Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr Orucluq nə üçün vacibdir?

Orucluq nə üçün vacibdir?

Orucluq,  islamın digər mətin əhkamları kimi xas hikmət və məsləhətdən qaynaqlanır. Çox sayda rəvayət müxtəlif ifadələrlə onun hikəmtinin bir qismini açıqlayır. Aşağıda onlardan beşinə işarə edirik:
1.    İxlas və özünüdüzəltmə
Həzrət Zəhra salamullahu ələyha buyurub:
Ərəbcə:
فرض الله الصیام تثبیتاً للاخلاص
Oxunuşu:
“Fərəzəllahu-siyam təsbitən lil-ixlas”
“Allah, orucu ixlasın (xalis bəndəyi- qəlbdə iymanı)  sabit saxlamaq üçün vacib etdi.”
 
Oruc şəxs nəfsani  istəklərdən çəkinməklə Allahın fəramnını icra edir və mələkut aləmi ilə mənəvi rabitə yaradır.  Heyvani əməlləri tərk etdikdə  mənəviyyatı səfalı olur. İmsakla birlikdə cismani ləzzətlərdən haram və ruhani ləzzətlərdən də çəkinir. Orucluq  “gözlə görünən” olmadığı üçün onda çox az hiylə ola bilər və onunla günaha batmaq ehtimalı da azdır. Ona görə də bu əməldə daha xalislik  (saflıq) var.
2.    Bədənin müxtəlif orqanları bir il ərzində mümkündür gecə-gündüz fəaliyyət göstərir. Bunun nəticəsində onlardan hər hansı birinin problemlə üzləşməsi mümkünsüz deyil. Onun qarşısı alınması böyük bir problemlə üzləşmək də qaçılmazdır. Bu üzdən  hikmət sahibi Allah,  insanın sağlamlığını qorumaq onun  fiziologiyasını normallaşdırmaq üçün orucu vacib edib. Allah Rəsulunun (s) buyurduğu kəlam onun sübutudur:
Əbəbcə:
صوموا تصحوا   
Oxunuşu:
“Sumu təshu”
Tərcüməsi: “Oruc tutun ki,  sağlam olasınız!”
3.    Təqva üçün hazırlıq
Orucun üçüncü hikməti məşq etmək – çalışmaq –adət etməkdir.  Bir ay ərzində insan nəfsani meyillərdən çəkinir.
Beləliklə də insan özünə sübut edir ki, rəva olmayan əməllərin qarşısında durmağı - onları tərk etməyi bacarır. Məsələn, oructutan şəxs özünün halal yeməyini yeməklə başqalarının malına əl uzatmamağı məşq edir. Öz həyat yoldaşına yaxınlaşmamaqla dərk edir  ki, başqalarının namusuna göz dikilməlidir.  Allah  və peyğəmbərin (s) adına yalan danışmamaqla anlayır ki, hər sözü dilə gətirməməlidir.
Orucluğun təqva üçün hazırlıq- məşq olduğu, onun dərəcəsini artırmaq mənasını Quran, “orucluq” ayəsində qəti şəkildə bəyan edib. Orucun nə üçün vacib olması haqqında buyurub: “... bəlkə təqvalı olasınız”
4.    Varlı və yoxsul arasında fərqin azalması
Ehtiyac və yoxsulluğu hiss etmək, aclıq, susuzluq və məhrumluğu dadmaq orucluğun bir başqa hikmətidir. Varlı müsəlmnalar il  ərzində bol nemətlərdən istifadə edir və gözəl rifah içində yaşayır. Hər vaxt hər nə istəsə onu  əldə edir. Belə olduğu halda məhrumiyyət şəraitində yaşayanların halını necə dərk edə bilər?! Hardan bilsin ki, aclıq necə dərdir?  Beləsi bir ay aclıq və susuzluq çəkməldir ki, onun acısın dadsın və yüksək rifah içində olan ürəkləri  məhrumların halına yansın. İmam Hüseyn dən (ə) soruşdular: “ Allah orucluğu nə üçün vacib edib?” Həzrət buyurdu:  “Ona görə ki, varlı, aclığı duysun və ( beləliklə də insanın) ehtiyacı olduqlarını ehtiyaclılara versin (qaytarısın).”
5.    Axirəti xatırlamaq
Burada təqdim etdiyimiz orucluğun sonuncu hikməti axirəti xatırlamaqdır. Bir çıxışda İmam Rzadan (ə) “nə üçün oruc tutmaq fəramnı bəndərlə sadir olub” deyə soruşulduqda, buyurub: “Aclıq və susuzluğun acısını dadmaqla axirətin çarəsizliyini (fəqirlyini) dərk etsinlər.” Allahın Rəsulu (s) mübarək ramazana ayının astanasında buyurub:
“Bu ayda aclıq və susuzluğunuzla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın!”

www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə