Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr Ramazan ayında hər gün oxunan dua

Ramazan ayında hər gün oxunan dua

Seyid İbn Tavus rəvayət edib ki, həzrət İmam Cəfər Sadiq (ə) və İmam Kazım (ə) buyurublar ki, Ramazan ayının əvvəlindən sonunadək hər vacib namazdan sonar de:

 

اَللّهُمَّ ارْزُقْنى حَجَّ بَیْتِکَ الْحَرامِ فى عامى هذا وَ فى کُلِّ عامٍ ما اَبْقَیْتَنى فى یُسْرٍ مِنْکَ وَ عافِیَهٍ وَ سَعَهِ  رِزْقٍ وَ لا تُخْلِنى مِنْ تِلْکَ الْمواقِفِ الْکَریمَهِ وَالْمَشاهِدِ الشَّریفَهِ وَ زِیارَهِ قَبْرِ نَبِیِّکَ صَلَواتُکَ عَلَیْهِ وَ آلِهِ وَ فى جَمیعِ حَوائِجِ الدُّنْیا وَالا خِرَهِ فَکُنْ لى اَللّهُمَّ اِنّى اَسْئَلُکَ فیما تَقْضى وَ تُقَدِّرُ مِنَ الاَمْر الْمَحْتُومِ فى لَیْلَهِ الْقَدْرِ مِنَ الْقَضاَّءِ الَّذى لا یُرَدُّ وَ لا یُبَدَّلُ اَنْ تَکْتُبَنى مِنْ حُجّاجِ بَیْتِکَ الْحَرامِ الْمَبْرُورِ حَجُّهُمُ الْمَشْکُورِ سَعْیُهُمُ الْمَغْفُورِ ذُنُوبُهُمُ الْمُکَفَّرِ عَنْهُمْ سَیِّئاتُهُمْ وَاجْعَلْ فیما تَقْضى وَ تُقَدِّرُ اَنْ تُطیلَ عُمْرى وَ تُوَسِّعَ عَلَىَّ رِزْقى وَ تُؤدِّى عَنّى اَمانَتى وَ دَیْنى آمینَ رَبَّ الْعالَمینَ

Oxunuşu:

Əllahummərzuqni həccə bəytikəl-həram fi ami həzə və fi kulli am. Ma əbqəytəni fi yusri minkə və afiyəti və səəti rizqi. Və la təxilni min tilkəl-məvaqifil-kərimə vəl-məşahidil-şərifə. Və ziyarəti qəbri Nəbiyyik salvatukə ələyhi və alih və fi cəmii həvaicid-dunya vəl-axirə fəkun li. Əllahummə inni əs`əlukə fima  təqzi və tuqəddiru min əmril-məhtumi fi ləylətil-qədr minəl-qəzail-ləzi la yurəddu və la yubəddəlu ən təksubəni min huccaci bəytikəl-hərami məbrurin həccuhum-ul-məşkur sə`yuhum məğfuri zunubuhumul-mukəffəri ənhum səyyiətuhum vəc`əl fima təqzi və tuqəddiru ən tətilə umri və təvəssə`ə  ələyyə rizqi və tuvəddi ənni əmanəti və dəyni  aminə Rəbbəl-aləmin!


Tərcüməsi:

"Ey Allah! Kəbə evinin həccini bu il, hər il və hər nə qədər ki, sağam mənə ruzi et! Öz tərərfindən olan asayiş, salamatlıq və geniş ruzi ilə (birlikdə!).  Məni uzaq etmə, qiymətli məkanlardan, şərif yerlərdən, peyğəmbərinin ziyatərindən ki, Sənin salamın olsun ona və Əhli-beytinə! Bütün dünya və axirət hacətlərimdə mənimlə ( köməyim) ol!  Ey Allah! Səndən istəyirəm ki, haqqında hökm verəcəyini qərara aldığın və o mütləq fərmanda təqdir edəcəyin qədr gecəsində - elə bir təqdir ki, artıq geri dönməycək  və dəyişməyəcək – məni Kəbənin möhtərəm hacıları sırasında yazasan.  O hacılar ki, onların həcci düz, səyləri təqdirli və təşəkkür olunasıdır. Günahlarından keçilmiş və pis işləri bağışlanmışdır. O qəza-qədərdə  ömürümü uzun qərar ver! Ruzimi bol et, əmanət və borcumu əda qıl!
Amin! Ey aləmlərin Rəbbi !"

Nəzərinizs  

+3 #1 allahu akberROVSEN 2013-07-08 19:49
amin insaallah

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə