Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 13- günü

Ramazan ayının 13- günü

Bəni-üməyyənin qaniçən hakimi, Hüccac ibn Yusif səqəfinin ölümü

Hicri təqvimi ilə 95-ci il, ramazan ayının on üçüncü günü bəni-üməyyənin qaniçən hakimi Hüccac bin Yusif Səqəfi cəhənnəm vasil oldu. (Vəqayeül-əyyam: s. 38)
Nəql olunub ki, Hüccac dünyaya gəldikdə anasının döşünü qəbul etmirdi. Onun yaxınları buna görə heyrətdə qalıb nə edəcəklərini bilmirdilər. Nəhayət bir şəxs belə bir təklif verdi ki, bir qara keçi kəssinlər, qanından anasının döşünə və onun üzünə sürtsünlər. Üç günədək bu işə davam etsinlər. Onlar belə də etdi. Hüccac dördüncü gün anasının döşünü qəbul etdi. Ona görə də qaniçən oldu və həmişə deyərdi: “ Mən, hər şeydən öncə qantökməkdən zövq alıram.” Bəzi şəxslər müharibələri çıxmaq şərti ilə onun əli ilə ölənlərin sayını yüz iyirmi min nəfər olduğu deyiblər. Hüccac həlak olan zaman onun zindanlarında on  beş min nəfər kişi, on altı min nəfər qadın var idi. Oların əksəriyyətinin çılpaq və zindanları çoxu səqf və çətrsiz olub. Deyirlər ki, bir cümə günü dəvəyə süvar olub cümə namazına gedirdi. Bir zihhə səs eşitdi. Soruşdu: “Bu şivən və səs nədir?” dedilər: Sənin zindanında olanların səsidir. Onlar aclıqdan və çətinlikdən qışqırıb nalə edirlər.” Hüccac onlara dedi: “ Əxsənu fiha və la tukəllimun” (Yox olun və mənimlə danışmayın. “Möminin” surəsi , 108-ci ayə)
O, iyirmi il hakimiyyətdə olduğu müddətində mərvanilərin hökumətinin möhkəmlətmək üçün çox  işlər gördü. Bu müddət ərzində şiələrdən və Əmirləmömininin (ə) xas köməkçilərini şəhid etdi. O cümlədən: Kumeyl ibn Ziyad Nəxi`, həzrət Əlinin (ə) qulamı Qənbər.
Hüccac Əbdürrəhman ibn Əbi Ləyli Ənsarini o qədər qamçı (taziyanə) ilə döydü ki, o Əlinin ünvanına (ə) nalayiq söz desin. O isə öz mövlasının mənaqibini bəyan edirdi. Nəhayət göstəriş verdi və onu şəhadətə çatdırdılar. İmam Səccadın (ə) xas səhablərindən olan Yəhya ibn Üm Təvilin əl-ayağını kəsib şəhid etdi. Onun sonucu şəhid etdiyi şəxs Səid ibn Cübeyr oldu. Onun şəhadətindən on beş gün sonra o cəhənnəmə vasil oldu.  (Tətimmətül-müntəha, s. 123).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə