Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Yasa düşənə başsağlığı

Yas tutana Həzrət Əlinin (ə) başsağlıq verməsi
Bir şəxs dünyadan getmişdi. İmam Əli (ələyhis-salam) o şəxsin qalanlarının yanına getdi və onlara belə başsağlığı verib buyurdu: "Bu ölüm sizinlə başlanmayıb və sizinlə də sona yetməyəcək.
Sizin bu keçmiş (təzə) dostunuz və yoldaşınız bəzi vaxt səfərə gedirdi. Budur o, yenə də səfərə gedib. Səfərdən qayıtsa, daha yaxşı. Yoxsa siz ona tərəf gedəcəksiniz." Bu tərtiblə İmam (ələyhissalam) həm qalanlarına ürək-dirək verdi (ki, bu ümumi bir məsələdir) həm də onlara ibrət dərsi öyrətdi ki, bir gün siz də ölüm karvanına qovuşacaqsınız.
Deyirlər: Ölkələr fəth edən böyük və məşhur sərkərdə İskəndər ölüm astanasında anasına belə vəsiyyət etdi “Mənim cənazəmi İsgəndəriyyəyə aparın anama deyin təam süfrəsi açsın və bütün camaatı dəvət etsin məgər o kəs ki, əzizini və dostunu əldən vermiş olsa. Qoy iştirakçılar acı xatirəsiz məclisə varid olsunlar. Elə ki, onun anası bu vəsiyyəti eşitdi, vəsiyyətinə görə müfəssəl təam hazırladı və bütün camaatı ora dəvət etdi. Bu şərtlə ki, əzizinin və dostunun dağını görməmiş olsun. Yemək zamanı heç kəs gəlmədi.
Ana vaqiənin səbəbini soruşduqda dedilər: “Siz şərt etdiniz ki, o adam ki, onun qəlbində dost və əzizinin dağı yoxdur məclisdə hazır olsun. Dünyada elə bir adam yoxdur ki, belə olmuş olsun. Ana vəsiyyətin sirrini anlayıb dedi: “Oğlum mənə ən yaxşı yolla təsəlli verdi.”


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə