Ramazan ayının 15-ci günü

1-Sibti əkbər (böyük nəvə),  həzrət İmam Həsənin (ə) təvəllüdü
2-Həzrət Müslüm ibn Əqilin Kufəyə tərəf hərəkəti
3-Məhəmməd ibn Abdullah ibn Həsənin (Nəfsi Zəkiyyə) şəhadəti


1-Sibti əkbər (böyük nəvə),  həzrət İmam Həsənin (ə) təvəllüdü
Hicri təqvimi ilə 3-cü il, ramazan ayının on beşi,  dünya şiələrinin ikinic imamı həzrət Həsən Müctəba (ə) Mədinədə dünyaya göz açdı və aləmi öz nuru ilə işıqlandırdı. (Elamül-vari, c. 1, s. 402 – Kəşfül-ğəmmə, c. 1, s. 514)
Uca məqamlı atası təqvalılrın mövlası Əmirəlmöminin (ə), əziz anası isə həzrət  Siddiqeyi-Kübra Faimeyi-Zəhra (ə.c) idi. O həzrət künyəsi Əbu Məhəmməd, ləqəbləri isə ibarətdir:
Zəki, Höccət, Seyyid, Zahid, Nəqi, Sibt, Müctəba və Əmin. (Müntəhyül-əmal, dördüncü bab, birinci fəsl, s.307)
İmam Həsənin təvəllüdü xəbəri peyğəmbərə (s) çatanda o həzrətin sevinci aşıb-daşdı. O dəm, qızı Fatimənin (ə.s) evinə tələsdi və uca səslə Əsmadan soruşdu: “Övladım hardadır?” Əsma körpəni sarı rəngli parçaya bürüdü və onu peyğəmbərin xidmətinə gətirdi. O həzrət buyurdu: “Sizə deməmişəm ki, körpəni sarı rəngli parçaya bürüməyin?” Əsma o an qayıdıb körpəni ağ parçaya bükdü və peyğəmbərin (s) ağuşuna təqdim etdi. Peyğəmbər onun sağ qulağına azan, sol qulağına iqamə oxudu və Əliyə (ə) buyurdu: “ Oğlumun necə adlandırmısınız?” Əli (ə) ərz etdi: “ Mən ad qoymaqda sizdən önə keçmərəm.” Pyğəmbər (s) buyurdu: “ Mən  də ad qoymaqda Allahımdan önə keçmərəm.” Bu zaman Cəbrail nazil oldu və ərz etdi:
“Ey Məhəmməd! Allah salam göndərir və buyurur: Əlinin sənə görə məqamı Harunun Musaya olan məqamı kimidir. Amma səndən başqa heç bir peyğəmbər olmayacaq. Ona görə də körpəni Harunun oğlu kimi adlandır. Peyğəmbər buyurdu: “Onun adı nədir?” Cəbrail dedi:  Onun adı Şübbərdir, ərəbcə Həsən deyilir. (Əmali: Şeyx Səduq, s. 209 –Biharül-ənvar, c. 43, s. 238)
Allahın Rəsulu (s) İmam Həsənin (ə) təvəllüdün yeddinici günü xoş rəngli bir qoyunu əqiqə (qurbanlıq) etdi. Onun bir budunu bir dinarla Qabiləyə verdi. Saşını qırxıb onun çəkisi qədər gümüş sədəqə verdi. Onun başını xoş iyli bir ətirlə ətirlədi.  (Ə`yanüş-şiə: c. 1, s. 562)
Belə nəql olunub ki, İmam Həsən (ə), bir gün kiçiç yaşlarında Allahın Rəsulunun (s) yanına gəlib o həzrətin yanında oturdu. Peyğəmbər (s) məhəbbət əlaməti olaraq ağzını onun ağzına qoyub üç dəfə buyurdu:
“ Ey Allah! Mən onu (Həsəni) və onu sevəni sevirəm” (Kəşfül-ğəmmə, c.2, c. 188 –Biharül-ənvar: c. 43 s. 266)
İmam Sadiq (ə) İmam Həsənin xüsusiyyyətləri haqqında belə nəql edir: “ Atam öz atasından xəbər verdi ki, həzrət İmam Həsən (ə) öz zamanında ibadəti və zöhdü bütün camaatdan üstün olub və onlardan üstün hesab olunurdu. Hər vaxt Həccə getmək istədikdə piyada gedərdi. Bəzən ayaqyalın yol gedərdi. Hər vaxt ölümü, qəbiri, qiyaməti xatırlasaydı, Allahın qorxusundan ağlayar və huşunu itirərdi. Namaza durduqda bədəni titrəyərdi. Çünki özünü, öz Allahın qarşısında görür həmişə cəhənnəm odundan Allaha sığınar, cənnəti istəyərdi. Heç bir kəs təkcə onunla, Allaha zikr etməklə məşğul olduğu haldan başqa bir halda görüşməyib. O həzrət bütün camaatdan daha düz danışan, bəyanı daha fəsahətli idi.”  (Müntəhyül-əmal: dördüncü bab, ikinci fəsl, s. 311)
2-  Həzrət Müslüm ibn Əqil Kufəyə hərəkəti
Kufəlilərin saysız-hesabsız namələrindən sonra İmam Hüseyn (ə), hicri təqvimi ilə 60 –cı il, ramazan ayının 15-ci günü Müslüm ibn Əqili (ə) Kufəyə yolladı. Onların naməsinin cavabında belə yazdı: “ Qardaşım, əmim oğlu öz Əhli-beytmin etimad etdiyi Müslüm ibn Əqili sizə tərəf göndərdim. Əgər o, mənim yazsa ki, namalərədə əks olunanlar sizin böyüklərinizin nəzəri bir olsa tezliklə sizə tərəf kələcəyəm, inşallah” (Vəqayeül-əyyam:  s. 41 – Feyzül-əllam:  s. 45)
Kufəlilər ilk öncə həzrət Müslüm ibn Əqili (ə) misilsiz qarşıladılar. Lakin Übeydullah ibn Ziyadın təhdid və tətəmmösi ilə  hamılıqla Müslümü tənha qoydular. Belə bir mərdliyə sığmayan tərzdə qıza bir zamanda o həzrət, hədsiz məzlum və qəribcəsinə  məl`un Übeydullah ibnəZiyadın əli ilə şəhid oldu.

3-Məhəmməd ibn Abdullah ibn Həsənin (Nəfsi-Zəkiyyə) şəhadəti

Hicri təqvimi ilə145-ci il, ramazan ayının 15-ci günü, Məhəmməd ibn Abdullah ibn Həsən Mədinədə şəhadətə çatdı. O, İmam Həsənin (ə) nəvələrindən idi. Əməvilərin dövlətinin zəifləşməsini müşahidə etdikdə, o, qərara aldı ki, o tərəfdarlar köməkçiləri ilə birlikdə bəni-üməyyə əleyhinə qiyam etsin. Onlar qərara almışdılar ki, pərhizkar kişini -  Nəfsi Zəkiyyə kimi tanınan Məhəmmədi özlərinə əmir seçsinlər. Nəhayət o, 250 nəfərlə 145 –ci ildə Mədinəyə daxil oldu və qısa müddət boyunca Mədinə, Məkkə və Yəmən üzərində iqtidara sahib oldu. Nəhayət Mənsur Dəvanəqinin qoşunu Mədinəyə tərəf hərəkət etdi. Məhəmmədin köməkçiləri abbasilərin qoşunlarını görüb yüz min nəfərdən üç yüz nəfərədək azaldılar. O böyük şəxs göstəriş ilə Mədinənin ətrafında xəndək qazıb müqavimət göstərdilər. Ağır döyüşdən sorna o və onun köməkçiləri xəlifənin qoşunları vasitəsi ilə şəhadətə çatdılar. (Əl-kamil, c. 5, s. 551 –Tarixi-Təbəri: c. 7, s. 203).