Obaşdana nə yeyək?

Obaşdan yemək oruc tutanların gün ərzində enerjisini təmin edir. Obaşdan etməyən şəxs günü, halsız, susuz və ac başa vurur. Bu uzun müddət davam edərsə insan sağlamlığı üçün zərərli ola bilər. Rahat və sakitcə yemək üçün kifayət qədər vaxt olmalıdır.
 
Onun üçün yaxşı olardı ki, oructutan, sübh azanından bir saat öncə oyansın. Diqqət olunmaldır ki, qısa zaman fasiləsində mədəyə çox həcmdə yemək daxil etməsin.

Obaşdan yeməyi müxtəlif olmalı - bütün yemək növlərini əhatə etməldir. Qidalanma üzrə mütəxəssislər belə  tövsiyə edirlər ki, belə zamanlar daha kalorili (tərkibində daha çox vitamin daşıyan) yeməkdən istifadə olunsun. Bu növ yemək, orqanizmdə daha çox qala bilir və gün ərzində azlıq daha gec hiss olunur.  Kalorili yeməyin həzm prossesi 8 saat çəkir. Halbuki tez həzm olan yeməklər  3-4 saat ərzində həzm olur. Obaşdan zamanı çay içmək tövsiyə olunmur.
(Dişi təmizləmək üçün nəzərdə tutulan) diş sapından istifadə etmək və duzlu su ilə dişləri (yaxalamaq) yumaq gün ərzində ağızdan pis iyin gəlməsinin qarşısnı alır. Sonuncu nöqtə budur ki, obaşdan yeməyinin yedikdən sonra onun həzm olması üçün bir saat oyaq qalmaq lazımdır.