Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Hədislər baxımından həqiqi qüdrət

Hədislər baxımından həqiqi qüdrət

Qüdrət insanın başqalarının köməyinə tələsməsidir.
Qüdrətli ruh öz övladlarına belə buyurur: «Zalıma düşmən, məzluma arxa ol!» Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: «Ey mənim övladlarım! Sizin güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin.» Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır ki, Nitsenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, Nitsenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: «Qüdrət, kini aradan aparır.» Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, yəni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin saxlayır və başqalarına qarşı həsəd aparır.
İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? O həzrət buyurur: Aciz, zəif və bacarıqsız insanlar! Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.
Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: «Qeyrətli şəxs heç vaxt zina etməyib.» Yəni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yəni o, elə adamdır ki, birdən başqaları onun namusuna toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.
Nitse bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yəni silah və dəmirə malik olmaq və onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yəni qolunun gücü çox olan şəxsdir. O, ruhun güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: «Alahın zəif mömindən xoşu gəlmir.»
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Nitse, səfsətəçilər, Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları gücləndirərək təhrik edir ki, onların nəticəsi Nitsenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin xeyrinə olan şeylərdir.
Nitse deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət «ürəyiyanmaq zəiflikdəndir» deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Nitse?! Həmin sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.

Mürtəza Mütəhhəri
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə