Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 20-ci günü

Ramazan ayının 20-ci günü

İslam qoşunlarının Məkkəni fəth emtəsi

Hicri təqvimi ilə 8-ci il, ramazan ayının 20-ci günü Allah Rəsulunun (s) başçılığı ilə Məkkə  şəhəri islam qoşunları tərəfidən fəth oludu. Hadisə, “hüdeybiyyə” sülh müqaviləsinin bir maddəsinin gecə zamanı pozulması ilə başladı. Müsəlmanlarla sülh müqaviləsi bağlamış Xuzaə qəbiləsi hücum edib bir qrup müsəlmnları yataqda ölürdüb bir qrupunu da əsir götürdülər. Bu xəbər peyğəmbərə (s) çatanda çox narahat oldu. Bu təcavüzün cavabsız qalmayacağını bilən Əbu Süfyan müqaviləni yeniləmək məqsədi ilə özünü Mədinəyə çatdırsa da onun bu cəhdi nəticəsiz qaldı. Nəhayət həzrət Rəsul (s) hicri təqvimi ilə 8-ci il, ramazan ayında on min nəfər müsəlmanla Məkkəyə varid oldu. Allahın peyğəmbəri (s) kamil bir məharətlə islam qoşununu Məkkənin yaxılığında yerləşən “Mərəl-zəhəran” məntəqəsinədək  gətirdi. Orayadək qüreyş və müşriklər, islam orusunun hərəkətindən xəbəris idi. Əbu Süfyan Məkkə əhalisin yanında ehtiram sahibi idi. Onlar onun nəzəri olmadan hər bir iş üçün qərara gəlmirdilər. O, elə qorxmuşdu ki, islam alayını görəndən sonra Məkkəyə qayıdıb camaata dedi: “ İslam ordusu kamil şəkildə hazırlanıb, tezliklə Məkkə şəhərini mühasirəyə alacaqlar. Onların böyüyü Məhəmməd (s) söz verib ki, hər kəs Məscidül-hərama və Kəbənin ətrafına gəlib silahını yerə qoysa ona toxunulmayacaq (aman veriəcək.) Əbu Süfyanın belə bir ifadəsi camaatın müqavimət ruhunu sındırdı.
İslamın əziz peyğəmbəri (s) öz ordusunu Məkkə şəhərinin bütün darvazalarını mühasirəyə almaq üçün böldü. Bu minvalla islam ordusu sakitcə Məkkə şəhərinə daxil oldu. Bəzi sərkərdələr niyyətində orada törətmək var idi. Ona görə də deyirdilər: “Bu gün döyüş günüdür. Bu gün öldürmək və dağıtmaq günüdür.” Allahın Rəsulu (s) dərhal həzrət Əlini (ə) göndərdi ki, buyurdu ki, belə fəryad etsinlər:  “Bu gün, rəhmət günüdür.”  Beləliklə də şəhər tamami ilə müsəlmanların əli ilə fəth olundu. İslamın əziz peyğəmbəri (s) Məscüdül-hərama daxil oldu. Miniyə süvari olduğu halda yeddi dəfə Kəbənin ətrafına təvaf etdi. Təvaf etdiyi halda əlində ki, çubuqla bütləri yıxır və buyururdu: “ Haqq gəldi və batil məhv oldu. Həqiqətən də batil məhv olasıdır.” (İsra surəsi, ayə: 94-95)
Sorna Məscidül-həramda toplanan və öz talelərinə görə təşvişə düşən Məkkə əhalisinə xitab etdi. Onun sözləri,  islamın əsil simasını və onun hisslərini, mehribanlığını göstərirdi:
“Nə zənn edirsiniz və nə deyirsiniz?!” Ömər inb Səhl dedi: “ Zənnimiz və sözümüz yaxşıdır. Comərd qardaş və böyük əmi oğlu! İndi qələbə çaldın.”  Allahın əziz Rəsulu (s) buyurdu: “Elə isə indi sizə, Yusifin öz qardaşlarını dediyi sözü deyirəm.- Bu gün siz qınanmayacaqsınız!”  Bu üzdən Qüreyş cavanları hamılıqla islama qoşuldu. İlsamın peyğəmbəri (s) iki həftə Məkkədə qaldı və ətrafdakı bütləri məhv etmək üçün adamlar göndərdi. Sorna nurlu Mədinə şəhərinə qayıtdı. (Əl-kamil, İbn Əsir), c. 2, s. 239 – Biharül-ənvar: c. 21, s. 121).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə