Ramazan ayının 4-cü günü

Ziyad ibn Əbih Amil Müavviyənin Bəsrədə ölümü

Hicri təqvimi ilə 53-cü il, ramazan ayının 4-cü günü Ziyad, Məkkədə həlak oldu.  O, Ziyad ibn Əbih, Ziyad ibn Ummə, Ziyad ibn Übeyd, Ziyad ibn Suməyyə  adları ilə tanınıb. Onun atası çox olduğu üçün ona Ziyad ibn Əbih (atasının oğlu)  deyirdilər.
Müaviyəyə  qoşulan zaman o, Ziayd ibn Əbi Süfyan adlandırlıdı. Ona görə də Müaviyəyə qardaş olmaqla anasının zina etdiyi qəbul etdi. Süməyyə Haris ibn Kildənin Təyyibin kənizi idi. Haris onu qoyunları otarmağa vadar etmişdi. Onun nalayiq şəhvani hissi, çöldə o qədər rüsvaylıq yaratdı ki, Haris onu öz yanından qovdu. Ondan sorna Süməyyə rəsmən özünü çoban Übeyd Səqəfiyə aid edib, rəsmi olaraq Tayifin fahişələrindən birinə çevrildi. Belələliklə də Übeyd sülaləsinin heysiyyatını ləkələdi.
Müaviyə ilə qardaşlıq məsələsi, Ziyaddan özünün məqsədləri üçün yararlanmaq hədəfini güdürdü. O , bir məclis təşkil edib, bir qrupu şahid kimi dəvət etdi.  Şərab çatıcısı Əbu Məryəm də, o şahidlərdən biri idi. O, qalxıb Ziyada dedi: Bir gecə Əbu Süfyan Tayifə gəlib məndən fahişə istədi. O gecə, Süməyyədən başqa yox idi. Gəl-get azalınca gözlədik. Süməyyənin onun üçün göndərdik.”Ziyad, anasının zina etdiyini qəbul edib Müaviyənin qardaşı oldu. Müaviyə də bu yaxın münasibəti ona inandırmaq üçün bacısını onun evinə göndərdi və göstəriş verdi ki, ona məhrəm olduğu üçün çadırını başından götürsün. (“Şərhi-nəhcül-bəlağə” İnb Əbil-Hədid, c. 16, s. 187) – Tətimmətil-müntəha, s. 87)
Ziyad, Müaviyə ilə qarşdalıqdan sonra Əmirəlmöminindən (ə) bəraət istəyib o həzrətin şiələrini və qəlt edib,  mallarını qarət etməyə başladı- əl kəsmək, qarın yırtmaq,  asmaq , övladların başını kəsmək, evləri yıxmaq, yandırmaq onun işlərindəndir. Ziyad, Əbdürrəhmanı, Əli bin Əbi Talibi (ə) sevmək günahı ilə diri-diri torpağa dəfn etdi. (Şəfaüs-südur, c. 1,  s. 315).
Bəsrə və Kufədə 13 min nəfəri şiə olmaq və şiə olmaq ehtimalı üzündən öldürdü. Sonra Müaviyyəya yazdı:
“Mən, bu həddə sənin istəyini yerinə yetirdim. Bütün bunları sol əlimlə etmişəm. Əgər Hicazın hökumətini mənə tapşırsan, işsiz qalmış sağ əlimi də bu işə salaram. Qərara gəlmişəm ki, İraq əhalisindən məsciddə istəyəcəm ki, Əlidən (ə) bəraət alıb, Üməyyə sülaləsini açıq- aşkar mədh etsinlər.  Hər kəs qəbul etməsə onu öldürsünlər və evini yıxsınlar.”  Bu xəbər yayıldıqdan sonra İmam Həsən (ə) və onun şiələr ona nifrin etdilər. Bəzi şəxslər Əmirəmöminini (ə) yuxuda gördülər ki, ona nifrin edirdi. O məlun, öz qərarını həyata keçirməzdən öncə Taun  xəstəliyinə tutuldu və cəhənnəm çalasına yuvarlandı. ( Şərhi-Nəhcül-bəlağə, İnb Əbilhədid, c. 16, s. 187.-  Əlvəqaye vəl-həvadis, c. Mahi-rəməzan, səh. 79)