Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 29-cu günü

Ramazan ayının 29-cu günü

Hüneyn hadisəsi

Hicri təqvimi ilə 8-ci il, ramazan ayının 29-cu günü Allah Rəsulunun (s) başçılığı ilə Hüneyn döyüşü həyata keçdi.
(Tarixi-İbn Xəldun: c.2, s. 45)
Məkkənin fəthindən sonra ərəblərin çoxlu qəblilələri müsəlman oldu. Amma iki içərilərində çoxlu döyüşçü olan iki qəbilə- həvəzan və səqif qəbilələri təkəbbür və qürur üzündən müsəlmanlığı qəbul etməyib, üstəlik islam peyğəmbəri (s) döyüşmək qərarına gəldilər. Ona görə də həvəzan qəbiləsinin böyüyü Malik ibn Əvf Nəsri müsəlmanlarla döyüşmək üçün böyük bir qoşun hazırladı. Bəzi qəbilələrin köməyi ilə 30 min nəfər döyüşçü toplaya bildi. Məkkə yaxınlığında, Taif məntəqəsindən öndə yerləşən “Hüneyn” vadisinə tərəf hərəkət etdi.
İslamın əziz peyğəmbəri (s) bu xəbəri eşidib on iki minə yaxın qoşun hazırlayıb Hüneynə yollandı. İki qoşun üzləşəndə onların arasında ağır döyüş başladı. Düşmən qoşunun sayının çoxluğundan müsəlmanlar qaçmağa üz qoydular. İslamın peyğəmbəri (s) onları çağırıb buyururdu:
“ Ey camaat! Hara qaçırsınız?!”
Xülasə on nəfərdən başqa peyğəmbərin (s) əshabı hamılıqla qaçdı. O on nəfərin doqquzu Bəni-Haşimdən, onuncusu İymən ibn Ümmi-İymən idi ki, Malik ibn Ovf tərəfindən qətl oldu. Bəni-Haşimdən olan doqquz nəfər - xüsusi ilə Əmirəlmöminin (ə), Allahın əziz peyğəmbəri (s) yanında qılınc vurur düşmənləri uzaqlaşdırırdı.
Fəzl ibn Əbbas deyir: "Həzrət Əmirəlmöminin (ə), Hüneyn döyüşündə "həvəzan" qəbilsəinin  ən böyük və cəsur döyüşçülərindən iki nəfəri tən ortadan ikiyə böldü və beləliklə də onları cəhənnəmə vasil etdi".
Peyğəmbər (s) və bəzi səhabələrin müqaviməti döyüşün islam qoşunun qələbəsi ilə baça çatmasına səbəb  oldu. Malik ibn Ovf və həzəvan və sədif qəbiləsindən bir qrupla Tayifə tərəf qaçdılar. Bir qrupu da nəxləyə (ağaclığa) qaçdılar. Başqa bir qrupu da Məkkənin üç mənziliyində yeriləşən Əvtasa sığındılar. Bu döyüşdə çoxlu qənimətlər müsəlmanalara nəsib oldu və onların arasında bölündü. (Müntəhayül-ə`mal: 1-ci bab,  6-cı fəsl, s.128).


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə