Çr.ax07162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr Orucluq məqamı

Orucluq məqamı

Orucluğun dərəcləri


Əmirəlmöminin (ə) dərəcə baxımından orucluğu üç qismə bölüb .Həzrət buyurub:
“Ürəyin oruc olması dilin oruc olmasından, dilin oruc olması isə qarının oruc olmasından daha üstündür.”

Molla Mehdi Nəraqi orucluğun bu dərəcələrinin hər birini müəyyənləşdirərək izah edib:

 

1-Ümumi oruc odur ki, insan qarın və şəhvətdən özünü qoruyur. Onun faydası isə odur ki, insan öz vəziəfisini yerinə yetirmiş olur və cəhənnəmdən qurtulur.
2-Xüsusi oruc isə odur ki, qarın və şəhvətdən başqa insan göz, qulaq, dil, əl, ayaq və digər bədən üzvələrini də günahdan qorumalıdır. Allah tərəfindən haqqında savablar vəd olunmuş oruc da məhz odur.”
3- Xassül-xas (daha xüsusi) orucu. Bu mərhələ yuxarıda sayılanlara əlavə olaraq insanın qəbli dünyəvi düşüncələrdən, pis əxlaqdan, alçaq qərarlardan çəkinib oruc tutur və Allahdan başqa hər bir şeydən külli olaraq üzülüşür.”


Orucluqun ədəb-ərkanı


İndiyədək görmüsünüz ki, yas məclisində bir nəfər şən və insanı şadlandıran  şeirlər  oxusun?! Yaxud  da əza libasında insan  şadlıqda iştirak edib orada ağlasın? Cavabınız  “xeyir” – dirsə, onun dəlili nədir?! Bəlkə siz də onu düşürsünüz ki, hər bir məclisin özünə məxsus rəftarı var?!
Oructutan şəxs də orucluq müddətində Allahın müqəddəs vadisinə və Onun ziyafətinə daxil olur. İnsan üçün layiqlisi o olardı ki, belə bir  məclisin şəraitinə özünü uyğunlaşdırsın və ona riayət etsin. Belə olduqda daha da çox ev sahibin lütfünü əldə etmiş olar. Onlar  aşağıdakılardır:


Günahlardan çəkinmək


Hər bir günah Allahın qəzəbinə səbəb olur. Ramazan ayında isə günah etməyin daha artıq  pislikləri var. Ona görə də onu Allahın qonaqlığında etmək olmaz.
Peyğəmbər səlləllahu ələyhi və alih ramazan ayı haqqında danışırdı, həzrət Əli ələyhis-salam soruşdu:
“Ey Allahın Rəsulu! Bu ayda ən yaxşı əməl hansıdır?”
Peyğəmbər (s) buyurdu: “Allahın hər bir haram etdiyindən çəkinmək!
Bu nəzərə alsaq əgər oructutanlar günahdan çəkinmirsə susuzluq və aclıqdan başqa bir şey əldə etmirlər. Həzrət Zəhra ələyha salam buyurub: “ O oruc ki, dil, qulaq, göz və (bədənin) digər üzvlərini (günahdan ) qorumursa , o orucluqla nə edəcək?” Yəni o orucluğun ona nə faydası var?


Vacibləri yerinə yetirmək


Allah qonalığına yerin yetiriləsi ikinci vəzifə odur ki, Allahın digər əmrlərini görməzlikdən gəlməsin. Əks təqdirdə bu özü Allahın məhzəridə ən böyük ədəbsizlikdir. Belə bir qonağı mələləkut aləmində (mənfi mənada)barmaqla göstərirlər.
Sizin nəzərinizcə oruc halda, namaz qılmamaq, xüms verməmək, camaata əziyyət vermək  və s. orucluqla uyğunlaşırmı?!


Allaha pərəstiş və münacat


Allah ayının digər ədəblərindən biri də odur ki, münacat və pərəstiş könüllüdür. (Hədislərdə) o aya məxsus çoxlu namaz və duaların olması onun əhəmiyyətini təsdiqləyir. Oructutan şəxs Allahın ziyafətinə dəvət olunub.  Nə yaxşı olardı ki, Sübhan Allahın hüzuruna dəyərli hədiyyələrlə gedib müşərrəf olsun. Ən yaxşı hədiyyə isə Onun müqabilində alının yerə qoyub möhtac əllərini Ona tərəf açmaqdır.


Quran oxumaq


Ramazan ayı Quranın baharıdır. Quran və ramazanın çox qədim bir bağlılığı var. Qərd gecəsində Quran nazil olub. Oruc tutan şəxs üçün daha layiqlisi odur ki, bu bağlılı qoruyub saxlasın, ramazan ayının ilahi aerosunu Quranın ruhoxşayan tilavəti ilə ətrləndirsin:
“Hər kəs ramazan ayında Qurandan bir ayə oxusa, onun əcri başqa aylarla müqayisdə bir Quranın xətmi qədərdir”
Allah ibadətinizi qəbul etsin!

www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə