Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Uşağın ağlamasının sirri

-Ey Müfəzzəl! Uşağın ağlamağının faydalarından da agah ol. Bil ki, uşağın beynində bir rütubət vardır ki, əgər orda qalsa, zərərli xəstəliklər əmələ gətirər. Məsələn korluq kimi. Ağlamaq həmin rütubəti beyndən xaric edir. Bu yolla uşaq sağlam olur və korluğun qarşısını alır. Ata və ana bu sirrdən xəbərsizdilər. Ona görə də uşağın ağlamağına mane olurlar. Onlar həmişə hər cür çətinliklə çalışırlar ki, onu sakit etsinlər. Onun ağlamağının qarşısını almaq üçün hər şey hazırlayırlar. Ancaq bilmirlər ki, ağlamaq onun xeyrinədir. Bu yolla çox şeylər yaranışda gizlənmişdir ki, insanlar bundan qafildirlər. Əgər bu mənfəətlərdən xəbərdar olsaydılar, heç vaxt deməzdilər ki, filan şey əbəs yerə yaradılıb. Çox şeylər vardır ki, bəşər az elmi ilə ondan xəbərsiz, amma Allah-Taalasonsuz elmi ilə ondan xəbərdardır.
Amma uşağın ağzından gələn su əgər onun bədənində qalsa, onda xoşagəlməz bir əsər qoyar. Əgər bədənin rütubəti bədəndə olan digər ünsürlərə qələbə etsə, insan dəliliyə, iflicə, axmaqlığa düçar olar. Allah bu cür məsləhət görmüşdür ki, bu rütubət uşaqlıq dövründə ondan xaric olsun. Bu yolla Allah-Taalasavadsızlığına görə yaranmışların boynuna minnət qoymuş və onlara lütf etmişdir. Əgər onlar saysız-hesabsız nemətlərdən xəbərdar olsaydılar, heç vaxt günah etməzdilər. Pak və münəzzəhdir o Allah ki, onun müstəhəqlərə və məxluqata olan nemətləri böyükdür! Və O, batil şəxslərin fikirləşdiyindən daha üstündür.
 
Bu yazı, İmam Sadiqin (ə), səhabəsi Müfəzzələ buyurduğu böyük hədislərin təşkil etdiyi kitabdan əxz olunub.
 
 
 
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə