Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Zeynəb (s.ə) Bəni-Haşimin Müdrük Xanımı- Zeynəb (ə.s)

Bəni-Haşimin Müdrük Xanımı- Zeynəb (ə.s)

 
 
ÖZ İLAHİ VƏZİFƏLƏRİNİ SƏBR VƏ MƏRDLİKLƏ YERİNƏ YETİRMƏKDƏ BÖYÜK KƏRBƏLA XANIMINA İQTİDA EDƏN, BÜTÜN ALLAH YOLU FƏDAİLƏRİNƏ TƏQDİM OLUNUR.
Gözəllikdən başqa bir şey görmədim.
Həzrət Zeynəb (s)
MÜQƏDDİMƏ
ÜLGÜ VƏ NÜMUNƏLƏR
Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bəzi məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol və üsulundan istifadə edir. özü də bu istifadənin xeyir və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl meyarı ilə ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.

İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir. Başqa kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bəzən başqalarına təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə məruz qalırlar. Bu həqiqət tələb edir ki, biz pak və dəyərli şəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və nümunələr götürüb, onların yol və üsulunu öyrənsinlər.
Quran əziz Peyğəmbəri “Üsvətün-həsənə” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl nümunə adlandırırıq. Elə ki, buyurur:
(Ləqəd kanə ləkum fiyrəsulillahi usvətun həsənətun limən kanə yərcullahə vəlyəvməl axirə və zəkərəllahu kəsirən)
“Allahın Rəsulu (s), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.”
Bu gün bizim cavan nəslin nümunə görməyə başqalarından daha çox ehtiyacı vardır ki, ictimai və əxlaqi məsələlərdə onların söz və rəftarlarından ilham alsınlar. Amma, bü ülgülər kamal və nümunə cəhətindən bir deyillər, bəlkə vəhy xanədanına nə qədər yaxın olsalar, o qədər kamil olarlar.
Peyğəmbər (s) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (s), iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr və isar adı gəlsə, bu böyük xanımın adı parlayır.
Bu kitab, Kərbəla qəhramanının həyatının qısa araşdırmasıdır. Onun həyatının bir hissəsi gözəl nümunə sorağında olan imanlı bacılara yaxşı bir örnək ola bilər.
Bu xanımın həyatını neçə hissədə xülasə etmək olar:
1.Allah Peyğəmbərinin və anası Fatimənin qucağında keçirdiyi çox qısa dövr;
2.Anasının vəfatından sonra, əziz atası Əli (ə)-ın yanındakı həyatı;
3.Həzrət Əli (ə)-ın şəhadətindən Həsən ibni Əlinin şəhadətinə qədərki dövr;
4.İmam Həsən (ə)-ın şəhadətindən, qardaşının aşurasına qədərki dövr;
5.Onun son dərəcə nəzərə çarpan və ibrətamiz olan həyatının sonu;
Aşuradan sonra Hüseyn hərəkatının rəhbərliyindən 62-ci Hicri ilində bir dünya iftixarla Allah görüşünə nail olana qədərki dövr. Və xoşbəxtlikdən bunun hamısı bu kitabda araşdırılmışdır.
Biz, bu kitabın nəşri üçün “Fədakarlar İslami Təhqiqat Mərkəzinə” təşəkkür etməklə yanaşı, onu mütaliə etməyi bütün cavanlara, xüsusilə də əziz bacılara tövsiyə edirik. Ümidvarıq ki, belə kitablar ucuz qiymətə və yuxarı tirajla əxlaqsevərlərin ixtiyarına qoyulsun. çünki, bu cür əsərlər qərbin bizə sarı yönəlmiş mədəniyyət hücumu qarşısında müsbət addım və güclü manedir.
Qum. İmam Sadiq müəssisəsi.
Ustad Cəfər Sübhani 8\ 6\ 74.


ÖN SÖZ
Müasir dövrümüzün elm zərurətlərindən biri də dini elmlərin aydın və zəngin dəyərlərini daha dərin və geniş bəyan etməkdir. Heç şübhəsiz bu elmlərdən biri də Allah övliyalarının nəzəri və əməli davranışlarının nəhayətsiz üfüqlərinə bələd olmaqdır.
Din övliyaları və mərifət sahiblərinin müqəddəs həyatlarında diqqətli fikir və dərin araşdırmalar, həqiqət aşiqlərinin yoluna bir çıraq ola bilər ki, öz canlarını o əzəmətli nümunələrin həyatının axar çeşməsi ilə paklayıb. Həyat yollarına o pak ruhların ilahi feyzi ilə təravət bəxş etsinlər.
“Fədakarlar İslam Təhqiqat Mərkəzi” bu əhəmiyyətli işi yerinə yetirmək, əziz müharibə əlilləri və Allah yolu fədakarlarının elmi ehtiyaclarını təmin etmək və həmçinin isar elmini bəyan etmək üçün dini maarif və tarix sahəsində bir məcmuə hazırlamaqda səy göstərmişdir.
Əlinizdəki kitab o topludan biri və bu mərkəzin əməkdaşlarının səyinin məhsuludur. Bu kitabda, nübüvvət və Vilayət ailəsində tərbiyə olunanlardan biri, Siddiqey-Tahirə Həzrət Zeynəb (s)-ın şərəfli həyatının mütaliə və araşdırmasına səy göstərilmişdir. Heç şübhəsiz, o yer mələyinin bütövlükdə bəndəçilik, mənəviyyat, səbr və dözümdən ibarət olan səmavi həyatı barədə düşünmək, hamının, xüsusilə də qadınların və Allah yolu fədakarlarının təkamülünə, ilahi məqama yaxınlaşmasına kömək olacaqdır.
Bu kitab, tarixə istinadlı araşdırma, mötəbər mənbələrdən istifadə və rəvan nəsrlə yazılmış, o həzrətin şəxsiyyəti və həyatının qəribə xüsusiyyətləri və dərslərinin vəsflərindən bəhs etmişdir.
Möhtərəm oxucuların nəzər və tövsiyələrini böyük məmuniyyətlə qarşılayır və böyük Allahdan mərifət və itaət üçün tofiq diləyirik.
Qum Fədakarlar İslami Təhqiqat Mərkəzi.
BİRİNCİ FƏSİL
VİLAYƏT ÇİÇƏYİ
Təvəllüd
Atanın zinəti
Səmavi ad
Peyğəmbər (s) ilə birlikdə
Dərdli yuxu
Birinci hadisə
Anası Fatimə ilə görüş
Haqqın müdafiəsi
Sonuncu görüş
Anasından sonra
Şərikli həyat
Zeynəbin həyat yoldaşı
Ev mühitində
Ata məktəbində
Səbr və dözüm
Ədalət
Zülmlə mübarizə
Ata müsibəti

İmam Həsən (ə)-ın imamət dövrü
Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. O ailə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir və Cəbrəil Əlinin məclislərinə girmək üçün izn istəyir. O ailə ki, ilahi nemətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin aynasıdır.
Onlar Peyğəbmər və onun Əhli-beytidirlər ki, Allah məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib, buyurur: “Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam.
Onlar hər növ eyb və nöqsandan uzaq olan beş müqədds nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyn (s).
Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı.
TƏVƏLLÜD
Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi!
Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.


ATANIN ZİNƏTİ
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
SƏMAVİ AD
Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
DƏRDLİ YUXU
Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”
BİRİNCİ HADİSƏ
çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.
ANASI FATİMƏ İLƏ GÖRÜŞ
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.



HAQQIN MÜDAFİƏSİ
Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.
O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.
SONUNCU GÖRÜŞ
nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.
Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.”
Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.

ANASINDAN SONRA
Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı “Əmaməyə” mənsub idi.
Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.
Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.
ŞƏRİKLİ HƏYAT
Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.
Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.
Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.
övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.
Əbdüllahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.
EV MÜHİTİNDƏ
Heç şübhəsiz, insan tərbiyəsinin ən mühüm dövrü və şəxsiyyətin formalaşma zamanı uşaqlıq çağıdır. Bu dövr də başqa dövrlərə nisbətən insanı əhatə edən təbii və ictimai mühit daha təsirli olub, onun formalaşmasında mühüm rol oynayır. Ata-ananın əməl, rəftar, münasibət və ümumiyyətlə bütün hərəkətləri, eləcə də onların bir-birləri və digərləri ilə davranış tərzləri uşağın əxlaq, ruhiyyə və xasiyyətinə bir-başa təsir göstərib, incə və həssas qəlbini öz təsiri altına alır.
yaxşı və pisliyini müəyyən edə bilərlər. Bu mənada uşaq onlar üçün güzgü rolunu oynayır və uşağın xarakter və xüsusiyyətləri onların əxlaqının xülasəsi hesab olunur.
Uşaqlarda olan bu əks təsirə görə onların tərbiyəsi, eləcə də fikri, əxlaqi və ideoloji inkişafı sahəsində çoxlu tövsiyələr olmuşdur. Bu tərbiyələrin təsiri o həddə qədərdir ki, Əli (ə) uşaq qəlbini istənilən toxumu qəbul etməyə hazır olan boş və əkilməmiş torpağa bənzədir.
Buna görə də uşağın şəxsiyyət və gələcəyini ata və ananın əməli tərbiyələrindən asılı hesab etmək olar.
Lakin Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boy atmışdır ki, tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı, səfa-səmimiyyət, eşq və mənəviyyət dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə kimi anası vardı. Bu məsum ata və ananın nəfsani və şeytani istəkləri onlara tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey düşünmür, islamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər.
Zeynəb bu mühitdə və belə bir ata-anasının təsiri altında böyüyür, belə bir məktəbdə ilahi elmləri və islami qaydaları öyrənir, dini tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi.
Beləliklə Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə ərinin evində anası kimi öz vəzifəsinin icra etsin.
O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mənəviyyət yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi: “Həmişə evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni qəzəbləndirmədi”.
Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsinin öz mehriban ata-anasının timsalında görmüşdü. O, anasının evdarlıq zəhmətlərini və qabarlı əllərini görmüş, ev işlərinin Allah yanındakı əcr və savabına vaqif olmuşdu.
O, evdə birlik və həmkarlığı ata-anasından öyrənmiş, atasının çırpı və su gətirdiyini, anasının xəmir hazırlayıb çörək bişirdiyini görmüşdü. O bilirdi ki, qadının cihadı ərinin qulluğunda durub yaxşı evdarlıq etməkdir.
Zeynəb anasının övladlarına olan məhəbbətini unutmur, bunu öz həyatının ən şirin xatirələrindən hesab edirdi.
O, anasının Peyğəmbər məscidindəki çıxışından dindarlıq, şücaət və islami dəyərləri qorumaq dərsi alıb bu yolda fəaliyyət və mübarizəni özünə vacib bilirdi.Beləliklə, Zeynəbi-Kubra vilayət evində böyüdü, onun şəxsiyyəti bu tərbiyələr sayəsində formalaşdı. Onu, ata-anasından öyrəndiyi əxlaq, tərbiyə, mərifət və insani fəzilətlər simvolu hesab etmək olar. O, indi ailə quraraq ər evinə gedir, sonralar isə bu müqəddəs səngərdə nümunə olaraq öz vəzifəsini yerinə yetirib, İslam üçün mübariz övladlar tərbiyə edəcəkdi.
ATA MƏKTƏBİnDƏ
Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı.
SƏBR VƏ DÖZÜM
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: “Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.
Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.
ƏDALƏT
İyirmi beş illik sükut və məzlumiyyət dövrü sona çatmışdır. Haqq və ədalətdən savayı fikri olmayan Əli (ə) camaatın təkidi ilə xilafət kürsüsünə əyləşib ümmətə rəhbərlik edirdi. Əlinin (ə) beş illik xilafəti Zeynəb üçün çox mühüm və maraqlı olmuşdur. Ədalətin bərqərar olduğu o dövrdə Əliyə müraciət edən, rəyasət və məqam eşqi ilə yanan dünyapərəstlərin çoxu onun qatı düşmənlərindən oldular. Onlar həzrət Əlinin (ə) buyurduğu bu ədalətli kəlamı eşitməyə qadir deyildilər:

“And olsun Allaha! Osmanın haqsız olaraq müsəlmanların beytül-malından bağışladığı bütün hədiyyələri geri alacağam, hətta bu vəsaitlə izdivac etmiş və ya kəniz almış olsalar belə”.
Onlar gördülər ki, Əli (ə) yoxsulluq ucbatından beytül-mala göz dikən qardaşı Əqilin bədəninə isti dəmiri yaxınlaşdırdı və onun naləsi qarşısında buyurdu: “Vay olsun sənə, Əqil! İnsanın qızdırdığı adi dəmirdən nalə edirsən, amma məni qəhhar Allahın öz qəzəbi ilə odladığı atəşə çəkirsən. Sən bundan nalə etdiyin halda, mən Cəhənnəm odundan qorxmayım?”
Həzrətin beytul-maldan bir boyunbağı əmanət almış qızına «Əgər bu boyunbağını beytül-maldan əmanət şəklində almasaydın oğurluq üstündə əli kəsilən ilk Haşimi qadın olacaqdın» - deyə buyurması onların xam-xəyalını alt-üst edirdi.
ZÜLMLƏ MÜBARİZƏ
Əlinin (ə) hakimiyyət dövrü düşmənlərlə döyüş və mübarizədə keçmişdir. Onlar öz maddi məqsədlərinə çatmaq üçün avam və həris insanlardan məharətlə istifadə edirdilər. Əlinin (ə) qarşısında Müaviyə kimi təhlükəli və hiyləgər düşmənlər dururdu. Bu rəzil insanlar öz məqsədləri naminə bütün vasitələrdən istifadə edirdilər. Əli (ə) istər bu zəhərli ünsür, istər dünya eşqi ilə yanan və Peyğəmbərin həyat yoldaşı Aişədən istifadə edən Cəməl süvariləri (Təlhə və Zübeyr) və istərsə də təqva adı altında onunla düşmənçilik edən, qətlini vacib bilən avam və yazıq Xəvaric dəstəsi ilə mübarizədən başqa bir yol görmürdü.
Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli qızı olduğunu sübut etdi. Elə bir Əli ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.
ATA MÜSİBƏTİ
Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.
Kufə şiələri nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.
O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir...


Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə çox ağırdır. O, babası Peyğəmbərin ölümü və anası Fatimənin şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi. O isə, bu atanın məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.
ŞƏHADƏT KARVANINDA
Şəhadət karvanında
Yezid hökumətinin başlanması
İmamın Yezidin qarşısında mövqeyi
Hicrət
Məkkədən Mədinəyə hicrət
Gecə karvanı
Hüseynlə yanaşı
Karvanda məsuliyyət
Məkkəyə giriş
Müslim ibni Əqilə tapşırıq
Hərəkat qəsdi
Müslümün qiyamı və İmamın hərəkatı
Ümumi dəvət
Əbdullah ibni Cəfərin məktubu
Acı xəbər
Zeynəb nə eşitdi?
Kərbəla və əbədiyyət
Kərbəlaya giriş

Zərurətin sübutu
Yezidlə beyət heç zaman!
Düşmən qarşısında müqavimət
Tasua günü
Aşura gecəsində Zeynəb şəfqəti
Zeynəb Bəni-haşim müdriki
Zeynəbi üzən xəbər
Seyyidüş-şühəda müsibətinin əzəməti


İmamın Zeynəbə tövsiyələri
Zeynəbdən öyrəniləsi dərs
Gecənin qaranlığında
Zeynəbin İmamla söhbəti
Sübh açılır
Eşq namazı
İmamın sözü
Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.
Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.
Zeynəb imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.
Həzrət Zeynəbin tarixinin Kərbəla tarixi ilə sıx bağlılığını nəzərə alaraq imam Hüseyn (ə)-ın əzəmətli və əbədi hərəkatının xülasəsini bəyan edir, Zeynəbin böyük vəzifəsi, habelə şücaət və fədakarlığı ilə daha yaxşı tanış oluruq:
YEZİD HÖKUMƏTİNİN BAŞLANMASI
Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər Əhli-beytindən danışmır, onları müdafiə edə bilmirdi.
Onun hökuməti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları öldürür, ya həbs edir və ya vətənlərindən didərgin salırdı. Həzrət Əli (ə) və Əhli-beytin fəzilətləri barəsində hədis deyənlərin təqib olunacağını isə rəsmi surətdə elan olunmuşdu.
O, Əhli-beyt əleyhinə hər növ fitnə və fəsaddan istifadə edirdi. Onlara qarşı təbliğat və şayiələr elə bir həddə idi ki, Şam əhli həzrət Əli (ə)-ın namaz mehrabında şəhid olmasını eşidəndə təəccüblə soruşurdular: Məgər Əli namaz qılardı?
Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında etiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.
Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb imam Hüseyndən onun üçün beyət almasını əmr etdi.
İMAMIN YEZİD QARŞISINDA MÖVQEYİ
İmam Hüseyn (ə) bilirdi ki, xalqın Əhli-beytə meyli var və onun Yezidlə beyəti bütün müsəlmanların onunla beyəti deməkdir.
İmam (ə) Yezid hökumətini qeyri-şəri və fasiq bilirdi. Bunun üçün də Mədinə hakiminə cavabında buyurdu: “Biz kəramət Əhli-beyti və risalət xəzinəsiyik... Mən babam Rəsulullahdan eşitdim ki, buyurdu: “Əbu Süfyan övladlarına xilafət haramdır,” belə olan halda mən bu sülalə ilə necə beyət edə bilərəm.
Bu hadisədən sonra Mədinə hakimi Yezidə cavabında yazdı: Hüseyn ibni Əli səni xilafətə layiq bilmir və səninlə beyət etmək fikri də yoxdur. Əmrin nədir?
HİCRƏT
Hicrət kəlməsi gözəl bir ifadə olub, Quranda “iman” və “cihad” kəlməsi ilə yanaşı işlənilmişdir.
Əgər İslamın tərəqqi amillərindən biri də həmin hicrət olub desək yanılmarıq. Peyğəmbərin təklifi ilə bəzi müsəlmanların Məkkədən Həbəşəyə və Peyğəmbər və müsəlmanların Məkkədən Mədinəyə ümumi hicrəti çoxlu əsər və bərəkətlərin mənşəyi olmuşdur.
Peyğəmbərin hicrəti islam və müsəlmanlar üçün ciddi dəyişiklik yaradıb, onun ilkin islam hökumətinin bərqərar etməsinə zəminə yaratdı. Sonra isə müsəlmanların mübarizə və fədakarlığı ilə islamın izzət və əzəməti gün-gündən artdı və beləliklə, hicrət müsəlmanların tarix başlanğıcı hesab olundu. Bu elə bir hicrət idi ki, islam hökumətinin möhkəm sütunlarını bərpa etdi və onun vasitəsi ilə islam ayaq tutub yeriməyə başladı.
MƏKKƏDƏN MƏDİNƏYƏ HİCRƏT
Lakin, islam tarixində bir hicrətlə də rastlaşırıq ki, Mədinədən Məkkəyə olmuşdur. Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin ali məqsədlərini qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti və yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin zəhmətinin nəticələrini qorumaq üçün başladı.
Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir.
“Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılıqa dəvət edib pislikdən çəkindirəm, babam Peyğəmbər və atam Əli ibni Əbi Talibin yolu ilə gedəm.
GECƏ KARVANI
Hicrətin 60-cı ili, Şəban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir.
Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin, Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.
O, elə bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət mərkəzi, vəhy əmanətçisi Cəbrəilin və Quranın nazil olduğu yer olmuşdur. O Mədinə ki, 56 il qabaq, yəni Hicrətin 4-cü ilində orada dünyaya gəlmiş və mələklər onun bələyindən təbərrük etmişdilər. O Mədinə ki, illərlə orada ona xüsusi əzəmət və gözəllik bəxş etmişdi.
O dövrdən çox keçirdi. Xalq Əhli-beytin əzəmətini Peyğəmbərin onlarla rəftarında müşahidə etmişdi. Peyğəmbərin öz qızı Fatimənin əlini necə öpdüyünü, balaca Hüseyni qucağına alıb öpərək öz çiyinlərinə çıxardığını hələ unutmamışdılar. Elə həmən bu Mədinədə Təthir ayəsi nazil oldu:
«İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl bəyti və yutəhhirəkum təthirən».
Həmən Mədinədə ki, Əhli-beytin əzəmət və isarı «Həl-əta» surəsi nazil oldu. Həmin Mədinədə idi ki, Peyğəmbər dəfələrlə Əhli-beyt barəsində xalqa tövsiyə etmiş, onların itaət və yoldaşlığını vacib buyurmuşdu. Elə həmin Mədinədə Peyğəmbər buyurdu:
«Əl Həsənu vəl Huseynu seyyida şəbabi əhlil cənnəti».


Həsən və Hüseyn behişt cavanlarının ağalarıdır. Həmin Mədinədə Peyğəmbər buyurdu:
«Əhəbəllahu mən əhəbbə Huseynən».
“Hüseyni sevəni Allah sevər.”
Bu gün isə Hüseynin Mədinədə qalmağa yeri yoxdur. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları da ağlayaraq onun karvanını yola salırdı.Onların hamısı onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görüblər.
İmam Hüseyn (ə) Allah kəlamını züm-zümə edərək, Musa peyğəmbər, Fironun zülmündən qurtarmaq üçün Məkkəyə tərəf hərəkət edərkən oxuduğu sözlərdən ibarət olan ayəni oxuya-oxuya babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb öz hicrətinə başladı.
HÜSEYNLƏ YANAŞI
Tarix Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif məlumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti Mədinədə çıxmaq fikrindən daşındırmaq cəhdələri, əmin-amanlı yerlərə sığınmaq təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir.
Zeynəb imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyn (ə)-ı ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.
Zeynəb Mədinədən Kərbəlaya qədər imam Hüseyn (ə)-ın yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseyn (ə)-la birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.
Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (s)-a olduqca asan etmişdi.
O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır.
Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur.
KARVANDA MƏSULİYYƏT
Zeynəb karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.
Zeynəb bütün çətinlik və müsibətlərdə özünü qardaşı Hüseynə şərik bilir. O, Zəhra yadigarıdır və elə bil, anasının əvəzinə Hüseyn və övladlarına gözlənilən müsibət və bəlalara hazır olur.
Doğrudan da onu Seyyidüş-şühəda hərəkatının ən böyük himayəçisi hesab etmək olar. O, bu işini imamla birgə və çiyin-çiyinə başlayıb iradə və təmkinliklə yerinə yetirirdi.
Tarixdə bəzi hərəkat, yol və səhnələrdə adının qeyd olunmasına baxmayaraq, cürətlə demək olar ki, Zeynəb onların hamısında fəal surətdə iştirak etmişdir. Karvanı idarə etməkdə onun imamla yaxın əlaqəsi, onunla fikri, ruhi və mənəvi əlaqəsi və öhdəsinə qoyulmuş böyük məsuliyyət bu həqiqətə əyani sübutdur.
O, Əhli-beyt və imam dostlarının qadın və uşaqlarının böyüyü idi. Tasua günü və ondan qabaqkı günlər baş verən hadisələr, imam Hüseyn (ə)-ın Zeynəblə söhbəti, onun bacısına Əhli-beyti himayə barəsində olan tövsiyələri açıq-aşkar onun karvanda olan məsuliyyətini göstərir.
Zeynəb imam Hüseyn (ə) sirlərinin məhrəmi və əmanətdarı idi, gərək qardaşının onun boynuna qoyduğu əmanət yükünü məqsədə çatdıraydı.
MƏKKƏYƏ GİRİŞİ
Karvan Məkkəyə yetişdi və imam Hüseyn (ə)-ın neçə günlük səfəri Mədinədən Məkkəyə çatmaqla sona çatdı. Seyyidüş-şühəda şəhərə daxil olanda Qurandan bir ayə oxudu: Bu ayə həzrət Musanın Mədinəyə daxil olarkən dediyi sözlər idi:
«Vələmma təvəccəhə tilqaə mədyənə qalə əsa rəbbi ənyəhdiyəni səvaəs-səbil».
Məkkə imam Hüseyn (ə) üçün münasib mövqeyə malik idi. İmam (ə) orada qaldığı müddətdə Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşə bildi.
İmam Hüseyn (ə)-ın Məkkədə qalmasından qırx gündən artıq vaxt keçirdi. Bu müddət ərzində Kufə şiələrindən saysız məktublar çatırdı. Onlar öz məktublarında əməvi hökməti ilə mübarizə aparacaqlarını elan edir və imam Hüseyn (ə)-ın hökumət və rəhbərliyini qəbul etdiklərini bildirirdilər.
MÜSLÜM İBNİ ƏQİLƏ TAPŞIRIQ
İmam Hüseyn (ə) Kufə şiələri tərəfindən gələn və imamı himayə etmələrini bildirən məktublar selinə cavab olaraq bir məktub yazıb buyurdu: “Mən qardaşım,əmim oğlu və bizim xanədanın etimad etdiyi Müslüm ibni Əqili göndərirəm. Əgər iddialarınızın doğruluğu barəsində xəbər göndərsə və sizin yazdığınız kimi olduğunuzu bildirsə yanınıza gələcəyəm.
İmamın rəsmi nümayəndəsi, Müslüm ibni Əqil mübarək Ramazan ayının ortası Məkkədən çıxıb Şəvvalın 5-də Kufəyə daxil oldu. Kufədə imam Hüseyn (ə)-ın nümayəndəsi misilsiz tərzdə qarşılandı və 18000 nəfər Müslümün vasitəsi ilə İmama beyət etdilər. Müslüm onların himayəsinə əmin olandan sonra İmama bir məktub yazıb, Həzrəti Kufəyə dəvət etdi.
HƏRƏKAT QƏSDİ
Müslüm ibni Əqilin məktubu Məkkədə imam Hüseyn (ə)-a yetişdi. O həzrətin Məkkədə qalmasından 4 aydan artıq vaxt keçirdi. Həcc mərasimi günləri çatmışdı. Məktubun həcc mərasiminə təsadüf etməsi İmamın həcc əməllərindən sonra Kufəyə getməsinə səbəb oldu. Bu səbəbdən imam ehram libası geyinir və möhrim olur. Sonra bilirlər ki, Yezidin muzdur məmurlarından bir qurupu həcc əməlini yerinə yetirmək adı altında Məkkəyə gəlirlər ki, İmamı tutub Yezidin yanına aparsınlar və ya öldürsünlər. Buna görə də Həzrət Allah evinin hörmətini qorumaq üçün həcci ümrəyə çevirib ehramdan xaric olur və elə həmin gün qərara gəlir ki, Məkkədən Kufəyə hərəkət etsin.
KƏRBƏLAYA GİRİŞ
İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.
İmam bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: “İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.” Sonra buyurdu: “Enin. Bura xeymə mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub:”


Rahat olun mənziliniz Kərbəla
Hər qarışı könlünüzə aşına.     
Zeynəb Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da ayrılmır.
ZƏRURƏTİN SÜBUTU
İmam Mədinədən çıxarkən Bəni-haşimə yazdığı müxtəsər məktubdan əlavə müxtəlif yerlərdə özünü və yoldaşlarının şəhadətindən rəsmi surətdə bir başa xəbər


vermişdi: Kim mənimlə olsa şəhadətə yetişəcək və mənə qoşulmasa müvəffəq olmayacaqdır. Bu yerlərdən biri də Kərbəlaya daxil olan zaman idi.
Həzrət onunla çoxlu mərhələlər keçən, həyat eşqi və isar vadisinə çatan yoldaşlarına zərurəti sübut etmək üçün öz yol və məqsədini bəyan edir. Tarix göstərir ki, imamla birgə Kərbəlaya qədəm qoyan şəxslərdən heç biri imamı tərk etməmişdir.Bəli, Allah eşqi və Əhli-beyt vilayəti ilə gələnlər axıra qədər qaldılar ki, özlərinin ən yaxşı varlarını əbədi və gözəl məqsədə qurban edib adlarını tarixin qızıl hərflərlə qeyd etdiyi Hüseyn və Kərbəla adları ilə yanaşı yazdırsınlar. özünü qardaşına və onun yoluna qurban demiş Zeynəbin çiynində bu vəzifədən ağır bir yük vardır və onun nəticəyə çatmağına qədər o yolda olacaqdır.
YEZİDLƏ BEYƏT? HEÇ ZAMAN!
Məhərrəm ayının 2-i Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti imam Hüseyn (ə)-la qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi.
İmamdan istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə imamın indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.
Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq İmamın qəti mövqeyi əvvəldən bəlli idi. Onun cavabı həmən cavab idi ki, ilk dəfə hökumətin Mədinədən nümayəndəsinə buyurdu və mövqeyi də həmən mövqe idi ki, imamət məqamında nabələdlərin qarşısında tutmuşdu: “Yezidin istədiklərinə təslim olmayıb onunla beyət etmək.”Zeynəbi-Kubra (s) bütün bu səhnələrdə qardaşının yanında olub onun ilahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun imamın istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, İmamla birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə İmamının istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.
DÜŞMƏN QARŞISINDA MÜQAVİMƏT
İmam Hüseyn (ə)-ın və dostlarının bu meydanda şücaət və müqavimətləri düşmənin öz gücünü artırmasına və nəhayət ayın 7-də su yollarını bağlamasına səbəb oldu. Bir neçə dəfə İmam, dostları su gətirsələr də şücaət və şəhadət günü olan Aşuraya qədər bu vəziyyət davam etdi. Suyun olmaması üç gün Kərbəlanın isti və quru çölündə Hüseyn (ə)-ın xeymələri qarşısında əsas problemlərdən biri olmuşdur.
Bu fəsildə bütün çətinliklərə baxmayaraq İmamın əhli-əyalının, uşaqların və xeymələrin idarəsini öhdəsinə götürmüş həzrət Zeynəb (s) bu məsələnin həllində
tədbir və isar ilə uşaqları sakitləşdirmək üçün çalışmalı və düşmənin bu alçaqlığı qarşısında zəiflik və zillət büruzə verməməli idi.
TASUA GÜNÜ
Tasua doqquzuncu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, imam Sadiq (ə)-ın sözünə əsasən imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.
Əhli-beyt düşərgəsinin mühasirəyə düşməsi ilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.
Kufə şəhərindən, Ubeydullah ibni Ziyaddan ömər Sədə rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra ömər Səd rəsmən hücum fərmanı verdi. Bu zaman İmam xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.
Düşmənin hərəkətini görüb, səslərini eşidən Zeynəb qardaşının yanına gəlir: “Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.” İmam Hüseyn (ə) başını qaldırıb deyir: “İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”
Zeynəb bunu eşitcək ağlamağa başladı, İmam isə buyurdu: “Sakit ol bacı, Allah sənə rəhm etsin.”
Bu zaman İmam üzünü bayraqdarı və qəhrəman əsgəri Əbbasa tərəf tutub buyurdu: “Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.”
Əbbas, Züheyr və Həbib ibni Məzahir olmaqla iyirmi nəfərdən ibarət dəstəylə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra isə, qardaşının yanına qayıdıb əhvalatı danışdı.
İmam buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Quranı, dua və tövbəni çox sevirəm.
Beləliklə Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikr ilə özlərini məbud və məşuqlarının görüşlərinə hazırlayırdılar.
Bəli, Aşura gecəsi İmam və dostları üçün son fürsət idi. Tarix bu gecə haqqında gözəl və parlaq səhnələr nəql etmişdi.
AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ
Aşura gecəsi son gecədir ki, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam
Hüseyn (ə)-ın məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (s) İmamın vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdü.
Təsəvvür etmirik ki, bu əzəmətdə ruh və bu əhəmiyyətdə vəzifəsi olan Zeynəbin, belə bir həssas zamanda Zeynəbin gözünə yuxu getmiş ola.
İmam Səccad (ə)-ın canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bəziləri imam Səccaddan nəql olunmuşdur.
Zeynəb düşmənin cinayət və zülmləri qarşısında imamət keşikçisidir. İmamət xətti həzrəti imam Səccad (ə) vasitəsi ilə davam etməli idi. Və bəlkə elə ona görə də Allahın məsləhəti ilə xəstələnmişdi. Düşmən istər Aşura günü, istərsə də ondan sonrakı mərhələlərdə dəfələrlə imam Səccad (ə)-ın canına qəsd etməyə cəhd göstərmişdi, lakin hər dəfə də Zeynəbin amansız təzyiq və etirazlarına məruz qalmışdı.
ZEYNƏB BƏNİ-HAŞİM MÜDRİKİ
Əli və Fatimə məktəbində, Həsən və Hüseyn yanında böyümüş Zeynəb, həyatın mənasını, insani təkamülü yaxşıca dərk edir və könül verdiyi bu yolda hərəkət edirdi. Elə ona görə də, keçdiyi məqsəd yolunda əsla tərəddüd etmədən, özünə məxsus əzəmət və vüqarı ilə diqqəti cəlb edir.
O böyük və təsirli hadisələrdə hissiyata qapılıb, duyğularının təsiri altına düşmür və öz mühüm vəzifəsini unutmurdu. O, ən isti məhəbbət duyğularına malik olmaqla yanaşı, həm də müdrik bir insandır. Yəni qadın və qadına məxsus insani hisslərə malik olmasına baxmayaraq, bütün acı və dərdli səhnələrdə aqilanə mövqe tutur və vəzifəsinin icrasını unutmur. Bu xüsusiyyət, Zeynəbə öz yolunu sonacan davam etdirməkdə, Kərbəla şəhidlərinin qanlarını səmərəyə yetirmək və Aşura hərəkatının əsil ideya və məqsədlərini hamıya çatdırmaqda kömək edirdi. Bu məqamı Kərbəlada və ondan sonrakı dövrdə baş verən bütün hadisələrdə müşahidə etmək olur.
ZEYNƏBİ ÜZƏN XƏBƏR
İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını təmir edirdi. Atam neçə dəfə bu şeri oxuyurdu:


Ya dəhru uffin ləkə min xəlil
Kəm ləkə bil işraqi vəl əsil
Min sahibin və talibin qətil
Vəd-dəhru la yəqnəu bil bədil
Və innəməl əmru iləl cəlil
Və kullu həyyin salikun səbil     
“Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.”
Atamın bu şerləri oxumaqdan məqsədini anladım. Məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir. Lakin, bunları eşidən bibim özünü saxlaya bilmədi. Pərişan halda atamın yanına gəlib dedi: “Kaş ölüm gəlib, mənim həyatıma son qoyaydı. Bu gün anam Fatimə, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gün kimidir. Ey qardaş! Ey gedənlərin canişini və qalanların pənahı!
İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: “Əziz bacım! Səy et ki, Şeytan səbrini əlindən almasın.”
Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: “Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.” (Yəni düşmən bizdən əl çəkməyəcək.)
Sonra bibim dilləndi: “Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.” Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.
SEYYÜDÜŞ-ŞÜHƏDA MÜSİBƏTİNİN ƏZƏMƏTİ
Hzərət Zeynəbin taqətsizliyi və huşdan getməsi, onun imam Hüseyn (ə)-a olan sonsuz məhəbbəti və habelə seyyüdüş-şühəda müsibətinin əzəmət və böyüklüyündən xəbər verir. Bu əzəmət və böyüklük Allah kəlamı olan “Aşura ziyarətində də aydın nəzərə çarpır.”
«Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu. Vəcəllət və əzumətil musəbtu bikə ələyna və əla cəmii əhlil islami vəcəllət və əzumət musibətukə fissəmavati əla cəmii əhlis-səmavat».
“Ey Əba Əbdillah! Həqiqətən sənin müsibətin böyük müsibətdir. Sənin müsibətin bizə və bütün islam əhlinə böyük və əzəmətlidir.”
Sənin müsibətin göylərdə bütün səmavi mövcudlara da böyük və əzəmətlidir.
Həzrət imam Hüseyn (ə)-ın müsibətinin əzəmət və böyüklüyünü imam Zaman (ə)-ın müqəddəs nahiyə ziyarətindəki yanıqlı sözlərindən də başa düşmək olar. O, seyyidüş-şühədaya xitabən deyir: “Baxmayaraq ki, dövran bizi ayrı saldı və Allahın təqdiri məni sənə kömək etməyə qoymadı. Mən o vaxt olmadım ki, səninlə döyüşənlərlə döyüşüb, sənin döüşmənlərinlə düşmənçilik edəm. Amma, sənin müsibətlərin üçün təəssüf və həsrətlə gecə-gündüz ağlaram. (Və əgər gözlərimin yaşı qurusa) sənin üçün yaş yerinə qan ağlaram, qəm və qüssənin şiddətində can verənədək!”


İmam Hüseyn (ə)-ın şəhadətinin ağırlığı imam Rza (ə)-ın kəlamında da əks olunmuşdur.
«Ləqəd bəkətis-səmavatis-səbi vəl ərəzunə liqətlihi».
“Seyyidüş-şühəda (ə)-ın şəhadətində yeddi asiman və yerlər ağladılar.”
Həmçinin buyurur:
«Ləmma qutilə cəddiyəl Husəyn əmtərət-tisəmau dəmən və turəbən əhmərə».
“Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.” Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!
Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır.Bəli, Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəb qəlbi kimi böyük qəlb və Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsəbətli yolları qət edib axıracan hərəkət etsin.
İMAMIN ZEYNƏBƏ TÖVSİYƏLƏRİ
Gördük ki, imam Hüseyn (ə)-ın acı şəhadət xəbəri Zeynəbə necə təsir etdi. Bu xəbər o qədər ağır idi ki, onun taqətini alıb bihuş edərək yerə yıxdı.
İmam Səccad (ə) buyurur: “Atam Hüseyn bibimin üzünə su səpib ayıltdı və buyurdu:” Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə iqtida edib, onu özü üçün nümunə bilməlidir. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən: Olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən.”
İmam Səccad (ə) buyurur: Atam bu tövsiyələrdən sonra bibimi mənim yanımda oturtdu:
Zeynəbin vəhy və vilayət evində tərbiyə olmasına baxmayaraq, qardaşı və imamının dilindən eşitdiyi tövsiyələr onda dərin təsir qoydu. Zeynəbin ruhunu daha müqavimətli, qamətini daha mətin, müsibətlər qarşısında iradəsini daha möhkəm etdi və həqiqətdə ona böyük iman bəxş etdi.
ZEYNƏBDƏN ÖYRƏNİLƏSİ DƏRS
Tarix göstərir ki, Zeynəb zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. Bu qısa cümələlər onun lətif və möhkəm ruhunda elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın.
O, qiyamın hədəf və məqsədlərini çatdırmaq barədə öz imamının tövsiyələrinə əməl etməklə sübut etdi ki, həqiqi mömin kimi dağdan möhkəmdir, zillət və müsibətlərə boyun əyməz. Bəli, Zeynəbin tükənməz müsibət dalğaları qarşısında səbr və yenilməzliyi, əbədi olaraq onun adını ilahi vəzifənin icrası yolunda səbr və yenilməzlik simvoluna çevirdi.
Şəhid və yaralıların anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək Zeynəbdən dərs alıb özlərini onun məktəbinin davamçısı bilsinlər və Allah yolunda olan bütün çətinlikləri Zeynəb kimi asan və gözəl hesab etsinlər.
GECƏNİN QARANLIĞINDA
Aşura və Aşura gecəsinin əzəməti demək, eşitmək, oxumaq-yazmaqla dərk olunası deyil. Onun zirvəsinə fikir çatmaz. Ürək bu əzəməti dərk etməyə acizdir.
O gecə və o günün əzəmətini Aşuraçılar dərk edərlər. Onlar ki, Hüseyn və Allahına iman gətirmiş və onun üçün can vermək intizarında onları sayırdılar. Onlar ki, Büreyr və Əbdürrəhman kimi Aşura gecəsinin son saatlarında çox şad idilər. Onlar ki, Aşura gecəsi sübhəcən dua, münacat və istiğfarla məşğul idilər.Onların razi-niyaz səsləri arı pətəklərinin səsləri kimi fəzanı doldurmuşdu. Hərəkatın rəhbərliyi və ən ağır məşğuliyyətlər çiyininə düşmüş imam Hüseyn (ə) o gecənin qaranlığında xeymələrdən uzaqlaşır. İmamın dostlarından nafe ibni Hilal adlı birisi özünü imama çatdırıb onun bu qeyri adi hərəkətindən narahat olduğunu bildirir. İmam cavabında buyurur: “Gəlmişəm xeymələrin ətrafının alçaq-hündürlüyünə baxam. Olmaya, orada bir pusqu ola, düşmən oradan hücum edə və ya müdafiə oluna.”
Sonra imam nafenin əlini ovcunda tutduğu halda buyurdu: Bu gecə həmin vəd olunmuş gecədir, labüd bir vəd!
Sonra imam uzaqdan görünən iki daşı ona göstərib buyurdu: Bu gecənin qaranlığında özünü xilas etmək üçün bu iki daşın arsından qaçmaq istəmirsən?
nafe bu sözləri eşidən kimi özünü imamın ayaqlarına salıb dedi: Anam matəmimdə otursun! Mən qılınc və atımı, hərəsini min dirhəmə almışam. Məni sənin vücudunun neməti ilə bəhrələndirən Allaha and olsun, onlar durduqca səndən ayrılan deyiləm.
ZEYNƏBİN İMAMLA SÖHBƏTİ
Həzrət ətrafı yoxladıqdan sonra xeymələrə tərəf qayıdıb bacısının xeyməsinə girir. nafe deyir: “Mən xeymənin çölündə durmuşdum. Eşitdim ki, Zeynəb imama belə deyirdi: Qardaşım dostlarını sınamısanmı? Olmaya çətinlikdə səni tək qoyalar? Həzrət, Zeynəbin cavabında belə buyurdu: Allaha and olsun, onları sınadım, onlar hamısı şücaətli, dilavər və möhkəmdirlər. Onların mənim yolumda ölümə olan həvəsləri südəmər uşağın öz anasının sinəsinə olan həvəsi kimidir.
nafe deyir: Bu söhbəti eşitdim və ağlamaq boğazımı tutdu. Həbib ibni Məzahirin yanına gəlib eşitdiyimi ona söylədim. Həbib dedi: And olsun Allaha, əgər imamın hücum fərmanını gözləməsəydik elə bu gecə düşmənə hücum edərdik.
nafe deyir: Həbibə təklif etdim ki, indi imam bacısı Zeynəbin xeyməsindədir. Bəlkə qadın və uşaqlar da oradadırlar. Yaxşı olar ki, sən bir az adam götürüb onların xeyməsinə get və öz vəfadarlığınızı bildir ki, onlar da rahat və arxayın olsunlar. Həbib uca səslə imamın dostlarını səslədi. Hamısı xeymələrdən çıxdılar. Həbib Bəni-haşimdən olanları xeymələrə qaytarıb, əhvalatı danışdı. Bütün səhabələr öz hazırlıqlarını elan etdilər. Həbib dedi: Gəlin, xanımların xeyməsinə gedib, onları arxayın edək.Xeymələrə çatanda isə, Həbib Bəni-haşim qadınlarına xitabən dedi: Ey Peyğəmbər qızları və ey Allah Rəsulunun hərəmi! Bunlar sizin fədakar cavanlarınız, bu da onların parıldayan qılınclarıdır. Hamısı and içiblər ki, bu qılınclar sizin düşmənlərinizin boynundan başqa qına salmasınlar. Bu iti və uca nizələr də sizin qullarınızın ixtiyarındadır. Onlar da and içiblər ki, onları sizin düşmənlərinizdən başqa bir yerə sancmasınlar. Bu vaxt hərəm xanımlarından biri onlara cavab verdi: “Ey pak və mərd insanlar! Peyğəmbər qızlarını və Əmirəl-möminin ailəsinin qadınlarını müdafiə edin. Bu söz səhabələrin qulağına dəyən kimi hamısı uca səslə ağlayıb, hərəsi öz xeymələrinə qayıtdılar.
Zeynəb imam Hüseyn (ə)-ın dostları barəsində ona verdiyi arxayınlığı Aşura günü müşahidə etdi. Zeynəb gördü ki, onlar öz imamlarının qarşısında şəhid olmaq üçün bir-birindən qabağa düşmək üçün çalışırdılar. Gördü nə qədər ki, onların bir nəfəri belə sağdı, qardaşına heç bir zərər dəymir və gördü ki, yarım gün ərzində Əhli-beyt (ə) və şiə məzlumiyyəti tarixinin əsla unudulmayacaq qanlı səhifəsi yaşandı.
ZEYNƏB AŞURA HADİSƏLƏRİNDƏ
Zeynəb Aşura hadisələrində
Əliəkbərin cənazəsi kənarında
Zeynəb övladlarından şəhid
Eşqin nümayişi
Aram və dözümlü olmağın sirri
Əhli-beytlə vida
İmamın son istəyi
İmam (ə)-ın şəhadəti
Zeynəbin fəryadı və düşmənin daş qəlbi
Ürək ağrıdan xəbər
Hadisədən sonra
Düşmənin qarət və talanı
Əzizlərinin cəsədi kənarında
İmam Səccad (ə)-ın müdafiəsi
Məni də onunla öldürün
İmam Səccad (ə)-a tibbi yardım
Zeynəbin imamı sakitləşdirən sözləri

Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi.
Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı.
Hələ Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır. Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.
Aşura hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq, biz bu kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir etməyə çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə haqqında söhbət açacağıq.
ARAM VƏ DÖZÜMLÜ OLMAĞIN SİRRİ
Bəlkə də imam Hüseyn (ə)-ın südəmər körpəsinin şəhadət səhnəsi, Zeynəbin Aşura günü öz gözləri ilə gördüyü ən qəmli səhnələrdən biri idi. Amma, Zeynəbi möhkəm saxlayan, ona aramlıq və arxayınlıq verən, dözümünü artıran və Hüseyn (ə) yolunun davamına hazırlayan Seyyüdüş-şühədanın müsibəti vaxtı dilinə gətirdiyi sözlər idi. Allahın işi qarşısında razılıq və təslimçilikdən dolu bir ürəkdən axan bu sözlər ixtiyarsız olaraq Zeynəbin pak qəlbinə oturmuşdu.
«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».
Seyyüdüş-şühəda bu qısa cümləylə bir dünya mərifət, tovhid, iman, təvəkkül, təslim və razılıq nümayiş etdirirdi. Zeynəb də qardaşının göyün mələklərini təəccübə gətirən səbrindən ilham alır. öyrənir ki, ən ağır dərd və əzablar da Allah yolunda asandır.
Doğrusu haqqa və Allah hüzurunda vəzifə icraçısına olan eşqdən savayı hansı etimad yeri imam Hüseyn (ə)-ın və bacısı Zeynəbin ruhuna aramlıq bağışlaya bilər?! İndiyə qədər şəhid və ya əlil olmuş, zərər çəkib, müsibət görmüş insanların anaları, bacıları, həyat yoldaşları, qohumları, uşaqları Aşura tarixinin bu zirvəsi barədə düşünüblərmi? Təsəvvür ediblərmi ki, Əliəsgərin üzücü şəhadət səhnəsi nə qədər ağır və çətindir. Doğrusu, nəyə görə Hüseyn və Zeynəb bu qədər aramdırlar? Belə deyilmi ki, onlar Allahın razılığını hər şeydən önə salıb, öz ürəklərini Allahın zikri ilə aram edir və özlərini Allahın qarşısında bilirlər.
ƏHLİ-BEYTLƏ VİDA
İmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən ayrılmaq onlar üçün necə də ağırdır! çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.
Bu ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək olmaz. Lakin, bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: «Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ummu Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!» İmamın istəkli qızı Səkinə qışqırır. Ey ata! ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?
Sonra Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.
İmam (ə) Səkinəni çox sevir. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur: “Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can var, göz yaşlarınla məni həsrətdən ayırma!”
Aşura günüdür. İmam Hüseyn (ə) anbaan öz məbudunun görüşünə yaxınlaşır. Köməkçi və müdafiəçilərindən, daha heç kəs qalmamışdır. İmamın mübarək bədəninin çoxlu yarası vardır. Susuzluq onu çox zəiflətmiş, əzizlərinin dağlı ürəyini sındırmışdır. Qardaşı Əbbasın şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdir və Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin, bütün bunlarla yanaşı, onun qəlbi arxayın və aramdır. O, dodaqaltı və batində öz Allahı ilə danışır, aşiqanə pıçıldayır. Düşmən özü də etiraf edir ki, müsibət və təzyiqlər onun səbr və müqavimətini azaltmamışdı.
Hər an şəhadətə yaxınlaşdıqca imam Hüseyn (ə)-ın çöhrəsi daha şad və işıqlı görünür.
Bu təklik hərəm xanımları və uşaqları üçün çox ağırdır. necə dözmək olar ki, yer üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti heç bir köməksiz düşmən mühasirəsində qala?!
Bu vaxt imam Hüseyn (ə)-ın kiçik oğlu Əbdullah xeymələrin arasında idi. O, əmisinin tənhalığını görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Tələsik özünü düşmənlərin arasına salır. Zeynəbi-Kubra, hərəm xanımları və uşaqlarından çox muğayatdır və öz imamının fərmanını yerinə yetirir. Amma, deyəsən qardaşının başına gələnlərin ağırılığı, ona hər şeyi unutdurmuşdur. O, birdən görür ki, Əbdullah Hüseyn (ə)-a tərəf qaçır. Zeynəb sürətlə onu təqib edir. İmam Hüseyn (ə)-da əmr edir ki, Zeynəb onu saxlasın. Amma, Zeynəb bir şey edə bilmir. Əbdullah and içir ki, əmimdən ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama qılınc çəkir. Əbdullah öz qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu möhkəm zədələnib dəridən asılı qalır. Uşaq qışqırır. İmam onu qucaqlayıb dözməyini istəyir. Birdən Hərmələ, ona tərəf bir ox atıb, Əbudullahı İmamın qucağında şəhadətə yetirir. Zeynəb isə eləcə səhnəyə baxır. Dağ üstə dağ, səbr üstə səbr.

İMAM SƏCCAD (Ə)-IN MÜDAFİƏSİ
İmam, yəni Allahın yer üzündə nümayəndə və canişini. Bütün mövcudatın həyatı və varlıq aləminin aramlığı İmamın vücudu səbəbindəndir. İmamət ailəsində böyümüş, Əli və Fatimə yetirməsi olan Zeynəb imamət məqamına bələddir, bu məqamın əzəmətini onun uca və dəyərli yerini yaxşı dərk edir, zəmanənin imamı qarşısında öz vəzifələrini gözəl bilir. Bu sözə ən yaxşı şahid isə, tarixin özüdür.
O, atası Əli (ə)-ın həyatı dövründə onun qızı olmasını nəzərə almaqdan, özünü atasının tapşırıqları qarşısında müti bilirdi. Qardaşı imam Müctəba (ə)-ın həyatı zamanında da bu qaydayda əməl edirdi. Qardaşı Hüseyndən itaəti isə, Kərbəla tarixində aydın görünür. O Hüseyni öz canı kimi sevirdi.
İndi imamət, qardaşının yadigarı imam Səccad (ə)-a çatmışdır. Hüseyn hərəminin qadın və uşaqlarının başçısı olan Zeynəb, heyrətamiz tədbir və müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır. Zeynəb, o İmamın icazəsi olmadan bir iş görmür. İndi onun məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın canını qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən, Zeynəbi-Kubra ən azı üç yerdə imam Səccad (ə)-ın canını xilas etmək üçün çalışıb, canfəşanlıq etmişdir.

MƏNİ DƏ ONUNLA ÖLDÜRÜN
Seyyidüş-şühədanın şəhadəti ilə qanlı Kərbəla hadisələrinin qiyam və şəhadətdən ibarət birinci mərhələsi sona çatır. İndi quru və qanlı Kərbəla çölündə, Peyğəmbər xanədanı və Hüseyn dostlarının doğranmış bədənləri, od vurulmuş xeymələr və bir də matəmə batmış qəlbi sınıq, Allaha ümidvar və imam Səccad (ə)-a baxan qadın və uşaqlar var.
İmam Hüseyn (ə)-ın qızı Fatimeyi-Suğranın dediyinə əsasən, aclıq, susuzluq və xəstəliyin ağırlığından imam Səccad (ə) otura da bilmir, biz ona o, da bizə ağlayırdı. Şimr piyada qüvvələrdən bir dəstə ilə gəlib, imam Səccad (ə)-ı öldürmək istədi. Bu vaxt şucaətli Əli qızı Zeynəb qalxıb buyurdu: Mən də onunla ölməsəm, o öldürülməyəcəkdir. Şimr Zeynəbin canfəşanlığını nəzərə alaraq, fikrindən döndü.
Zeynəbin bu şücaət və agahlıqla mövqe tutması, onun məktəbinin davamçıları üçün ən yaxşı dərs deyilmi? İnsan imamət və vilayət kimi dəyərlərin qorunmasında və öz vücudunun ən yaxşı dəyərlərindən də keçməməlidirmi? Allah yolunda fədakarlıq edənlər, əlillər, əziyyət çəkənlər həzrət Zeynəbi özlərinə nümunə götürməməlidirlərmi? Həqiqətən də imam Hüseynin Kərbəla və Aşurasından dərs almaq istəyən hər bir müsəlman kişi və qadının bu səhnələrə diqqət etməsi kifayət deyilmi? Zeynəb əbədiyyətinin səbəbi həmin güzəşt və fədakarlıqlardır. Biz – Zeynəb davamçıları da, Allah yolu olan imamət və vilayət yolunda hər növ əziyyət və çətinlikliyə dözməyə hazır olaq ki, həmişə tarixdə başıuca və əbədi qalaq.
İMAM SƏCCAD (Ə)-A TİBBİ YARDIM
Məlum olduğu kimi, Seyyidüş-şühədanın şəhadətindən sonra Zeynəbi-Kubranın ən mühüm məsuliyyəti imam Səccad (ə)-ı qorumaq idi. Zeynəb özü ruhi təskinliyə ehtiyaclı bir vəziyyətdə olmasına və Əhli-beyt böyüyü hesab olunduğu üçün hərəmin qadın və uşaqlarının idarəsini üzərinə götürməsinə baxmayaraq, öz həssas vəzifəsini unutmur, onu gözəl surətdə yerinə yetirirdi. O, pərvanə kimi imamın nazənin vücudunun dövrəsinə dolanır, xidmət edirdi.
Şəhidlərin bədəni kənarında olan bu xidmətdən bir parçanı alim şəhid ustad Mütəhhərinin bəlağətli bəyanından eşidək:
“Aşura əsrində (axşam üstü), Zeynəb təcəlli edir. Ondan sonralar, ona tapşırılmışdır. Karvan başçısı odur. Yeganə kişi, o vaxt ağır xəstə olub, xidmətçiyə ehtiyacı olan imam Səccad (ə)-dır. İbni Ziyadın ümumi əmrinə əsasən, Hüseyn övladlarının kişi cinsindən heç kəs sağ qalmamalıydı. Buna görə də, düşmənlər neçə dəfə imam Zeynəlabidini öldürmək üçün hücum etdilər. Lakin sonra özləri baxıb dedilər: Bu özü ölməkdədir. Və bu özü bir ilahi hikmət və məsləhət idi ki, həzrət imam Zeynəlabidin bu vasitəylə diri qalsın və imam Hüseyn ibni Əli (ə)-ın müqəddəs nəsli davam etsin. Zeynəbin işlərindən biri imam Zeynəlabidin (ə)-a qulluq idi. On birinci gün günortadan sonra, əsirləri gətirib ağac parçasından palanı olan miniklərə (dəvə, qatır ya hər ikisi) mindirdilər və onlara əziyyət vermək üçün göz qoyurdular ki, palanın üzərinə parça sərməsinlər. Sonra Əhli-beyt bir xahiş etdi və qəbul olundu. O xahiş bu idi: Dedilər; siz Allah, indi ki, bizi burdan aparırsız, Hüseynin qətligahından keçirin. çünki, istəyirik ki, əzizlərimizlə son dəfə vidalaşaq. Əsirlərin arasında, xəstə olduğu üçün, yalınz imamZeynəlabidin mübarək ayaqlarını heyvanın qarnının altına bağlamışdılar, başqaları miniklərin üstündə sərbəst idilər. Qətligaha çatan kimi hamı biixtiyar özlərini yerə atdılar. Zeynəb özünü Əba Əbdillahın müqəddəs bədəninə çatdırır, onu o vaxtacan görmədiyi bir halda görür. Başsız və paltarsız bir bədən görür və bu bədənlə aşiqinə söhbətə girişir. Elə yanıqlı nalə edir ki, düşmənin göz yaşı axır, dost və düşmən ağlayır.
Hüseynin əza məclisini ilk dəfə olaraq Zeynəb qurdu. Amma eyni zamanda öz vəzifəsini də unutmurdu. Zeynəlabidinə baxmaq onun öhdəsindədir. Zeynəlabidinə baxdı, gördü ki, Həzrət bu vəziyyəti görməyindən elə narahatdır ki, elə bir indi canını tapşıracaq. Əba Əbdillahın bədənini qoyub, tez Zeynəlabidinin sorağına gəldi. Qardaş oğlu! niyə səni bir halda görürəm ki, ruhun bədənindən uçmaq istəyir. Bibican, öz əzizlərimin bədənlərini görə-görə necə narahat olmayım? Zeynəb o şəraitdə Zeynəlabidin (ə)-a təsəlli verməyə başlayır. İmamın qəlbi bütün xilqətin əzəmət və böyüklüyü qədərdir. Müsibətlər nə qədər böyük olsa da, İmam ruhunun böyüklüyü qarşısında tabe və təslimdirlər.
qaranlıq nöqtə qalmaması üçün ona bəsirət verir. Lakin bütün bunlarla yanaşı, məsum imamın şəhadəti, imamın özü qədər böyük və əzəmətlidir. Allah höccətinin bədəninin başsız, qüsl-kəfənsiz və tikə-tikə torpağa düşməsi bir müsibətdir ki, onun əzəmətini imam Səccaddan başqası dərk edə bilməz. çünki, imamın həqiqi məqamını imamdan başqası tanımaz. Bu tanıma və atası Hüseynin qətligahının acı mənzərəsinə bu baxış onu çox yorur. Eyni zamanda o, gərək Zeynəbin cavabını da versin. Burdadır ki, buyurur: necə tabsızlıq etməyim, bir halda ki, atam Hüseyn, qardaşlarım, əmilərim və əmim oğlanlarımın qana bələnib, yerə düşdüklərini görürəm. nə bir kəs onları kəfənləyib və nə torpağa tapşırıb. Elə bil bunlar müsəlman deyillər.
ZEYNƏBİN İMAMI SAKİTLƏŞDİRƏN SÖZLƏRİ
Ümmü-Əymən çox möhtərəm bir qadındır. Zahirən Xədicəyə kənizlik eləmiş, sonralar isə, azad buraxılaraq Peyğəmbərin evində o həzrətin hörmət etdiyi şəxslərdən olmuşdur. O, bir kəsdir ki, Peyğəmbərdən hədis rəvayət edir. Bu qadın uzun illər Peyğəmbərin evində idi. Peyğəmbərdən Zeynəbə bir rəvayət etmişdi.
Bu rəvayət ailəlik, yəni bu ailənin gələcəkdəki talehinə aid olduğu üçün, Zeynəb onun doğruluğuna əmin olmaqdan ötrü Əli (ə)-ın ömrünün sonlarında atasının yanına gəldi: “Ey ata, mən Ümmi-Əyməndən bu cür bir hədis eşitmişəm, istəyirəm bir dəfə də sizdən eşidəm, görüm elədir, ya yox? Hamısını danışdı. Atası təsdiq edib buyurdu: “Ümmü Əymən düz deyib, elədir. Zeynəb o şəraitdə bu hədisi imam Zeynəlabidin üçün nəql edir. Bu hədis də gəlmişdir ki, bu hadisənin bir fəlsəfəsi
vardır. Olmaya, bu şəraitdə xəyal edəsiz ki, Hüseyn öldürülüb, aradan getdi. Qardaşoğlu! Babamızdan belə rəvayət olunmuşdur ki, Hüseyn (ə) indi onun cəsədini gördüyün yerdə kəfənsiz dəfn olunacaq və bura – Hüseynin qəbri təvaf yeri olacaqdır.
Kələcəkdə buranın pak müxlis insanların Kəbəsi olacağını Zeynəb imam Zeynəlabidin (ə) üçün rəvayət edir.
Zeynəbi-Kubranın babasından sonra ona çatmış xəbər gerçəkləşdi. Seyyidüş-şühədanın pak məqbərəsi tarix boyu Allah eşqi və Allah yolunda cihadın cilvələndiyi məkana çevrildi. Möminlər, azad insanlar və ədalət aşiqləri Hüseynin kəbəsinin dövrəsini təvaf etməklə düzgün yaşayış üsulunu o Həzrətdən ilham alırlar.
Təbliğat karvanında
Kufəyə doğru
Kufə və kufəlilər
Minbər üzərində
İbni Ziyadın sarayında
Zeynəb məktəbindən dərslər
İmamın əzəməti
Gözəl baxış
İmamı xilas etmək
Şama doğru
Yezidin qarşısında
Əbədiyyat danışığı
Qorxmazlıq zirvəsində
Zeynəbin sözlərinə bir neçə işarə
Qar qovluq və murdarlığın kökləri
Allah və şeytan dəstələri
Hicab və iffətin qiyməti
Düzgün fikir
Zeynəb-Kubra və başqa bir vəzifə

Bundan sonra Kərbəla tarixi və Zeynəbin davranışında təzə bir səhifə açılır. İndi Zeynəb, rəhbəri Seyyidüş-şühəda (ə) və himayəçiləri Əbbas, Əliəkbər, Bəni Haşimin və imam Hüseyn (ə)-ın vəfalı səhabələri olan karvana başçıdır. Həmin kişilər ki,


karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər, onların vücudu Əhli-beytə təssəli idi. Bu himayələr sayəsində Seyyidüş-şühəda (ə)-ın həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa və Əhli-beytə bir şey etəməyə cürət etmirdi. Əba Əbdillahın döyüş anındakı «La hovlə vəla qüvvətə illa və billah» fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli verirdi.
İndi, əzizlərinin ən yaxşısı şəhid olduqdan, qarət olunduqdan, xeymələrə od vurulduqdan, düşmənin amansız cəlladlığından çəkilən əzab-əziyyət, iztirab və pərişanlıqlara dözdükdən sonra və şəhidlərin qana boyanmış parça-parça olmuş cəsədlərinə tamaşa etdikdən sonra, bu qəlbi dağlılar bəşər tarixi boyunca uzanan bir hərəkət və əbədiyyət ucalığı qədər fəryad karvanına bənzəyirdi. Bunlar ən böyük, ən ilahi bir qiyamın müjdəçiləridirlər.Onun dəyəri Allahın ən yaxşı məxluq və vəfalı dostlarının qanı ilə verilibdir. Bu karvanın rəhbəri imam Səccad (ə)-dan sonra, Peyğəmbərin xanədanından olan böyük bir qadındır ki, dağlar onun möhkəmliyi qarşısında heyrətə gəlir. O, Əlinin rəşid qızı və Fatimənin elmli övladıdır ki, Bəni Üməyyənin zülm və cinayət saraylarını bir-birinə vurub alt-üst edir. O, Zeynəbdir ki, öz imamının fərmanı ilə Fatimənin əzizlərindən ibarət karvana böyüklük edir və ən böyük müsibətlərə dözdükdən sonra, imam Hüseyn (ə) və onun fədakar dostlarının qanlı xəbərini insanların qulağına yetirir.
İndi bu karvan, əziyyət çəkmiş, öz əzizlərini əldən vermiş qadın və uşaqlarla, Zeynəbin rəhbərliyi ilə öz əzəmətli və tarixi hərəkatını başlayır.
KUFƏYƏ DOĞRU
Hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt barəsində qərara gəlmək imam Səccad (ə)-ın öhdəsinə idi. çünki, o, imamdır və ona itaət etmək hamıya vacibdir. Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, imam Səccada ən yaxın adam və Aşura qadınlarının ən böyüyüdür.
Aydındır ki, Aşura günü hər cür çətinlik, dərd-bəlaya dözmüş və çox ürək ağrıdan səhnələri gözləri ilə görmüş, əizlərinin qəm yükünü öz ürəyinə almışdı. İndi isə çılpaq miniklərlə düşmənin amansız mühasirəsində, kafir əsirləri kimi aparılan cəmiyyəti idarə etmək asan bir iş deyildi.
Bəli, qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda imam Səccad (ə)-ın canını qorumaq Zeynəbin karvanda olan ən böyük məsuliyyəti olub onun risalət yükünü ağırlaşdırırdı. Amma Zeynəbin böyük ruhu, çətinliklərin amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq qədər müqavimətsiz deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və böyük karvanı tədbir, mehribanlıq və amansız mücahidliklə idarə edib mənzil başına yetirdi.
KUFƏ VƏ KUFƏLİLƏR
Əhli-beyt əzizlərinin başıuca və iftixarlı karvanı Kufəyə yetişdi. Karvanın yolu, tamaşaya gələn çamaatla dolu idi. Kufə, Əmirəl-möminin və imam Müctəba (ə)-ın xilafəti dövrünün mərkəzi, şiə cəmiyyətinin mühüm məntəqələrindən olduğu üçün tamamilə İbni Ziyadın qoşunlarının mühasirəsində idi.
Kufə camaatı vəfasızlıqla məhşur idi. Bu ruhiyyə Əmirəl-möminin və imam Mücətbanın dövründə, Allah Rəsulunun övladlarının qarşısında sıraya düzülüb, Kərbəla faciəsini törətməklərində, yaxşıca sınaqdan keçdi.
Kufə camaatı həmin camaatdır ki, Fərəzdəq, imam Hüseyn (ə)-ın Kufə camaatının vəziyyəti barədə verdiyi suala belə cavab verdi: “Kufə camaatının ürəkləri sizinlə, qılıncları isə sizin əleyhinizədir.
Bəzi tədqiqatçıların dediyinə görə, Kufə camaatı tez sakitləşərdilər. Bir söz eşitcək qəzəblənər və bir hadisə görçək yumşalırdılar.
Onlar Hüseyn ibni Əlinin nümayəndəsini elə həvəslə qarşıladılar və belə namərdliklə də onu İbni Ziyadın əlinə verdilər. Elə qeyrətsizcəsinə evlərinin qapısını bağlayıb sakit oturdular ki, İbni Səd və onun qoşunları imam Hüseyn (ə) və onun dostlarını öldürdülər. İndi də onun qadın və uşaqlarını şəhərlərə əsir aparırlar.
Bəli, Kufə camaatı o vaxt ayılıb öz işlərinin çirkinliklərini görürlər ki, Hüseyn (ə)-ın qadın və qızlarını, Əli övladlarını və Peyğəmbər nəvələrini kafir əsir kimi bu şəhərə gətirdilər. Peyğəmbərin xəlifəsi və müsəlmanların əmiri olan Əli (ə)-ın bu şəhərdə beş illik hakimiyyətindən iyirmi ildən çox keçməzdi. Yaşı otuzu keçməyən qadınlar həzrət Zeynəbi belə günlərdə görmüş və Əli (ə)-ın gözündə isə onun həya əzəmətini müşahidə etmişdilər. Bu mənzərəni görmək keçmiş xatirələri diriltdi. Küçələr, məhəllələr, tinlər, bazar şivənlə doldu. Qadınların şivəni uşaqları ağlatdı və uşaqların ağlamağı qocaların bərk ürəyini yumşaltdı. Bir dəfəyə hər tərəfdən fəryad və fəqan qalxdı. Bu cəmiyyətin içində öz sözləri ilə həyacanı zirvələrə yetirə biləcək şəxs Əlinin qızı Zeynəb idi.
MİNBƏR ÜZƏRİNDƏ
İmam Zeynəlabidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: Bunlar bizə ağlayırlar?! Bəs bizi kim öldürdü?
Bu vaxt Zeynəb (s) əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi. Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi.
Zeynəb (s) xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi gözlərini açıb, Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.
Zeynəb (s) elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi.


Ravi belə deyir: Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim.
Ustad Şəhid Mütəhhəri demişkən: Əli şücaəti, qadınlıq həyası ilə qarışmışdı.
Zeynəb (s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə, onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir. nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın etibarı. Faydasız sözdən, özünə pərəstişdən və üzdə yaltaq kənizlər kimi yaltaqlanıb, arxada düşmənlə saziş etməkdən başqa nə varınızdır.
Siz peyinlikdə bitən yaşıl və təzə bitkiyə oxşayırsınız. Siz bəzənmiş qəbrin divarlarının suvağına oxşayırsınız. O dünya üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz.
Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir.
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu. Ravi belə nəql edir: And olsun Allaha, o gün camaatı çox heyran və pərişan gördüm. narahatlıqdan əllərini ağızlarına qoyub təəssüf edir və ağlayırdılar. öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşı ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: Anam-atam sizə qurban olsun, sizin yaşlılarınız yaşlıların ən yaxşısıdır, cavanlarınız, cavanların ən yaxşısıdır, qadınlarınız, qadınların ən yaxşısıdır və nəsliniz, nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstün və ucadırlar.
Zeynəbin sözü qurtarmağa az qalmış imam Səccad (ə) buyurdu: Bibican! Sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim və öyrədilməmiş müdriksən. Ağlamaq və nalə çəkmək gedənləri qaytarmaz.
İmamın bu sözləri Zeynəbin vəhy çeşməsindən içmiş və bəşər elmindən yuxarı səviyyəli bir elmdən bəhrələnmiş əzəmət və cəlalını aşkar edirdi. O, vilayət məktəbində dərs oxumuş və ürəyi elm, mərifət nuru ilə işıqlanmışdı.
Zeynəbin, Əli sözlərinə oxşar sözlərində bəzi məqamlar var ki, onun bilikli və ziyalı olmasına sübutdur. Onlardan bəzisinə toxunuruq:
1.Onun əhatəli kəlamı və bəyanının bədiiliyi o qədər idi ki, bəziləri danışanın Əli (ə) olduğunu zənn etdilər.
2.Kufə camaatını tanıtdırması, onların şəxsiyyətlərini bəyan etməsi, cəmiyyət, ruhiyyə və geriyə oturmalarının amillərinə olan dərin elmini göstərir. Bu fərasət cəmiyyət və camaatı tanımaqda atasından yetişən mirasdır. Ərəb ədiblərindən biri olan Cahizin dediyi kimi ki, Əli (ə) hər bir tayfanın ruhiyyə və xislətini yaxşı tanıyır və onlara uyğun danışırdı.
Zeynəb (s) elə danışdı ki, hamıda dəyişiklik yaratdı və onlar öz əməllərindən peşiman oldular.
3.Düşmənin Kərbəlada Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərin əsərini bəyan etməsi və həmçinin o cinayətin böyüklüyünü izah etməsi camaatı bu cinayətin dərinlikləri ilə daha çox agah edib onların ayılmasına səbəb oldu və onları düşmənlə mübarizəyə qaldırdı. Elə qiyamlar baş verdi ki, Bəni Üməyyə səltənətini alt-üst edib, Kərbəla canilərindən qanlı qisas aldı.
Bu həzrət Zeynəbin aşura təbliğatının bir nümunəsi idi.
Bəzi tarix kitablarında belə nəql olunub ki, Zeynəbdən sonra kiçik Fatimə və Ümmü Gülsüm də xütbə oxuyaraq, Kufə camaatını məzəmmət edib danladılar və həmçinin bəzi başqa kitablarda həzrət Səccad (ə)-dan da xütbə nəql olunub.
İBNİ ZİYADIN SARAYINDA
Qürur badəsi ilə məst olan İbni Ziyad özünü həmişəkindən qüdrətli görürdü. öz qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına öz sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də Seyyidüş-şühəda (ə)-ın mübarək başının gətirilməsinə fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbni Ziyad gülür və əsası ilə o Həzrətin dişlərinə vururdu. O, öz xam xəyalı ilə böyük qələbə əldə etmişdi.
Əsirlərin karvanını İbni Ziyadın məclisinə gətirdilər. Zeynəb (s) köhnə paltarda tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa qadınları da onun ətrafına yığışdılar.İbni Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Zeynəb (s) cavab vermədi. İbni Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir. İbni Ziyad üzünü Zeynəbə tutub dedi: “Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.”
“Zülmdən başqa dayağı olmayan bir zülümkar üçün, onun qüdrətini saymamazlıqla məsxərə etməkdən dərdli danışıqları üçün məzəmmət olunmazlar.
İbni Ziyad özünü Zeynəbin sözünün qarşısında aciz görüb dedi:
Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi. Bu sözlə Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun: Əgər sənin şəfan bundadırsa, şəfa tapdın.
İbni Ziyad dedi: Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə danışırdı.
Zeynəb (s) buyurdu: Qadınların ahənglələ nə işləri? İndi mənim şer söyləmək vaxtımdırmı? Ürək yanğısından başqa dilimə bir şey gəlmir.
Bununla Əlinin şücaətli qızı Zeynəb (s) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə, İbni Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç nə baş verməmişdir. nə onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.
- Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub, çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır.
İbni Ziyad dedi: Allahın Əhli-beytlə davranışını necə gördün?
Zeynəb cavab verdi: Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun.
Ravi deyir: Bu sözlərdən sınan İbni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi. İbni Ziyadın ətrafındakılardan biri dilləndi: Ey Əmir! Bu qadındır.
ŞAMA DOĞRU
Əsirlər karvanı İbni Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi.
“Şam müsəlmanların əlinə keçən gündən Xalid ibni Vəlid və Müaviyə ibni Əbu Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Peyğəmbərin səhabələrindən bu diyara köçüb burada yaşayanlar da pərakəndə olduqlarından nüfuzları yox idi. nəticədə, Şam camaatı Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər”.
Belə bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.


YEZİDİN QARŞISINDA
Seyyidüş-şühəda (ə)-ın başını Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt əsirlərini məclisə daxil etdilər. Seyyidüş-şühəda (ə)-ın qızının gözləri Şamın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü.
Amma Zeynəb qardaşının başını gördükdə həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi, nohə oxumağa başladı:
«Ya Huseyna, ya Həbibəllah, yəbnə Məkkətə və mina, yəbnə Fatimətəz-zəhra səyyidəti nisai, yəbnə bintəl Müstəfa».
“Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu.
Ravi deyir: Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə imamın müqəddəs dişinə vurur və deyirdi: Kaş mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşim qəbiləsi səltənətlə oynadılar. nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm.
“Bu evlərdə Peyğəmbərdən, din və Qurandan heç bir xəbər yoxdur. Gördüklərimiz cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq.
ƏBƏDİYYƏT DANIŞIĞI
Əgər məclis həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan vermədi. Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, islam hökumət olmamışdan qabaq dindir. Hakimdən üzü aşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məsuliyyət daşıyır. Onlara göstərdi ki, islam təqva sütunu üstündə möhkəmlənir, nəinki qüdrət.
Zeynəb anası Fatimə (s) kimi zülmkarların qarşısında, qamətini düzəltdi, ayaq üstə və hamının görüb eşidəcəyi şəkildə Allaha həmd və səna etdi, Peyğəmbər və onun Əhli-beytinə salam göndərdi və öz sözünü Qurandan bir ayə ilə belə başladı.
«Sümmə kanə aqibətəlləzinə əsaussuvə ən kəzzəbu bi ayatillah».
“Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib və onu istehza etdilər.” Ey Yezid! Elə fikirləşirsən ki, göyü, yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz xar olduq, sən isə izzətli? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini gördükdə özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın buyruğunu unutmusan ki, buyurur: “Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və rüsvaylıqdır. Ey azad olunmuşun oğlu!* Bu ədalətmidir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə oturalar, amma sən Peyğəmbərin qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyasan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirələr! Belə ki, nə onlara sığınacaq verən ola, nə qoruyan ola, nə də bir böyükləri ola. Camaat axışıb hər tərəfdən onlara tamaşaya gələlər. Amma ürəyi bizim ədavətimizlə dolu olan adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən kaş Bədr döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan. niyə də etməyəsən? Sən yerin ulduzları olan Peyğəmbər balalarının və Əbdül Mütəllib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma, çünki, tezliklə Allah dərgahına gətiriləcəksən. O vaxt arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim, “Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar” sözlərini deməyəydim. İlahi özün bizim haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx. And olsun Allaha, öz dərini və öz ətini qopartdın. Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, amma sən çox rüsvay halda Onun qarşısında dayanacaqsan.O gün həmin gündür ki, Allah öz vədəsini yerinə yetirəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. çünki, o özü belə deyir: «Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın nemətlərindən bəhrələnirlər». Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə, Məhəmməd məhkəməsi qurulacağı, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının o məhkəmədə şəhadət verəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən.
Ey Allahın düşməni Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şölələnir. Hüseyn öldürüldükdən sonra Şeytan qoşununun Peyğəmbər xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan beytul-maldan ənam almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni danlayıb, məzəmmət etmək nəyə yarar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticəyə yetişməyəcəksən. O gün sən İbni Ziyadı köməyə çağıracaqsan, o, da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız. O vaxt Peyğəmbər balalarını öldürməyin, Müaviyənin sənin üçün hazırladığı səfərin ən yaxşı azuqə olduğunu biləcəksən. And olsun Allaha, mən Allahdan başqasından qorxmur və ondan başqasına şikayət etmirəm. nə istəsən et, nə hiylə bacarsan işlət, nə düşmənliyin varsa göstər. And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükr olsun Allaha ki, cənnət cavanlarının ağalarının işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm onların dərəcələrini artırsın və öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir.
“Dəməşq camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldular. Bildilər ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı yox, Allah Rəsulunun qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə onların Peyğəmbərinin ailəsidirlər. O şəxsin ailəsi ki, Yezid onun canişini adı ilə onlara və başqa müsəlmanlara hakimlik edir. Dağlı ürəkdən və təqva dolu qəlbdən qüvvət alan danışığın nəticəsi məlumdur. Ən daş qəlbli insan belə, iman və təqva ilə qarşılaşdıqda öz gücsüzlüyünü və tərəf müqabilinin qüdrətini görür və bir müddət qərara gəlməkdə aciz olur. Bütün saraya ölümcül bir sükut çökmüşdü. Yezid saraydakıların üzündə narazılıq əlamətini görüb dedi: Allah öldürsün Mərcanənin oğlunu. Mən Hüseynin ölmünə razı deyildim. Sonra əsirlərin bu halda saxlanılmasının məsləhət olmadığını bilib, onlar üçün yaxşı yer hazırlanmasını əmr verdi və bildirdi ki, Qüreyş qadınlarından əsirləri görmək istəyənlərə mane olmasınlar. O Əli ibni Hüseyni hər günorta və axşam süfrə başına dəvət edir, onunla yemək yeyirdi. Körəsən doğrudan da Yezid zərrə qədər də olsa peşiman olmuşdurmu? – Bu köçəri camaatın işlərinin gedişini təhlil etdikdə belə bir güman oluna bilər, bu güman özünə yer tapmamış başqa bir xatircəmlik onu kənar edir. Belə ki, əgər Yezid belə etməsəydi, Kufə üsyanının Dəməşqdə də aşkar olacağı mümkün idi, baxmayaraq ki, onu tezliklə əzmək olardı. Hər halda bu gün və məclisin gedişatından Şam camaatının bir dəstəsi bildi ki, müsəlman onlar bildiyi kimi və hakim də onlara hakimlik edən şəxs deyilmiş.
QORXMAZLIQ ZİRVƏSİ
Həzrət Zeynəbin şücaətini, onun qəlbinin əzəmət və qüvvəsini daha düzgün dəyərləndirmək üçün Yezidin məclisinin ab-havası, o Həzrətin mənəvi vəziyyəti və sözlərini daha yaxşı aydınlaşdırmaq lazımdır.
Yezidin məclisinin ab-havası qorxu və vəhşətdən ibarət idi. Yezid özünü son dərəcə qalib və güclü görürdü. Qoşun və camaat onun ətrafını tutmuşdular.
Düşmənləri əsir edilmişdi, müxaliflərinin rəhbəri imam Hüseyn (ə)-ın müqəddəs başı onun qarşısında idi. Əsirlər bir dəstə qadın, uşaq və xəstə imam Səccad (ə)-dan ibarət idi. Yezid qürur və mənsəbpərəstlik məstində idi. Şam onun hökumətinin mərkəzi və camaat da atası Müaviyənin yetişdirdiyi camaat idi. Amma Zeynəb Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya və Kərbəladan Kufəyə və Kufədən Şama qədər olan səfər boyunca, aləmin ən böyük müsibətləri çəkdirilmiş, bu təhlükə dolu səfərində bir az da rahatlanmamış, heç bir şəxs və ya qüdrətin köməyi olmadan, əsirlər karvanının böyüklüyünü öhdəsinə almış, onları hər yerdə qoruyub saxlamışdı. İndi isə Allah Rəsulunun balalarının vəziyyətini, imam Səccad (ə)-ın zəncirlənmiş əl-qolunu və Yezidin, qardaşı imam Hüseyn (ə)-ın müqəddəs başını təhqir etdiyini görürdü.
Belə bir şəraitdə danışmaq böyük bir ruh və əzəmətli şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan Zeynəb belə bir şücaət və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı çoşub, onun bütün üzdəniraq əzəmət və izzətini sındıraraq, Əhli-beytin məzlumiyyət fəryadını zaman durduqca yayır və yatmış vicdanları oyadır...

VƏFAT
Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» “Gözəl səbr et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbr” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi....

Allahın salamı olsun Zeynəbi-Kubraya və Allah yolunun bütün fədakarlarına ki, Zeynəbdən dərs alaraq səbr etməyi öz həyat dəftərlərinin sərlöhəsinə yazıblar.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub. (Müəyyən ixtisarlarla)

Nəzərinizs  

+5 #1 irəli: Bəni-Haşimin Müdrük Xanımı- Zeynəb (ə.s) Guest 2013-12-21 05:26
Allah razı olsun.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə