Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə Sonuncu İmam (əc) gələndə nə baş verəcək?!

Sonuncu İmam (əc) gələndə nə baş verəcək?!

Dünyada köklü və dərin dəyişiklik
Əzəmətli zühur dövründə yer üzündə çox köklü və dərin dəyişikliklər baş verəcəkdir. Bu da Quranda buyrulan bir ayə kimi mənlananır:
يَوْمَ تُبَدَّلُ الاَرْضُ غَيْرَ الْاَرْضِ
“O gün, bir gündür ki yer üzü də, digər bir yer üzünə çevrilər.” (İbrahim surəsi, ayə: 48 -dən)  Yalnız yer deyil, bütün zaman da yeni dəyişikliklərə məruz qalacaqdır.

“Bu gün bə`zi alimlər inanırlar ki, maddə səs dalğalarından təşkil olunmuşdur. Dalğaları kabel, səs dalğaları, təsvir və s. Vasitəsilə dünyanın ən uzaq nöqtəsinə nəql etdirmək olar. Nəticədə maddədən ibarət olan orqanizm dalğalara çevrilər və qeyd olunan vasitəsilə kainatın hər bir yerinə göndərilə bilər. Mənim nəzərim budur ki, yaxın gələcəkdə, hətta kosmik səfərlərdən qabaq elə yollar tapıla bilər ki, insan dalğalara çevrilib fəzaya göndərilsin və bir-birindən ayrılmış olan hissələr orada bir yerə yığışsın.
İndi oxucular bu barədə mühakimə yürüdə bilərlər: insan ruhdan və maddədə təmərküzləşmiş zərrələrdən başqa bir şey deyildir, dalğaların tezliyini aşağı gətirməklə onu istənilən şəklə salmaq olar.
Elə bir günü görmək olarmı ki, insan öz bədənini elektrik cərəyanına çevirib uzaq bir məsafəyə nəql etdirsin və orada bədəni təşkil edən atomların bir yerə yığışması nəticəsində yenidən öz surətinə düşsün.
Rəvayətlərdə qeyd olunduğu kimi, əqli qüvvələrin ümumi təkamülü nəticəsində ruhun maddəyə qələbə çalması ümumi bir şeyə çevriləcək, insanlar öz cisimlərinə hakim olacaq və bu halətdən yaxşı şəkildə istifadə edə biləcəklər. Naməlum və əzəmətli olan belə bir gündə camaatın həyatı və onların maddi vasitələrə olan ehtiyacları tamamilə başqa vəziyyətdə olacaqdır.
Əhli-beyt vilayətinin zühuru nəticəsində insanın elm və biliyi mümkün olan ən yüksək həddə çatacaq, insanlar elmin bütün mərhələlərindən çox asan və rahat şəkildə bəhrələnəcək, gizli sirlər aşkar olunacaq, tərbiyə və təkamül yolu onların üzünə açılacaqlar.
Bəlkə də bu mətləblərin qəbul edilməsi bizim üçün çətin olsun, elmi məsələlərdə olacaq bu qədər inkişafları qəbul edə bilməyək. Halbuki bildiyimiz kimi, əgər insanın beyni şeytanın və cəhalətin əsarətindən azad olarsa, bunun ardınca insan bütün yönlərdə təkamülə çatacaq, belə ki, onun üçün dünyada heç bir naməlum sirr qalmayacaq və bütün çətin elmi məsələlər aşkar olacaqdır.
Həzrət Əli (ə) öz vücudunun ruhundan qaynaqlanan bir kəlamda belə buyurur:
يَاكُمَيْل،مَا مِنْ عِلْمٍ اِلاَّ وَاَنَا اَفْتَحُهُ وَمَا مِنْ سِرٍّ اِلاَّ وَالْقَائِمُ يَخْتِمُهُ
“Ey Kumeyl, elə bir elm yoxdur ki, mən onu dərk etməyim və elə bir sirr yoxdur ki, Qaim onu sona çatdırmasın.”
Bəli, həzrət Bəqiyyətullah (ə)-ın mübarək əllərindən doğan parlaq nurlar zülmə məruz qalan, əzab-əziyyət və işgəncələrə dözən insanların beyninə təkamül bağışlayacaq, çox qəribə qüdrətlərdən istifadə etmək qüdrəti icad edəcək, insanlar vəhy xanədanının həyat məktəbindəki sirləri qəbul etməyə hazır olacaq və elm və kamalın ən yüksək mərhələsinə nail olacaqlar.
Bu əzəmətli gündə gizlin sirlər aşkar olacaq, dünyanın heç bir yerində zülmətdən əsər-əlamət qalmayacaqdır.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından isitfədə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə