Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 21-ci günü

Ramazan ayının 21-ci günü

1-Əmirəlmöminin həzrət Əli ələyhis-salamın məzlumcasına şəhadəti
2-Camaatın İmam Həsənlə (ə) beyət etməsi
3-İbn Mülcəm Muradinin həlak olması

Hicri təqvimi ilə 40-ci il, ramazan ayının iyirimi birinci gecəsi təqvalıllar mövlası, həzrət Əmirəlmöminin 63 ayşında fəcr zamanı şəhadətə çatdı. (Üsuli-kafi: c. 2, s. 456 – Əl-irşad: c.1, s. 19 –E`lamul-vəri: c.1, s. 309 - Kəfşül-ğəmmə: c.1, s. 436)
Nəql olunub ki, zəhər Əmirəlmöminin (ə) bədəninə təsir etdi və onun mübarək ayaqları şişdi. (Əl-vəqaye vəl-həvadis: c. 1, s. 265) İyirimi birinci gecə zəhərin təsiri daha da çoxaldı. Həzrət övladlarıını və Əhli-beytini yanına toplayıb onlarla vidalaşdı, öz vəsiyyətlərin bəyan etdi. O gecə hər nə qədər yeməli və içməli gətirdilərsə həzrət onlara meyl etmədi. Mübarək dodaqları Allah zikri üçün tərpənirdi. Onun gözəl alnından tər, mirvarid kimi tökülür və özü mübarək əli ilə onu silirdi. İmam Müctəbaya (ə)  buyurdu: “ Qardaşın Hüseyni sənə (tapşırıram) vəsiyyət edirəm.” Fatimədən (ə.s) olan digər övladlarına buyurdu: “Sizə, Həsən və Hüseynə itaət etməyi vəsiyyət edirəm.” Sonra buyurdu: “ Allah sizə yaxşı səbr kəramət etsin! Bu axşam sizin yanınızdan gedirəm. Öz istəklim Məhəmməd Mustəfaya (s) qovaşacağam. O, mənə vəd`ə verib”
Əhli-beytin (ə) ağlamaq səsi ucaldı. Sonra qüsl, kəfən, namaz və dəfn yeri haqqında İmam Həsən (ə), İmam Hüseyn (ə) və həzrət Zeynəbə (ə.s) göstərişlər verdi və Kərbəla vaqiyəsini bir-neçə kəlmə ilə bəyan etdi. Hamı ilə vidalaşdıqdan sonra mübarək əl-ayağını qibləyə tərəf çəkdi  və buyurdu: “ Əşhədu ən la ilahə illəllah vəhdəhu la şərikə ləh və əşhədu ənnə Mühəmmədən əbdduhu və rəsuluhu” Mübarək gözlərini bağladı və cənnəti mübarək qədəmi ilə şərəfləndirdi.
Bu zaman həzrətin evindən ağalamaq səsi ucaldı. Kufə əhli bundan xəbər tutdu və nalə və şivən səsi bütün şəhərdən ucald -  Peyğəmbərin (s) dünyadan köçdüyü gün kimi. O gecə səmanın afaqı dəyişdi , yer titrədi və mələkərin təqdis, təsbih səsləri havadan (göylərdən) eşididli.
Qüsl, kəfəndən sonra İmam Həsən (ə) və İmam Hüseyn (ə) tabutun arasını uca ataları buyurduğu kimi qaldırlar. Tabut ön tərəfi özü hərəkət edirdi və nəhayət bir yerdə endi.
İmam Mücatəba (ə) o həzrətə namaz qıldıqdan sonra o yerin torpağını bir qədər qazdılar və hazır qəbir tapdılar. Onun içində mis lövhə var idi. Orada yazılmışdı: “Bismillahir-rəhamir-rəhim. Bu bir qəbirdir ki, Nuh peyğəmbər, Allahın saleh bəndəsi Əli ibn Əbu Talib üçün qazıb.” O həzrəti pak bədənini o qəbirdə dəfn etdilər və o həzrətin vəsiyyətinə əsasən onun pak qəbrini gizli saxladılar. Onun qəbri Harunun dövründə hamıya məlum oldu. (Müntəhayül-əmal,3-cü bab, 4-cü fəsl, s. 253)
Həzrət Əlinin müxtəlif zövcələrdən övladların sayı 28-dir. (Əl-irşad: c.1, s. 354-Elamül-vəri: c.1 s. 359)
Onlardan beş nəfəri həzrət Siddiqeyi-Tahirənin övladıdır. Onlar aşağılakılardan ibarətdir:
İmam Həsən (ə), İmam Hüseyn (ə), Zeynəbi-Kubra (ə.s) Ümmi-Gülsüm və həzrət Möhsün (ə). Möhsün (ə) anasını bətnində altı aylığında xəlifəlik qəsbçilərinin vasitəsi ilə Əmirəlmömininin (ə) evinə hücum zamanı şəhid oldu.
Həzrət Abbas (ə), Cəfər, Osman və Əbdüllah Kərbalada şəhid oldular. Onların anası isə həzrət Ümmül-Bənindir (ə.s).
Əmirəlmömininin (ə) şəhadət xəbəri Aişəyə çatanda sevinib şükür səcdəsi yerinə yetirdi. İxtiyarsız olaraq şeir oxudu və dedi:
“Kim Əlini öldürdü?” Dedilər: İbn Mülcəm. Dedi: “Kül onun ağzına” (Onun yaxşı iş tutduğunu kinayə ilə bildirdi). Ondan sonra öz qulamını “Əbdülrəhman” adalandırdı. (Təzkirətül-xəvas: s. 165)
2-Camaatın İmam Həsənlə beyəti
Hicri təqvimi ilə 40-cı il, ramazan ayının iyirimi birində təqvalılar mövlası həzrət Əlinin (ə) şəhadətindən sonra camaat İmam Həsənlə (ə) beyət etdi. O həzrətin xəlifəlik müddəti altı ay çəkdi. Sonra Müaviyə ilə sülh bağalamaq hadisəsi baş verdi.
3-İbn Mülcəmin həlak olması
Hicri təqvimi ilə 40-cı il, ramazan ayının 1-ci günü İbn Mülcəm Muradi, İmam Həsənin (ə) vurduğu bir qılınc zərbəsi ilə cəhənnəmə vasil oldu. Onun öldürülməsindən sonra camaat lənətlik əxlaqsız Quttamə tərəf hücum etdilər və onu qılıncla cəhənnəmə vasil etdilər. (Nəfaihül-üllam:s. 409)
İnb Bətutə (hicri təqvimi ilə 779-cu ildə vəfat edib) özünün “Səfərnamə”-sində yazır: “Kufəyə səfər edən zaman Kufədə- Cəbbanin qərbində bir ağ torpaqda (yerdə) çox qara bir torpaq (yer) gördüm. Onun səbəbini soruşdum, dedilər:
“ Burada İbn Mülcəmin qəbri var. Kufə camaatının adəti belədir ki, hər il çoxlu çırpı gətirib yeddi gün burada yandırırlar. (Məsarül-şiə: s. 10 – Biharül-ənvar: c. 88, s. 7).

Nəzərinizs  

+1 #1 cox sag olungunay 2012-08-09 20:42
Allah sizden razi olsun,bu gecede sizin saytdan coxlu melumatlar oyrendim....

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə