Bz11172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 17-ci günü

Ramazan ayının 17-ci günü

1-İslamın əziz peyğəmbəri həzrət Məhəmməd ibn Əbdüllahın (s) meracı
2-Bədr döyüşü
3-Həzrət Vəliyyi-əsrin (əc) fərmanı ilə Cəmkəran məscidinin tikilməsi
4-Ayişənin ölümü

1-İslamın əziz peyğəmbəri həzrət Məhəmməd ibn Əbdüllahın (s) meracı
Mötəbər rəvayətə əsasən besətin on ikinci ili, islamın əziz peyğəmbəri həzrət Məhəmməd ibn Əbdüllah Allahın əmri ilə Məkkədən beytül-müqəddəsə seyr etdi. Oradan da göyləri keçib Sidrətül-müntəha ərşi-ə`ladək ucaldı. Allah-taala Qurani-kərimdə buyurub: “ Pakdır O Allah ki, bəndəsini bir gecədə Məscüdül-həramdan Məscidül-Əqsaya ki, ətrafını bərəkətlə doldurmuşuq – apardıq. (“İsra” surəsi, ayə: 1)
Xassə və ammədən mütəvatir hədislər bu mətləbə dəlalət edir ki, islamın əziz peyğəmbərinin meracı cismani olub. Ruhi və mənəvi meracı da yuxuda deyil, ayıq ikən olub. Bu meracda səma yaranışının qəribəlikləri o həzrətə göstərildi. Onu gizli sirlər, sonsuz maariflərlə tanış etidlər. O, “Beytül-məmur “-da ərşin alıtnda Haqq –taalaya ibadət edib ilahi peyğəmbərlərlə görüşdü, cənnət və cəhənnəmi, onların mənzilərini müşahidə etdi. Bu səmavi səfərdə peyğəmbərin (s) istifadə etdiyi minik vasitasi “Büraq” adlanır. Allahın böyük mələyi Cəbrail də onunla birlikdə səfərdə idi. Xülasə, uca ələmlərin görməli səhnələrini və mələkut aləmini ona göstərdilər. (Müntəhayül-əmal: birinci bab, altıncı fəsl, s. 77)
Bu hadisə, islamın əziz peyğəmbərinin (s) böyük möcüzələrindən hesab olunur və onun uca məqamın göstərir.
Peyğəmbərin (s) meraca başladığı məkan haqqında üç nəzər deyilib:
1-Həzrət Xədiceyi-Kubarının mənzili; 2- Əmirəlmöminin bacısı Ümmi Haninin mənzili; 3- Şe`bi Əbu Talib. (Biharül-ənvar,  c. 18.s. 319)
İmam Sadiqdən nəql olunan bir rəvayətdə belə deyilib: “Haqq-taala, əziz Rəsulu 124 dəfə səmaya apardı, hər dəfə, o həzrətə vilayət, imamət və digər pak imamlar (ə) haqqında digər vaciblərlə müqayisədə daha çox tövsiyələr etdi. (Həqqül-yəqin: s. 30)

2-Bədr döyüşü hadisəsi

Hicri təqvimi ilə 2-ci il, cümə, ramazan ayının on yeddinici günü, Bədr döyüşü baş verdi. (Vəqayeül-əyyam; s. 44, Biharül-əvar: c. 19, s. 325)
Bu döyüş müsəlmanların müşriklərlə ilk döyüşü idi. Bu döyüş, Əbu Cəhl, Vəlid ibn Ütbə, Şeybə, Nofəl bin Xüvəylid kimi Qüreyşin böyükləri, sayı 950 çatan döyüşçü, yüz at və yeddi yüz dəvə ilə müsəlmanları aradan qaldırmaq məqsədilə Məkkədən Mədinəyə tərəf hərəkət etdilər. Bu məlumat peyğəmbərə çatdıqa göstəriş verdi ki, müsəlmanlar döyüşə hazır olsunlar. Həzrət Əli (ə), Həmzə ibn Əbdülmüttəlib, Übeydə ibn Haris ibn Əbdülmüttəlib kimi başçıların sərkərdəliyi alıtında 313 nəfərdən ibarət müsəlman qoşunu sürətlə döyüşə hazır oldular. Müsəlman qoşunu, kafirlərin ordusu ilə Bədr adlanan ərazidə üzləşdilər. Düşmən qoşunun sayı müsəlmalardan üç dəfə çox olmasına baxmayaraq, müsəlmanlar möhkəm etiqadla mübarə etməklə düşməni məğlub edə bildilər.
Bu döyüşdə karilərin başcıları- o cümlədən – Əbu Cəhl, Vəldi ibn Ütbə,  Hənzələ ibn Əbu Süfyan, Ütbə Şeybə və yetmiş nəfər qüreyş kafirlərindən həlakətə çatdılar. Qüreyş kafir böyüklərindən 35 nəfəri xüsusilə ilə islamın bayraqdarı həzrət Əlinin (ə) əli ilə qətl oldu.
Döyüşdən sonra peyğəmbər (s) buyurdu: “ Bir nəfər Əbu Cəhldən bir xəbər gətirsin”. Abdullah ibn Məsud gedib onun sinəsinin üstünə ayaq qoydu. Əbu Cəhl huşa gəlib dedi: Uca yerə ayaq qoymusan. Kaş mənim qatilim kəndli olmayaydı. Abdullah ibn Məsud onun başını bədənindən ayırıb peyğəmbərin hüzuruna gətirdi. Həzrət Əbu Cəhlin başını görüb səcdeyi-şükür yerinə yetirdi. ( Müntəxəbül-təvarix. S. 47 -49 Müntəhayül-amal: birinci bab,  altıncı fəsl, s. 80)
Bu minvalla Allah-taala öz qələbəsini  peyğəmbərlər (s) və müsəlmanlara əta etdi. O həzrət bu barədə buyurub:
“Bu gün, bayram günüdür. Allahın biz iman əlhlinə əta etdiyi nemətin şükrünü gərək yerinə yetirək.” (Misbahi-Kəf`əmi: c. 2, s. 383 – Biharül-ənvar: c. 97 , s. 383)
3-Həzrət Vəliyyi-əsr (əc) tərəfindən Cəmkəran məscdinin tikiliməsi haqqında fərmanı
Hicri təqvimi ilə 393-cü il, ramazan ayının on yeddisində həzrət Vəliyyi-əsr (əc) tərəfindən Cəmkəran məscidinin tikləməsi fərmanı Şeyx Həsən ibn Məsələ Cəmkəraniyə verildi. O, bu barədə deyir:  “Hicri təqvimi ilə 393-cü il, ramazan ayının on yeddisində Çərşənbə axşamının gecəsi yatmışdım ki, birdən bir qrup camaat  mənim evimə gəldi. Məni yuxudan qaldırıb dedilər: “ Qalx! Həzrət Mehdi (əc) səni çağırır.” Qalxdım və onlar məni indi Cəmkəran məscidinin yeriləşdiyi məkana gətirdilər.Yaxşı baxdıqda gördüm ki, bir taxt gördüm ki, üzərində xalça var. Otuz yaşlı ir gənc o taxtın üstündə bir yatığa söykənib. Bir qoca kişi də onun yanında əyləşib. Sanki o həzrət Xızır (ə) idi. İmamzaman (əc) məni öz adımla çağırıb buyurdu: “Həsən ibn Müslümün yanına get. O, bu torpaqda əkinçilik edir. De ki, bura şərəfli torpaqdır. Allha-taala onu digər torpaqlardan seçib. Daha orada əkinçilik etməməldir. Dedim: Ey mənim Ağam və Mövlam! Mənim üçün bir dəlil və nişanə lazımdır. Yoxsa camaat mənim sözümə inanmaz.”  Həzrət buyurdu: “ Get və on tapşırığı yerinə yetir. Biz özümüz onun üçün nişanə göstərəcəyik. Seyyib Əbülhəsənin yanına get və ona de ki, “Həsən ibn Müslümü hazırlaşdırsın. Bu torpaqdan neçə illərdə əldə etdiyi qazanı pulunu alıb onunla məscid tiksin.”
Şeyx Həsən deyir: “ Sonra İmamzaman (əc) məsciddə namaz qılmaq qaydasını bəyan edib buyurdu: “Hər kəs bu iki rəkət namazı qılsa sanki Kəbədə namaz qılmışdır.  (Nəcmüs-saqib: s. 383 –Biharül-ənvar: c. 53, s. 230)
Bu minvalla müqəddəs Cəmkəran məscidini əsası qoyuldu. Hazırda da, o həzrətin aşiqlərinin və ona sadiq olanların sığınacaq yeridir. Onlar şövqlə ölkənin uzaq nöqtlərindən və hətta xarici ölkərdən bu məscidə gəlir, o həzrətin ayrılığından anlarla göz yaşı tökür, Zəhranın Əzizinin - o həzrətin zühurunun tezləşməsi üçün dua edirlər.

4-Aişənin ölümü
Hicri təqvimi ilə 58-ci il, ramazan ayının on yeddisində Əbu Bəkrin qızı Aişə Müaviyənin əli ilə öldürüldü və özünün rəva olmayan əməlinin cəzasına çatdı.   (Müstədrəkül-səfinətil-bihar: c.5, s. 214 – Feyzül-əllam, s. 36 –Vəqayeül-əyyam: s. 43)
Peyğəmbər (s) onun ölüm və dəfnin həyatda ikən görmək istəyirdi. (Səb`ətun minəs-sələf: c. 5, s. 267)
İbn Əbil-Hədid yazır: “Əgər ikinci xəlifə Əlinin yerində olsaydı həqiqətən Aişəni tikə-tikə doğrayardı.” (Şərhe-nəhcül-bəlağe: İbn Əl-Hədid: c. 17, s. 254)
Müaviyə, oğlu Yezid üçün camaatdan beyət almaq istyəndə Aişə onu inkar edib Müaviyəni təhdid edib dedi: “ Qardaşım Məhəmmədi öldürdün, Yezid üçün isə beyət alırsan?” Müaviyə onun fitnəyə səbəb olacağından qorxdu. Ona görə də öz evində bir quyu qazdı. Onun üzərinə qiymətli bir xalça örtüb üstünə taxt qoydu və Aişəni evinə çağırdı. Aişə daxil olanda Müaviyə onu taxtın üstündə oturmağa dəvət etdi. Onun üzərinə oturan anda o, çöküb quyunun içinə düşdü və öldü. Müaviyə quyunun içində bir  neçə zəhərli nizə sancmışdı. Aişə quyunun içinə düşən kimi dərhal həlak oldu.
Bu qadın? peyğəmbərin (s) həyatda olduğu dövrdə onunla heç də münasib rəftar etmirdi. O, həzrət Əli (ə), Siddiqeyi-Kubra (ə.s) və peyğəmbərin həyat yoldaşlarına pis münasibət göstərir onlara qarşı kin bəsləyirdi. Cəməl döyüşü və on altı min müsəlmanın öldürülməsi onun fitnəsi nəticəsində baş vermişdi. Həzrət Fatimeyi-Zəhra (ə.s) şəhadətə çatdıqda peyğəmbərin (s) həyat yoldaşları həzrətə başsağlığı verməyə gəldilər, Aişədən başqa. O, özünün xəstə göstərib bir söz dedi ki, o isə onun sevincinə dəlalət edirdi. (Rəyahini- şəriə: c. 2, s. 357)
Onun həzrət Əliyə (ə) kininin ən bariz nümunəsi bu idi ki, qulamını “Əbdürrəhman” adlandırıb dedi: “Əli ibn Əbu Talibin (ə) qatili  Əbdürrəhman ibn Mülcəmə bəslədiyim məhəbbətə görə qulamı, bu adla adlandırdım.”  (Rəyahini- şəriə: c. 2, s. 357 –Səfinətül-bihar: c. 2, s. 741)
Mərhum Seyyid ibn Tavus (r) yazır: “Bu rəvayəti eşidəndə çox təəccübləndim ki, Kufədən bir qadın Aişənin yanına gedib dedi: “Ey möminlərin anası! Öz mömin övladını qəsdən öldürən qadın haqqında nə deyərsən?” Aişə dedi: “O qadın, öz övladını öldürməklə qatil olur. Çünki Allah-taala buyurub: “Hər kəs bir mömini qəsdən öldürsə cəzası cəhənnəmdə əbədi qalmaqdır...” (“Nisa” surəsi, ayə: 93)
Sonra Kufəli qadın dedi: “ Elə isə övladlarından on altı min nəfəri öldürən ana haqqında nə deyirsən, bir halda ki, onların hamısı müsəlman idi?”
Aişə anladı ki, o qadının məqsədi onun özündür, Cəməl döyüşündə on altı min müsəlmanın ölümünə səbəb olub. O üzdən çox narahat olub dedi: “Bu Allah düşmənini məndən uzaqlaşdırın?” (Təraif, s. 448).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə