Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Peyğəmbərlərin və İmamların məqamına and vermək haqqında

Peyğəmbərlərin və İmamların məqamına and vermək haqqında

Vəhhabilərlərin haqsız iddihamları
Vəhabilər, müsəlmanlara qarşı belə bir  fikir də irəli sürülər ki, dua vaxtı Allaha Peyğəmbərin (səlləllahu əleyhi və alih) və İmamların (əleyhimussəlam) məqamlarına and verməklə guya küfr etmiş oluruq!
Cavab:
1. Əvvəlcədən dedik ki, Allah yanında məqam və isməti olan Peyğəmbərə (səlləllahu əleyhi və alih) və İmama, hətta alimlərə və əməlisaleh insanlara xüsusi hörmət göstərmək nəinki pis cəhət ola bilməz, hətta Allah yanında ən xoşa gələn işlərdən biridir.
Qurani-Məcid “Ali-İmran” surəsinin 17-ci ayəsində buyurur:
Onlar səbr edənlər, doğru danışanlar, itaət edənlər, infaq edənlər, tövbə edənlər və sübh edənlərdirlər.
Allah taala bu ayədə mömin şəxsləri belə tərifləyir. İndi gecənin bir aləmində hər kəs dua edərkən Allaha yalvarsa ki, İlahi, Səni and verirəm, “Səhərlər günahlarının bağışlanmasından ötrü tövbə edənlərin haqqına” mənim günahlarımdan keç! Görəsən, bu əməl Allah yanında şirk sayılırmı? Məgər bizim fikir və məqsədimiz Allahdan başqasına pənah aparmaq olur və ya Allaha yalvarırıq?
2. Allah taala Qurani-Məciddə dəfələrlə müxtəlif şeylərə, o cümlədən aya, günəşə və sair mövcudatlara and içib, hətta “Şəms” surəsində isə ardıcıl olaraq 11 dəfə and zikr olunub. Əgər bu iş haramdırsa, bəs, onda nəyə görə Quranda qeyd olunub?
3. Qurani-Məcid “Saffat” surəsinin 35-36-cı ayələrində günahkar müşrikləri belə tanıtdırır.
Onlar o kəslərdir ki, hər zaman onlara deyilsə ki, Allahdan başqa tanrı yoxdur, təkəbbür edərlər və deyərlər: Məgər biz öz tanrımızı (bütləri) divanə bir şairin sözü ilə tərk edəcəyik?
Ayənin məzmununa əsasən, müşrik o kəsdir ki, Allahın yeganəliyini qəbul etməsin və yalançı tanrılarından əl çəkməyərək təkəbbür göstərsinlər. Görəsən, gecənin bir aləmində Allahla münacat edərkən yalnız Allahdan kömək diləyib Ona təvəkkül edən və Allah taalanı Peyğəmbərin (səlləllahu əleyhi və alih) və məsum İmamların haqqına and verdirib öz günahlarından keçməsini istəyən bir müsəlman yuxarıdakı ayədəki müşriklərlə bir sayılırmı? Vəhhabilərin nəzərinə görə bəli!!!
Belə olan surətdə, yer üzündə heç kəs müsəlman olmaz. Çünki biz müşrik sözünü ürəyimiz istədiyi kimi hər kəsə olsa, nisbət verə bilərik. Məsələn, belə də demək olar ki, müsəlman namaz qılanda Kəbəyə tərəf baxır və Kəbə də daşdan ibarət bir evdir. Bəs bu iş şirk sayılmalıdır! Xeyr! Vəhhabilik çadrası altında müsəlmanların sırasını dağıtmaq istəyənlərin planları baş tuta bilməz!
4. Çoxlu rəvayətlərdə nəql olunur ki, Peyğəmbərlər və İmamlar Allaha layiqli məqamlara and verərək dua etmişlər. Məsələn, Həzrəti Əli (əleyhissəlam) gecə namazından sonra bu duanı oxuyarmış: "İlahi, mən Səni and verirəm, o kəsin haqqına ki, yalnız Sənə pənah gətirib Sənə tövbə edir və Sənin qüdrətinə pənah gətirir və Sənin pənahında qərar tutub və Sənin dinindən yapışıb və Səndən başqa heç kəsə ürək bağlamayıb...”
5. Peyğəmbər (səlləllahu əleyhi və alih) kor bir kişiyə belə bir duanı öyrədir: “İlahi, Səndən istəyim var və Sənə üz gətirmişəm! Səni and verirəm, rəhmət qərar verdiyin Peyğəmbərin Mühəmmədə!...”
6. Əbu Səid Xidri adlı birisi Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir dua öyrənir: “İlahi, Səni and verirəm, Səndən hacət istəyənlərin haqqına...”
Vəhhabilərin əsassız iddia və əqidələrindən biri də budur ki, Allahdan başqasına and içmək haramdır!
Cavab:
1. Allah taala təkcə “Şəms” surəsində doqquz məxluqa (Günəş, Günəşin nuruna, gündüzə, gecəyə, göyə, yerə, insanın nəfsinə) and içir.
2. “Naziat” surəsində 1-3 ayələrdə;
3. “Mürsəlat” surəsində 1-3 ayələrdə;
4. “Büruc”, “Tariq”, “Qələm”, “Əsr” və “Bələd” surələrində məxluqa and içilir.
5. “Tin” surəsində Allah buyurur: “And olsun, əncirə və zeytunə! And olsun, Tur-Sina dağına, and olsun, bu əmin şəhərə (Məkkəyə)...”
6. “Züha” surəsi, 1-2-ci ayələr;
7. “Fəcr” surəsi, 1-4-cü ayələr;
8. “Hicr” surəsinin 72-ci ayəsində buyurur:
Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar.
9. Peyğəmbər (səlləllahu əleyhi və alih) özü Allahdan başqasına and içib. “Səhihi Müslim” (Zəkat kitabı, 3-cü cüz, səh. 94) yazır: Birisi Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşur ki, ya rəsuləllah, hansı sədəqə daha fəzilətlidir? Həzrət cavabında buyurur: “And olsun, atanın canına! Bil, o sədəqə daha əzəmətlidir ki, sağlam olasan, pula ehtiyacın ola, fəqirlikdən qorxasan, gələcəyinin fikrində olasan və eyni halda sədəqə verəsən”.
Bütün bunlardan məlum olur ki, lazım olduqda əhali arasında məxluqa and içmək heç də Allaha qarşı şirk sayılmır. Əlbəttə, onu da qeyd edək ki, şiə məzhəbinə görə and içmək məsələsinə heç də təkid olunmur, hətta doğru işdə də Allaha and içmək məkruh sayılır. Bununla belə, yalnız qəzavət və məhkəmələrdə xüsusi şəraitdə Allaha and içməyin heç bir eybi yoxdur.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından isitfadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə