Ramazan ayının 12-ci günü
- Ətraflı
- Baxış sayı: 4727
Şərəfli “ həqiqətən də möminlər qardaşdır” ayəsi nazil olanda (Hucurat surəsi, ayə: 10) İslamın əziz peyğəmbəri (s) hicir təqvimin ilk ilində, ramazan ayını on ikisində mühacirlərlə ənsar arasında qardaşlıq əqdinin bağlanmasına göstəriş verdi və onları bir-birlərilə qardaş etdi. O həzrət (s) sonda, həzrət Əlini (ə) özü üçün qardaşlığa seçdi. (Əl-vəqaye vəl-həvadis: c. 1, s. 112 – Məsarüş-şiə, s. 7 – Müntəxəbül-təvarix, s. 46).
Sonralar həzrət Əli (ə) hər vaxt minbərdə otursaydı, buyurardı: “ Mən Allah bəndəsi, Allah Rəsulunun qardaşıyam. Məndən başqa hər kim belə bir iddia etsə yalançıdır.”