Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Təqvim Ramazan ayının 6-cı günü

Ramazan ayının 6-cı günü

Məmun abbasinin vasitəsi ilə İmam Rzanın (ə) məcburi olaraq vəliəhdliyə təyin olunması

Məmun hədə və qorxularla İmam Rzanı (ə) Mədinədən Mərvə tərəf hərəkət etməyə məcbur etdikdən sorna, o həzrət vəliəhdlik məqamını qəbul etməyə də məcbur qaldı. Nəhayət hicri təqvimi ilə 201 –ci ramazan ayının 6-cı günü, imam Rza (ə) son dərəcə kədər və təsirlə o məqamı qəbul etdi. (Vəqayeül-əyyam, s. 27 – Məsarül-şiə, s. 6)
Beyət, təmtəmaraqlı məsclis əsansında həyata keçirildi. Xəlifənin göstərişi ilə İmam Rzaya (ə) beyət etmək üçüm əl uzadan ilk şəxs, Məmunun oğlu oldu. Ondan sonra böyük vəzir, Fəzl ibn Səhl, Sarayın müftisi Yəhya ibn Əksəm,  qoşun başçıları,  böyük şəxslər və abbasilərə mənsub şəxslər o həzrətə beyət etməyə hazır oldular.
Məmun, məclisdə hazır olanlara çoxlu hədiyyələr verdi. Göstəriş verdi ki, İmam Rzanın (ə) məqamın mədh etmək üçün xətiblər, şairlər xütbə və qəsidələr oxusun. Həmçinin göstəriş verdi ki, daha o həzrətin adına sikkə və dinarlar vursunlar və başqa abbasilər qara deyil, ələvilərin nişanəsi olan yaşıl libaslar geyinsinlər. (Tətimmətül-müntəha, s. 238).
Bütün bunlar, xəlifəliyinin bünövrəsini möhkəmlətmək məqsədilə ələvilərin diqqətini öz xəlifəliyinə çəkmək, onların qiyamlarının qarşısını almaq üçün Məmunun düşündüyü hiylələr idi.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə