəni, o dövrdə Allaha bəndəlik edən bütün insanlar, hətta müharibədə o həzrətin köməkçilərindən olmasalar da belə. Misal üçün: yaşlıları da, uşaqları da bu böyük nemətdən bəhrələndirəcəkdir.
2-İnsanların hamısının ağıllarını pərakəndəlikdən xilas edəcək, beləliklə onlar fikrin təmərküzləşmə qüdrətinə, düzgün düşüncəyə malik olacaqlar ki, bu da xariqüladə idrakların və elmlərin mənşəyi olacaqdır. Onların əql qüvvələrinin kamilləşməsi bu mənayadır ki, öz dövrlərinin imkanında olan bütün qüdrətlərdən istifadə edə biləcəklər.
Bəli, ilahi əlin dünya insanlarının başında qoyulduğu, qeybət dövründə əzab-əziyyətlərə və məşəqqətlərə qatlaşan insanlara nəvaziş edildiyi bir dövrdə insanların beynində gizlənmiş olan xariqüladə qüvvələr əqli təkamül nəticəsində zahir olacaq və özünün ən yüksək mərhələsinə -elm, əməl və mədəniyyət baxımından heyrətləndirici bir həddə çatacaqdır.
Əqlin heyrətləndirici təkamüly və beynin qüdrətilə tanış olmaq üçün aşağıdakı məsələni qeyd edirik:
“Hər bir insan –istər fitri istedada malik olsun, istərsə də adi səviyyədə – öz beynində olan imkanların milyardda birindən artığını öz həyatında işlətmir. Əgər beynin bütün tutumunun və qüdrətinin milyardda birini istifadə edərsə – istər istedadlı olsun, istərsə də adi bir insan – onların arasında olan fərq kəmiyyət fərqi deyil, keyfiyyət fərqi olacaqdır.”
Yəni, hətta yüksək dərəcəli və heyrətli qüdrətdən istifadə edən fitri istedadlı insanlar belə, yalnız öz beyinlərindəki hüceyrələrin milyardda birindən istifadə edə bilirlər. Lakin onlar öz beyin hüceyrələrinin milyardda birindən bəhrələnməkdə başqalarından daha üstündürlər.
“Bir neçə il öncə müasir riyaziyyatçılardan biri mühüm bir mətləbi camaata çatdırmış və təxmini olaraq hesablamışdır ki, insanın beyni praktik olaraq on vahid məlumatı öz beynində ehtiyat saxlaya bilər. Əgər bu rəqəmi sadə dillə bəyan etmək istəsək, deməliyik ki, bizlərdən hər birimiz Moskvada yerləşən ən böyük dünya kitabxanasındakı milyonlarla cild kitabın məlumatını öz hafizəsində saxlaya bilər. Bu söz ilk baxışda çox heyrətli nəzərə çarpır.”
Diqqət yetirmək lazımdır ki, insan beyninin qüdrəti dünya islahatçısının parlaq nurlarının saçması nəticəsində təkamülə çatsa və insan öz beyninin milyardda birindən deyil, bütün qüvvələrindən istifadə etsə və beləliklə elm və mədəniyyət dünyanın hər yerini bürüsə, görəsən dünyanın görünüşü necə olacaqdır?!
Əgər insan əqli təkamül nəticəsində öz ruhunun müxtəlif qüdrətlərindən istifadə etsə, cismini də öz ruhuna tabe etdirə və “tərəvvöh” qüdrətinə malik ola bilər. Yəni özünün maddi cismini enerjiyə və dalğaya çevirməyə qadir olar. İnsan bu işə qadir olduğu zaman bir çox kəramətli işləri həyata keçirəcəkdir.
Qeybət dövründə də teyyül-ərz qüdrətinə malik olan azsaylı insanlar cisimlərindəki maddiyyat və təcəssüm halətini götürməklə özlərini dalğa və enerji şəklinə salır və bir anda yer kürəsinin başqa bir nöqtəsində zahir olurlar. Onlar malik olduqları bu qüdrətlə özlərinin ruha çevrilmiş cisimlərini istədikləri nöqtəyə doğru hidayət edir və orada təcəssüm tapa bilirlər...

"İntizar" (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) Müəllif: Seyyid Mürtəza Müctehidi

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə