Cümə06222018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr Orucluğa səbr et!

Orucluğa səbr et!

Ramazan ayı isti yay günlərinə təsadüf edir. Təbii ki, belə günlərdə Allahın ibadəti üçün səbr etmək daha dəyərlidir. İsnan həyatının bütün sahələrində  çətinliklərə rastlaşa bilər. Odur ki, səbrin onun həyatında oynadığı rolun əhəmiyyəti daha da aydın olur. Əziz oxuculara məhz bu münasibətlə səbr haqqında hədisləri təqdim edir və ümid edirik burada deyilən mənalar onların oruclarını daha da yüngül edəcək:
Səbrin fəziləti


Quran:
«Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbr edənləri sevəndir.»
«Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbr edin ki, Allah səbr edənlərlədir.»


Hədis:
Məsih(ə):«Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.»
Allahın Peyğəmbəri (s) («İman nədir?» deyə soruşulduqda buyurdu): «Səbr.»
İmam Əli (ə) :«Səbr çətin müsibəti asan edər.»
İmam Əli (ə):«Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır.»
İmam Sadiq (ə):«Möminin xəmiri çətinliklərə səbr etməklə yoğrulmuşdur.»
İmam Cavad (ə):«Müsibətə səbr etmək, başqalarının müsibətinə sevinən üçün bir müsibətdir.»
Səbr və ali məqamlara çatmaq
Quran:
«İsrail övladları səbr etdiklərinə görə, sənin Rəbbinin onlara verdiyi yaxşı vəd həyata keçdi.»
«Səbr etdiklərinə və nişanələrimizə əmin olduqlarına görə, onların
arasından bizim əmrimizlə hidayət edən imamlar təyin etdik.»
Hədis:
İmam Əli (ə):«Səbrlə ali məqamlara çatmaq olar.»
İmam Əli (ə):«Kim Allaha (qovuşmağa) xatir səbr edərsə, öz məqsədinə çatar.»
İmam Sadiq (ə):«Səbr imanın başıdır»
Səbr və qələbə
Quran:
«Nə çox olub ki, azsaylı bir dəstə Allahın izni ilə sayları çox olan dəstəyə qalib gəlsin. Allah səbr edənlərlədir.»
«Əgər səbr edib, təqvalı olsanız və onlar da coşub hay-küy salmaqla üstünüzə hücum etsələr, Rəbbiniz beş min nişan qoyulmuş mələklə sizə kömək edər.»

Hədis:


Allahın Peyğəmbəri(s):«Həqiqətən, qələbə səbrlə və işin uğurlu sonluğu çətinliklə müşayət olunur. Həqiqətən, hər çətinliklə yanaşı bir asanlıq da var.»
Allahın Peyğəmbəri(s):«Səbrlə zəfəri gözləmək olar. Kim daim bir qapını döyərsə, axırda o qapı üzünə açılar.»
Səbrli insanın savabı
Quran:
«Şübhəsiz, sizi qorxu, aclıq, malın azlığı, canlarınız və məhsullarınızla imtahan edəcəyik. Səbrlilərə müjdə ver. Başlarına bir müsibət gələndə «biz Allah üçünük və Ona doğru qayıdarıq» deyənlərə Rəbblərinin salam və rəhməti olsun. Hidayət tapanlar da onlardır.»
İmam Əli (ə) (təqvalıların vəsfində): «Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar.»
İmam Sadiq (ə):«Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.»
İmam Sadiq (ə):«Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-taala ona min şəhidin mükafatını yazar.»
Səbrin mənası
Allahın Peyğəmbəri (s.):«Səbr razılıqdır.»
İmam Əli (ə):«Səbr, insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib öz qəzəbini udmasıdır.»
İmam Əli (ə):«Səbr iki növdür: sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən).»
İmam Əli (ə):«Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etmədə səbrdir. Üçüncü növ əvvəlki iki növdən üstündür.»
İmam Baqir (ə) (gözəl səbr barədə suala cavabından): «O, insanlara giley və şikayət olunmayan bir səbrdir.
Əhli-Beyt şiələrinin səbri

İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər.» Ərz etdim:«Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur?» Buyurdu:«Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.»
Səbrsizliyin nəticələri

İmam Əli(ə):«Əgər səbrli olsan, ilahi müqəddərat sənin barəndə icra olunar və sən mükafat alarsan. Səbrsizlik etsən də, ilahi müqəddərat sənin barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan.»
İmam Əli(ə):«Əgər böyüklər kimi səbr etsən çox yaxşı. Əks halda, minik heyvanları kimi əziyyəti unudacaqsan.»
İmam Əli(ə):«Kim iş və qazancın əziyyətinə səbr etməsə, yoxsulluğun əziyyətinə səbr etməlidir.»
İmam Əli(ə):«Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.»
Səbr yaradan amillər
Allahın Peyğəmbəri(s):«Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər. Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər. Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.»
İmam Əli(ə):«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.»
İmam Əli (ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.»
İmam Əli(ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.»

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə