Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Həzrət Əli (ə) - Peyğəmbərin şücaəti

Həzrət Əli (ə) - Peyğəmbərin şücaəti

Əli ələyhis-salamın nəzərində Peyğəmbər salavatullahın şücaəti

Hicrətin ikinci ili idi. Böyük Bədr müharibəsi İslam ordusu ilə şirk ordusu arasında başlandı. Çox ağır və əzici bir müharibə! Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm qoşununun baş komandanı idi. Düşmən tərəfindən qəhrəmanları meydana gəlmişdi. Kafir qoşunlarının sayı min nəfərdən artıq idi.
Bir halda ki, islam diviziyasının adamlarının sayı 313 nəfərdən artıq deyildi. Bu qeyri- bərabər müharibədə Peyğəmbər səlləllahu əleyhi və alih düşmənin müqabilində elə durmuşdu ki, İmam Əli (əleyhissalam) bu barədə şücaətlə belə buyurur:
“Müharibə alovu şölələnib (ətrafı bürüyündə), biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə pənah aparırdıq. Bizlərdən heç kəs düşmənə o Həzrətdən daha yaxın deyildi.” Doğrusu bu nə şücaətdir ki, qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) döyüş meydanında ona pənah aparırdı!
Sə`di demişkən: “Ümmət divarına nə qəm ki, əgər sənin kimi arxası olsa, dəniz dalğasından nə qorxu, əgər onun gəmiçisi Nuh olsa.”




Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə