Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Ziyarətin dəyəri

On dörd məsumun (ə) ziyarətlərinin savabı



Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs məni və ya övladlarımdan birini ziyarət etsə, Qiyamət günündə onu ziyarət edər və o günün qorxularından (onu xilas edərəm) ona nicat verərəm».

Həzrət Peyğəmbər (s) buyurub: ...Hər kəs imam Həsən (ə)-ı Bəqi᾽ qəbristanlığında ziyarət etsə, ayaqlar büdrəyən gündə onun ayağı Sirat körpüsü üzərində möhkəm qalar».

İbrahim ibni Əbdillah nəql etmişdir ki, Həsən ibni Əli (ə) dedi: «Ey Allahın elçisi! Bizi ziyarət edənin savabı nədir?» Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs məni, ya atanı, ya qardaşını, ya da səni diri halda və ya vəfat etdikdən sonra ziyarət etsə, Qiyamət günündə ona nicat vermək mənim öhdəmdədir».

Zeyd Şəhham nəql etmişdir ki, hzrət imam Sadiq (ə)-a ərz etdim: Sizlərdən birini ziyarət edənin savabı nədir? Həzrət (ə) buyurdu: «Bizi ziyarət edən şəxs, sanki həzrət Peyğəmbəri (s) ziyarət etmişdir».

Əbu Əbdillah Hərrani nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-a ərz etdim: Hüseyn (ə)-ın qəbrini ziyarət edənin savabı nədir? Həzrət (ə) buyurdu: «Hər kəs onun yanına gedib, onu ziyarət edərək yanında iki rəkət namaz qılsa, onun üçün bir həcc əməlinin savabı yazılar. Amma orada dörd rəkət namaz qılsa, onun üçün bir həcc və bir ömrə əməlinin savabı yazılar».

Dedim: Sizə fəda olum! İtaəti vacib olan bir imamı ziyarət edən şəxs də bu savaba nail olarmı? Həzrət (ə) buyurdu: «İtaəti vacib olan bir imamı ziyarət edən də buna nail olar».
Həzrət imam Sadiq (ə) buyurub: «Hər kəs məni ziyarət etsə, günahları bağışlanar və yoxsul halda dünyadan getməz».

Şəhid məzarlarının ziyatərin dəyəri

Həzrət imam Sadiq (ə) buyurub: «Mədinədə getmək, görmək, namaz qılmaq, və habelə əhd və peyman bağlamağa layiq olan qəbrlərdən bir də Həmzə (rə) və şəhdlərin qəbrlərindən ibarətdir»

Həzrət imam Sadiq (ə) buyurub: «Bizə belə çatmışdır ki, Həzrət Peyğəmbər (s) şəhidlərin qəbrinə getdikdə belə deyirdi:
«Əssəlamu ələykum əlykum bima səbərtum fəni᾽mə uqbəd-dar»
Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Fatimə (ə) hər Şənbə gününün sübh çağı şəhidlərin qəbrinin ziyarətinə gedirdi. Həmçinin Həmzənin (rə) qəbri yanına gedərək onun üçün Allahdan rəhmət və əfv tələb edirdi».

Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Fatimə (ə) Peyğəmbərdən (s) sonra yetmiş beş gün yaşamış və heç vaxt sevinən və gülən halda görünməmişdir.
O Həzrət (ə) hər həftə ərzində iki dəfə bazar ertəsi və cümə axşamı günlərində şəhidlərin qəbrinin ziyarətinə gedir və buyurdu: «Həzrət Peyğəmbər (s) burada, müşriklər isə orada idilər.

Mərhum Kuleyni (r) başqa bir rəvayətdə Əban ibni Təğlib vasitəsi ilə imam Sadiq (ə)-dan nəql etmişdir ki, Həzrət Fatimə (ə) vəfat edənədək orada namaz qılır və dua edirdi»

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə