Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) Ziyarət karvanının tozu

Ziyarət karvanının tozu

Böyük mərhəmət və kəramət sahibi olan Əhli-beytin (ə) ziyarətinin tozu da təsirlidir.
Əbül Həsən Cəmaləddin Əli ibn Əbdül Əziz Mosuli Hilli fəzilətli insan, böyük Əhli-beyt (ə) şairi olmuşdur. Bu şəxs hicri-qəməri 750-ci ildə Hillə şəhərində dünyasını dəyişmiş və orada dəfn olunmuşdur.
Qazi Nurullah Şüştəri “Əl-məcalis” kitabında yazır ki, bu şəxsin ata-anası nasibi olmuşdur. Anası nəzr etmişdi ki, əgər Allah ona oğlan övlad versə, onu Hüseyn (ə) ziyarətçilərini qarət etmək üçün göndərəcək. Onun oğlu oldu. Oğlan boya-başa çatdıqdan sonra anası nəzrini yerinə yetirmək üçün onu ziyarətçilərin keçdiyi yola göndərdi. Oğlan Kərbəla yaxınlığına çatıb ziyarətçilərin yolunu gözlədi. Amma yuxu onu apardı. Oğlan yuxuda olduğu vaxt karvan ötüb keçdi. Karvanın qaldırdığı toz oğlanın üz-gözünə qondu. Həmin vaxt yuxuda gördü ki, Qiyamət qopub və əmr olunub ki, onu cəhənnəmə atsınlar. Amma ziyarətçilərin ayağından qalxan toz onun üz-gözünə qonduğundan od təsirsiz olub.
Oğlan öz çirkin işindən dəhşətə gəlmiş halda yuxudan oyandı. Həmin vaxtdan Əhli-beyt (ə) yolunda çalışdı. Uzun müddət Kərbəlada, Hüseyn hərəminin yaxınlığında yaşadı. Əbül-Həsən Əhli-beyt (ə) haqqında bir çox şerlər yazmışdır.



Qiyamət odundan qurtulacaqsan
Hüseyni (ə) ziyarət etdiyin zaman.
Qonarsa üzünə ziyarət tozu,
Cəhənnəm odunda yanmazsan azı
.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə