Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 14-cü günü

Ramazan ayının 14-cü günü

Muxtar ibn Əbi Übeydə Səqəfinin şəhadəti

Hicri təqvimi ilə 67-cı il, ramazan ayının on dördüncü günü, Muxtar inb Əbi Übeydə Səqəfi şəhadətə çatdı. (Feyzül-üllam: s. 33, - Vəqeyeül-əyyam, s. 39)
O, Kufə böyüklərindən hesab olunurdu və İmam Hüseny (ə) və Müslüm ibn Əqili müdafiə edirdi. Ona görə də Übeydullah ibn Ziyad, onu Kufədə tutub həbs etdi.
Muxtar, İmam Hüseynin (ə) qiyamında da, Übeydullah ibn Ziyadın həbsxanasında idi. Nəhayət bacısı ərinin Müaviyənin yanında vasitəçiliyi ilə həbsdən azad oldu. Muxtar , azadlığa çıxdıqdan sonra İmam Hüseynin (ə) intiqamını almaq üçün Kufədə qiyam etdi. Camaatdan bir çoxunu ona qoşulması nəticəsində Kufənin və onun ətrafında bəzi nahiyələri ələ keçirə bildi. Kufədə 18 ay hakimiyyətdə olduğu dövrdə, İmam Hüseynin  (ə) qatillərini və aşura gününün əsas ünsürlərini tutub, onları əməllərinin cəzasına çatdırdı.
Bəsrənin hakimi Musib ibn Zübeyr böyük bir qoşunla Kufəyə tərəf hərəkət edib Muxtarın qoşunları ilə vuruşdu. Nəhayət Muxtarın qoşunu məğlub oldu. Kufədə Muxtarın qəsrini mühasirəyə aldılar və nəhyət  o da, hicri təqvimi ilə 67-cı il, ramazan ayının on dördündə şəhid oldu. Musib, Muxtarın şəhadətindən sonra göstəriş verdi ki, onun həyat yoldaşını həbs etsinlər. Onun adı  Ümrə bitni Noman ibn Bəşir Ənsari idi. Çox möminə xanım idi. Musib ona dedi: -
Ərindən uzaq olduğu bildir. O dedi-
“Gündüzlər oruc, gecələri namazla keçirən şəxsdən necə əl götürüm?!  Qanını Allah və peyğəmbərinin (s) yolunda qurab etdi və peyğəmbər övladının intiqamın aldı.” Musib, qılıncını qınından çıxardığı halda deyirdi: -
Elə isə səni də ərinin yanına göndərəcəm. Muxtarın həyat yoldaşı cavab verdi: -
“Bu ölümdən sonra cənnət var. And olsun Allaha! Əli ibn Əbu Talinin məhəbbətini heç bir şeylə dəyişmərəm.” O üzdən qızmar gündə səhrada onun əl-ayağını bağladılar, sorna başını bədənindən ayırdılar.” (Əl-Muxtarüs-səqəfi: s. 45).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə