Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 30-cu günü

Ramazan ayının 30-cu günü

Nasir Billah Əbbasinin vəfatı



Hicri təqvimi ilə 662-ci il, ramazan ayının 30-cu günü Əhməh ibn Müstəzi Nasir Billah vəfat etdi.
O, ölümündən iki il öncə bir xəstəliyə görə iflic olmuşdu. O, ağılllı və dirayətli kişi idi. Xəlifəiyə çatan kimi əmr verdi ki, bütün şərab camlarını atsınlar, oyun-əyləncə alətlərini sındırsınlar. Özünün müxtəlif məntəqəki məmurlarına  ciidi əmr verdi ki, ədalətdən qeyri bir halda hökranlıq etməsinlər. Müxtəlif şəhərlərdə casuslar qoydu ki, o məntəqə haqqında ona dərhal xəbər çatdırsınlar.
Nasir Billahın müxtəlif məntəqələrdə baş verənlərdən elə bir həddə xəbəri var idi  ki, camaatdan bəziləri təsəvvür edirdilər ki, o, mükafişə (kəramət) əhlidir. Hətta bəzi şəxslər deyirdi ki,  onun cinlərlə əlaqəsi var. Misir və şam məliklərinin yanında nə zaman onun adı deyilsəydi, onun heybətindən səslərini tonunu aşağı salardılar.
Nasir Billahın xəlifəlik müddəti 47 il – bütün Bəni-Abbas xəlifələrindən çox oldu. Bu müddət ərzində şiələrə çoxlu xidmət etdi. O cümlədən: Bəqi məzarlığında dəfn olunmuş məsumlardan dördünün və Peyğəmbərin (s) əmisi Abbasın məzarları üzərində məqbərə düzəltdirib. Onun anası da, hirci təqvimi ilə Ühüddə, Həzrət Seyyidüş-şühəda Həmzə (ə) üçün məqbərə düzəltidib..

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə